Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1451/2025 06.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh təqsiri üzündən ona vurulmuş maddi zərərə görə 1552,32 (bir min beş yüz əlli iki manat 32 qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 36 (otuz altı) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 70 (yetmiş) manat, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 200 (iki yüz) manat pul vəsaitinin, cəmi 1858,32 (bir min səkkiz yüz əlli səkkiz manat, otuz iki qəpik) pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, rayonun Bağbanlar kəndində yaşayır. Onun Bağbanlar kəndi ərazisində 2 ha icarəyə götürdüyü torpaq sahəsində pambıq bitkisi əkmişdir. Ailənin dolanışığını təmin etmək üçün torpaq əkir və məhsulunu sataraq əldə etdiyi pulla ehtiyaclarını qarşılayır. 2025-ci ilin uyul ayında onun işçiləri ona zəng vuraraq pambıq sahəsinin otarılması barədə məlumat verdikdən sonra həmin əraziyə getmiş və pambıq sahəsinin otarıldığını görmüşdür. Daha sonra cavabdehlə telefon əlaqəsi saxlamağa çalışmış, həmin vaxt Cavabdeh uşaqları qoyunları otaran çobanla mübahisə etmişlər. Çobandan nə üçün onun ərazisini otardığını soruşmuşlar. Hazırda cavabdehin təqsiri üçündən ona 1552,32 (bir min beş yüz əlli iki manat, otuz iki qəpik) manat maddi ziyan dəymişdir. Sonda İddiaçı Cavabdeh təqsiri üzündən ona vurulmuş maddi zərərə görə 1552,32 (bir min beş yüz əlli iki manat, otuz iki qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 36 (otuz altı) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 70 (yetmiş) manat, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 200 (iki yüz) manat pul vəsaitinin, cəmi 1858,32 (bir min səkkiz yüz əlli səkkiz manat, otuz iki qəpik) pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onun Zəhmətabad kəndində ferma binası vardır. Həmin binanı əmlak payı olaraq almışdır. O, 2020-ci ildən həmin binadan istifadə etmir. Ona görə də orada heç bir heyvanı, qoyunquzusu da yoxdur.Onun bir-neçə inəyi və qoyun-quzusu vardır. Həmin qoyun-quzunu bir nəfər şəxs ona məxsus düşərgədə saxlayır. Həmin ərazidə isə 2 ha torpaq sahəsi vardır. İddiaçının torpaq sahəsi ilə onun torpaq sahəsi arasında su kanalı vardır. Ona görə iddiaçının ondan maddi ziyan tələbinə dair iddiasının əsassız olduğunu, təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi vəkil X3 iddia tələbinin əsassız olduğunu, ona görə də təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə müstəqil ekspert rəyində göstərilmişdir ki, «Biləsuvar rayon Bağbanlar kənd sakini İddiaçı müraciətnə və onunla bağlanmış 006 saylı xx.xx.2025 tarixli müqaviləyə əsasən, ona məxsus 2 ha pambıq sahəsinin heyvanlar tərəfindən qəsdən otarılması nəticəsində ona vurulmuş zərərin müəyyən edilməsi üçün xx.xx.2025 ci il tarixdə həmin pambıq sahəsinə baxış keçirilmiş, baxış zamanı sahənin həqiqətən də xırda buynuzlu heyvanlar tərəfindən otarıldığını göstərən çoxlu sayda heyvan izlərinin və ifrazatının olduğu müşahidə edilmişdir. O da müşahidə edilmişdir ki, 0.70 ha sahədə pambıq bitkisinin bəzilərində böyümə nöqtələrinin, bir qismində isə bitki tam şəkildə heyvanlar tərəfindən otarılmışdır. Sahə tam şəkildə gəzilərək dəymiş zərərin miqdarı müəyyən eildilməsi üçün lazımı addımlar atıldı. Belə ki, sahənin ayrı-ayrı hissələrindən nümunələr götürülərək zərərin olmadığı halda gözlənilən orta məhsuldarlığın hesablanması aparılmış, otarilmış 0.70 ha sahədə normal halda rayon üzrə 2.800 kq orta məhsuldarlıqla gözlənilən məhsul 1.960 kq təşkil edir. Otarılmış sahəyə dəymiş zərərin 80% olduğunu nəzərə alsaq bu sahədən gözlənilən məhsul 1.568 kq təşkil edəcəkdir. Bir kq xam pambığın alış qiməti subsidiya ilə birlikdə 0.99 azn təşkil edir. Onda: 1.568 kq x 0.99azn = 1552.32 azn.Hesablamadan göründüyü kimi mülkiyyətçiyə 1552.32 azn məbləğində ziyan dəymişdir». İş materiallarına əlavə edilmiş 04 iyul 2025-ci il tarixli baxış aktından görünür ki, xx.xx.2025-ci il tarixdə kənd sakini İddiaçı pambıq əkininin otarılması ilə əlaqədar ona məxsus 2.0 ha pambıq sahəsinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, həqiqətən sahənin 0.70 hektarı xırda buynuzlu heyvanlarla otarılaraq mülkiyyətçiyə ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş Biləsuvar RİHB-nin Zəhmətabad kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 28 avqust 2025-ci il tarixli 5-39-5/2-190/2025 saylı arayışından görünür ki, Cavabdeh təsərrüfatbaşına kitaba əsasən 15 baş ana qoyun, 5 baş quzu, 2 baş ana inək, 2 baş buzov və 15 ədəd müxtəlif növ ev quşları var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia tələbindən görünür ki, iddiaçı Bağbanlar kəndi ərazisində 2 ha icarəyə götürdüyü torpaq sahəsində pambıq bitkisi əkdiyini, 2025-ci ilin uyul ayında onun işçiləri ona zəng vuraraq pambıq sahəsinin otarılması barədə məlumat verdikdən sonra həmin əraziyə getdiyini və pambıq sahəsinin otarıldığını görmüşdür. İddiaçı pambıq sahəsinin otarlması nəticəsində ona ziyan dəyməsinin sübutu olaraq xx.xx.2025-ci il tarixli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə müstəqil ekspert rəyinə və həmin tarixli torpaq sahəsinə baxış aktına istinad etsə də, pambıq sahəsinin cavabdehə məxsus xırdabuynuzlu heyvanlar tərəfindən otarılması və nəticədə cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona 1858,32 (bir min səkkiz yüz əlli səkkiz manat, otuz iki qəpik) manat maddi zərər dəyməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, 2025-ci ilin iyul-avqust aylarında Fuad onunla görüşərkən o, Fuada bildirmişdir ki, atasına məxsus qoyunlar həmin pambıq sahəsinə girməmişdir.Ona görə də atasına məxsus qoyunlar iddiaçıya məxsus pambıq sahəsinə girmədiyindən onlar tərəfindən iddiaçıya ziyan vurulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. «Qərar»ın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək və təqdim olunan sübutları işin faktiki halları üzrə araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçının Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(022)-1451/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1451/2025
06.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver