Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-147/2024 20.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində onun istifadəsində olan ** RB *** dövlət qeydiyyat nişanlı «VAZ-21154» markalı minik avtomobilinə dəymiş zərərin əvəzi olaraq 1795.00 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək göstərmişdir ki, Tərtər rayonu Notariat Ofisinin xüsusi notariusu X2 oglu tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş etibarnamə əsasında Kəlbəcər rayonu, Almalıq ƏİD üzrə Laçın kəndində yaşayan X4 oglu özünə məxsus ** RB *** dövlət qeydiyyat nişanlı «VAZ-21154» markalı minik avtomobilini 10 (on) il müddətinə ona icarəyə vermişdir. 22 oktyabr 2023-cü ildə saat 20 radələrində o, etibarnamə üzrə idarə etdiyi ** RB *** dövlət qeydiyyat nişanlı «VAZ-21154» markalı minik avtomobili ilə Tərtər-Goranboy avtomobil yolunun birinci kilometrliyində üzü Seydimli kəndi istiqamətində müəyyən olunmamış yol kənarında dayanmışdır ki, arxadan gələn avtomobili buraxsın və geri Tərtər rayonu istiqamətinə qayıtsın. Bu zaman Tərtər rayonu istiqamətindən gələn ** CT *** dövlət qeydiyyat nişanlı «VAZ -21074 » markalı avtomobil onun avtomobilini arxa tərəfdən vuraraq avtomobilinə 1795.00 manat miqdarında ziyan vurmuşdur. Hadisədən sonra minik avtomobilinə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün Tərtər rayon Polis Şöbəsinin sifarişinə əsasən Azavtovaz Texniki Xidməti Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsinə müraciət etmiş və mütəxəssislər tərəfindən avtomobilinə baxış keçirilmiş, ehtiyat hissələrinin dəyəri 825.00 manat və təmir xərclərinin dəyəri 970.00 manat olmaqla, avtomobilinə dəyən ziyanın miqdarı cəmi 1795.00 ( bir min yeddi yüz doxsan beş) manat məbləğində qiymətləndirilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli, 582 №-li rəy tərtib edilmişdir.Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh AR İXM-ni 327.1-ci maddəsi ilə təqsirli bilinməsi də sübut edir ki, cavabdeh maşınına vurulan zərəri tamamilə ödəməlidir.Odur ki, X1 məxsus ** RB *** dövlət qeydiyyat nişanlı «VAZ-21154» markalı minik avtomobilinə Cavabdeh tərəfindən vurulmuş 1795 manat zərərin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə istinad etmişdir. Həmin maddənin tələbinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, bu iş üzrə iddiaçının mülkiyyətçinin adından çıxış etməsi üçün əsas mövcud deyildir. İddia ərizəsindən belə bəlli olur ki, mülkiyyətçi ilə İddiaçı arasında icarə müqaviləsi mövcuddur və həmin müqavilənin müddəti 10 (on) il təşkil edir. Bu isə o deməkdir ki, iddiaçı öz tələbini əsaslandırmaq üçün iddia ərizəsinə icarə müqaviləsini də əlavə etməli idi. İddia ərizəsindən görünür ki, iddia ərizəsinə icarə müqaviləsi əlavə edilməmişdir. İddiaçının əlində belə bir notarial qaydad təsdiq edilmiş müqavilə vardırsa, həmin müqaviləni məhkəməyə təqdim etsin. Müqavilə hadisə gününə qədər notarial qaydada təsdiq edilmiş müqavilə olmalıdır ki, tərəflər həmin müqaviləni bu gün hazırlayıb məhkəməyə təqdim etməsin. Əyər notarial qaydad təsdiq edilmiş müqavilə mövcud deyilsə, deməli iddiaçının bu əsasla ona qarşı iddia tələbi ilə çıxış etməsi əsassızdır. Mülkiyyətçinin verdiyi etibarnamə avtomobili idarə etmək üçün verilmiş sənəddir. Etibarnamə əsasında iddiaçının ona qarşı iddia tələbi irəli sürməsi əsassızdır.Bundan başqa qanunvericiliyin tələbinə görə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Həmin normanın tələbinə əsasən iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsirli olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən belə mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənləri, yəni zərərin vurulmasında onun təqsirliliyinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyi və iddiaçının ona qarşı iddia tələbi irəli sürməsinə dair subyektiv hüququnun olmamasını əsas gətirərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X5 Xidməti Sənaye Ticarət X3 Xidmət Sahəsinin 25 oktyabr 2023-cü il tarixli 582 saylı rəyindən görünür ki, “Vaz-21015” markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 1795 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X4 oglu özünə məxsus ** RB *** dövlət qeydiyyat nişanlı «VAZ-21154» markalı minik avtomobil 9 il 7 ay 27 gün müddətinə, yəni xx.xx.2032-ci ilədək İddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququ ilə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası MPM-nın 54.1-ci maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə hesab edir ki, X4 ogluna məxsus ** RB *** dövlət qeydiyyat nişanlı «VAZ-21154» markalı minik avtomobilinin İddiaçı yalnız nəqliyyat vasitəsini idarə etmək hüququ ilə verilməsi İddiaçı qeyd olunan avtomobilə vurulmuş zərərin ona ödənilməsini tələb etmək hüququnu istisna edir. Ona görə də məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nın 54.1-ci maddəsinə əsasən ilk iddiaçının əsl iddiaçı ilə, yəni İddiaçı ** RB *** dövlət qeydiyyat nişanlı «VAZ-21154» markalı minik avtomobilinin mülkiyyətçisi X4 oglu ilə əvəz edilməsinin təklif edilməsinə baxmayaraq İddiaçı özünün əsl iddiaçı X4 oglu ilə əvəz ediləmsinə razı olmadığını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilən halları nəzər alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş 1795.00 manat pulun alınaraq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mİrzəyev
Məhkəmə qərarları › İş №2(022)-147/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-147/2024
20.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver