Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-152/2024 30.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 6.700 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89 manat və iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 100 manat, cəmi 6.889 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 6.700 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89 manat və iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 100 manat, cəmi 6.889 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh «Kapital Bank» açıq səhmdar cəmiyyətinin Biləsuvar filialından 6.700 manat məbləğində kredit götürmüş və o, həmin kredit müqaviləsinin icra edilməsi üzrə zamin qismində çıxış etmişdir. Onunla «Kapital Bank» açıq səhmdar cəmiyyəti arasında 07 oktyabr 2019-cu il tarixli, Z- GTKR1530754A151 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh həmin müqavilə üzrə borcunu ödəmədiyinə görə o, kredit müqaviləsi üzrə tələb edilən 6.700 manat məbləğində borcu 31 yanvar 2023-cü il tarixdə tam şəkildə ödəmişdir. Həmin faktı «Kapital Bank» açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 093/2023 nömrəli məktub da təsdiq edir. Onu nümayəndəsi tərəfindən 10 oktyabr 2013-cü il tarixdə cavabdehə ödədiyi 6.700 manat məbləğində pul vəsaitini qaytarması barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin şəxs borcunu ödəməkdən yayınmışdır. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Sonda, İddiaçı 6.700 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89 manat və iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 100 manat, cəmi 6.889 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, on averilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 29 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun və iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətanmə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 oktyabr 2019-cu il tarixli, Z-GTKR1530754A151 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı 07 oktyabr 2019-cu il tarixli, GTKR1530754A151 nömrəli kredit müqaviləsi üzrə borcalanın «Kapital Bank» açıq səhmdar cəmiyyəti qarşısında öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. Mülki işdə olan «Kapital Bank» açıq səhmdar cəmiyyətinin 20 sentyabr 2023-cü il tarixli, 093/2023 nömrəli arayışından görünür ki, İddiaçı 07 oktyabr 2019-cu il tarixdə zamin durduğu Cavabdeh adına rəsmiləşdirilmiş 6.700 məbləğində GTKR1530754A151 ref nömrəli kredit müqaviləsi üzrə borc 31 yanvar 2023-cü il tarixdə tam olaraq ödənilmişdir və həmin kredit müqaviləsi üzrə İddiaçı bank qarşısında zaminlik öhdəliyi yoxdur. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus “VSDC Election salary” növle, 416974******9924 nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin kart hesabından 04 may 2020-ci il tarixdən 30 yanvar 2023-cü il tarixədək müddət ərzində “Zamin kredit borcu üzrə silinmə GTKR1530754A151-469.5-1********...” başlığı ilə ümumilikdə 4.835 manat 20 qəpik məbləğində pul vəsaiti silinmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, Cavabdeh «Kapital Bank» açıq səhmdar cəmiyyəti ilə bağladığı 07 oktyabr 2019-cu il tarixli, GTKR1530754A151 nömrəli kredit müqaviləsi üzrə 6.700 manat məbləğində kredit götürmüşdür. 07 oktyabr 2019-cu il tarixli, Z-GTKR1530754A151 nömrəli zaminlik müqaviləsi əsasında İddiaçı Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. Buna görə də İddiaçı ödəniş kartından 07 oktyabr 2019cu il tarixli, GTKR1530754A151 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi məqsədi ilə 04 may 2020-ci il tarixdən 30 yanvar 2023-cü il tarixədək müddət ərzində «Kapital Bank» açıq səhmdar cəmiyyəti tərəfindən cəmi 4.817 manat 80 qəpik məbləğində birbaşa tutulmalar aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Belə ki, İddiaçı öz iddia ərizəsində cavabdehdən onun xeyrinə 6.700 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etsə də, iddiaçının öz tələbinin əsası kimi məhkəməyə təqdim etdiyi, həmin şəxsə məxsus kart hesabından çıxarışla 07 oktyabr 2019-cu il tarixli, GTKR1530754A151 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədi ilə «Kapital Bank» açıq səhmdar cəmiyyəti tərəfindən cəmi 4.817 manat 80 qəpik məbləğində birbaşa tutulmalar aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 07 oktyabr 2019-cu il tarixli, GTKR1530754A151 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə zamin qismində İddiaçı tərəfindən «Kapital Bank» açıq səhmdar cəmiyyətinin hesabına ödənilmiş 4.817 manat 80 qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin 27 manat məbləğində hisssi iddiaçıya aid edilməli, qalan hissənin əvəzi qismində 62 manat məbləğində pul vəsaiti, iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 72 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 07 oktyabr 2019-cu il tarixli, GTKR1530754A151 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə «Kapital Bank» açıq səhmdar cəmiyyətinin hesabına ödənilmiş vəsaitin əvəzi qismində 4.817 (dörd min səkkiz yüz on yeddi) manat 80 (səkkiz) qəpik, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 (altmış iki) manat və iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 72 (yetmiş iki ) manat, cəmi 4.951 (dörd min doqquz yüz əlli bir) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-152/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-152/2024
30.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver