Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1441/2023 26.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit, faiz və cərimə borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-ci il tarixə kredit təşkilatına olan 530 (beş yüz otuz) manat əsas, 71 (yetmiş bir) manat 51 (əlli bir) qəpik faiz, 130 (yüz otuz) manat cərimə, cəmi 731 (yeddi yüz otuz bir) manat 51 (əlli bir) qəpik borcun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2017-ci tarixdə İddiaçı-nin İdarə Heyətininə müraciət edərək ona 12 ay müddətinə 860 ( səkkiz yüz altımış) manat məbləğində istehlak krediti verilməsini xahiş etmişdir. Cavabdeh1 kredit götürmək üçün 17 noyabr 2017-ci il tarixli Biləsuvar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş 124 saylı saylı əmək haqqı barədə arayışını, şəxsiyyət vəsiyəsinin surətini təqdim etmişdir. Cavabdeh2 20 noyabr 2017-ci il tarixli Biəsuvar FSMF-si tərəfindən verilmiş pensiya alması barədə arayışını, şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək Cavabdeh1 götürdüyü kreditə zamin duraraq, zaminlik müqaviləsinə imza ataraq cavabdehlə bərabər öhdəlik götürmüşlər. Beləliklə lazımi sənədlər tam təqdim edildikdən sonra kredit İttifaqı onun xahişini nəzərə alaraq 860 (səkkiz yüz altımış) manat məbləğində kredit vermişdir.Təsdiq edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ayin 20-də 83.0 ( səksən üç manat ) manat ödəniş aparmalı idi. Cavabdeh1 kredit götürdüyü müddətdən ödənişləri kəsirlə aparmışdır. O, kredit təşkilatı qarşısında götürdüyü öhdəliyi dəfələrlə pozmuşdur.Bu günə kimi dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 və zamin Cavabdeh2 kredit təşkilatı qarşısında olan kredit və faiz borclarını ödəməmişlər. Sonda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-ci il tarixə 530 (beş yüz otuz) manat əsas, 71 (yetmiş bir) manat 51 (əlli bir) qəpik faiz, 130 (yüz otuz) manat cərimə, cəmi 731 (yeddi yüz otuz bir) manat 51 (əlli bir) qəpik borcun və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, cərimə borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 noyabr 2017-ci il tarixli 52 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə 12 ay müddətinə illik 28% dərəcəsi ilə 860 manat məbləğdə kredit vermişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 20 noyabr 2017-ci il tarixli 52 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hazırkı müqavilə üzrə iddiaçıya 530 (beş yüz otuz) manat əsas, 71 (yetmiş bir) manat 51 (əlli bir) qəpik faiz, 130 (yüz otuz) manat cərimə, cəmi 731 (yeddi yüz otuz bir) manat 51 (əlli bir) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İş materiallarından görünür ki, 20 noyabr 2017-ci il tarixli 52 saylı kredit müqaviləsinə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 12 ay müddətinə illik 28% dərəcəsi ilə 860 manat məbləğdə kredit vermişdir və həmin tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, 20 noyabr 2017-ci il tarixli 52 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin 20 noyabr 2018-ci il tarixdə başa çatmasına baxmayaraq iddiaçı tərəfindən zamin Cavabdeh2 qarşı öhdəliyin icrası ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 130 manat məbləğdə dəbbə borcunun 30 (otuz) manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla da, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, 20 noyabr 2017-ci il tarixli 52 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 530 (beş yüz otuz) manat kredit, 71 (yetmiş bir) manat 51 (əlli bir) qəpik faiz, 30 (otuz) manat cərimə, cəmi 631 (altı yüz otuz bir) manat 51 (əlli bir) qəpik məbləğdə pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin qalan hissəsinin əvəzi qismində 20 manat məbləğdə pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 530 (beş yüz otuz) manat əsas, 71 (yetmiş bir) manat 51 (əlli bir) qəpik faiz, 30 (otuz) manat cərimə, cəmi 631 (altı yüz otuz bir) manat 51 (əlli bir) qəpik və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(022)-1441/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1441/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver