Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1422/2023 07.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, İddiaçı 10 may 2010-cü il tarixdə anadan olmuş övladı X1 uşaq evinə verilməsi barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı 10 may 2010-cü il tarixdə anadan olmuş övladı X1 uşaq evinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edimişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı 10 may 2010-cü il tarixdə anadan olmuş övladı X1 uşaq evinə verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən çətin həyat şəraitində olan şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyrihökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair” Azərbaycan Respubliaksı Qanunun 2.3-cü maddəsinə görə isə “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən uşaqların müəssisələrə qəbul edilməsi üçün onların valideynlərindən biri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər uşağın yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət edirlər. Lakin məhkəyə daxil olmuş iddia ərizəsinə nəinki iddiaçının hər hansı icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müraciət etməsini təsdiq edən sənəd, ümumiyyətlə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina etməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 297.1.2-ci maddəsinə görə şəxs, müvafiq icra hakimiyyəti orqanının onun hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaradan qararlarını, habelə hərəkət və ya hərəkətsizliyini məhkəmə qaydasında mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) məhkəmə icraatı çərçivəsində inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatına” görə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyət orqanları və onların struktur vahidləri, habelə bələdiyyələr inzibati orqanlar hesab olunur. Habelə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli Qərarına görə məhkəmə təcrübəsində məhkəmə aidiyyəti məsələsinin fərqli qiymətləndirilməsi, bu sahədə qanunvericiliyin dəqiq tətbiq edilməməsi son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarına görə məhkəmə aidiyyəti əsassız və qeyri-qanuni dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya izah edilməlidir ki, o, uşaqlarına sosial təminatın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdaifəsi nazirliyinə və ya onun struktur bölməsinə, himayəsində olan uşaqların birinin isə uşaq evinə yerləşdirilməsi ilə isə bağlı yaşadığı yer üzrə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyasına ərizə ilə müraciət müraciət edə, həmin orqanlar onun xahişlərini təmin etməkdən imtina edərsə, həmin orqanların vəzifəli şəxslərinin qərar, hərəkət və hərəkətsizliyi barəsində iddia ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı 10 may 2010-cü il tarixdə anadan olmuş övladı X1 uşaq evinə verilməsi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, o, uşaqlarına sosial təminatın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdaifəsi nazirliyinə və ya onun struktur bölməsinə, himayəsində olan uşaqların birinin isə uşaq evinə yerləşdirilməsi ilə isə bağlı yaşadığı yer üzrə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyasına ərizə ilə müraciət müraciət edə, həmin orqanlar onun xahişlərini təmin etməkdən imtina edərsə, həmin orqanların vəzifəli şəxslərinin qərar, hərəkət və hərəkətsizliyi barəsində iddia ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1422/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1422/2023
07.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver