Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1544/2024 28.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdeh2 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1 Səlim oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 Səlim oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 Səlf oğlu və Cavabdeh2 müştərək qaydada borclu olduqları 5810 (beş min səkkiz yüz on) manat və dövlət rüsumuna görə ödədiyi 80 manat pul vəsaitinin alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında göstərmişdir ki, cavabdehlərə qarşı onun pul tələbinə dair iddiası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Ona görə də iddia tələbinə ümumi məhkəmədə baxılmasını istəmədiyini, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmı iclasında iddia ərizəsinin geri qaytarılmasına heç bir etirazının olmadığını bildirdi. Cavabdeh1 Səlim oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iddiaçını və işdə iştirak edən cavabdehi izahatını dinləyərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 Səlim oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı X3 tərəfindən ödənilmiş 80 (səksən) manat 40 (qırx) qəpik dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1544/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1544/2024
28.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver