Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1559/2025 01.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsi, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Əflatun oğluna qarşı Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(022)-1300/2016 saylı qətnaməsinə əsasən 05 may 2011-ci il tarixdə doğulmuş X3 və 22 iyul 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatan kimi saxlanmaları üçün müəyyən olunmuş alimentin artırılaraq, hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 29 avqust 2025-ci il tarixdə Cavabdeh Əflatun oğluna qarşı Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(022)-1300/2016 saylı qətnaməsinə əsasən 05 may 2011-ci il tarixdə doğulmuş X3 və 22 iyul 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatan kimi saxlanmaları üçün müəyyən olunmuş alimentin artırılaraq, hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizədən görünür ki, İddiaçı Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(022)-1300/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(022)-1300/2016 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X2 və Cavabdeh Əflatun oğlunun birgə nikahlarından 05 may 2011-ci il tarixdə doğulmuş X3 və 22 iyul 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatan kimi saxlanmaları üçün Biləsuvar rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 10 may 2016-cı il tarixdən başlayaraq, hər ay hər uşağa görə 85 manat, cəmi 170 manat sabit pul məbləğində alimentin Cavabdeh S.Ə.Əhmədovanın xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həmin Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Həmin Qərarın 8.4-3-cü bəndinə görə isə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, həmin ərizədə Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(022)-1300/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi üçün yalnız müəyyənləşdirilmiş alimentin hazırda uşaqlarının tələbatını ödəmədiyi və iddiaçının uşaqları saxlamaqda çətinlik çəkməsi kimi formal mülahizələrə, habelə 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılmasına istinad edilmiş, iddia tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində alimentin miqdarının dəyişdirilməsinə əsas kimi nəzərdə tutulmuş hər hansı hala, yəni qətnamə qəbul edildikdən sonra iddiaçının özünün və ya Cavabdeh ailə və ya maddi vəziyyətində hər hansı diqqətəlayiq dəyişikliyin baş verməsinə əsaslanmamışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılması birgə nikahdan olan uşaqların saxlanması üçün alimentin miqdarının dəyişdirilməsinə əsas hesab edilə bilməz və məhkəmə qətnaməsi ilə artıq tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb edən iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallardan ən azı birinə əsaslanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə isə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bənində məhkəmələrə tövsiyə olunmuşdur ki, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyarı kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. İddia ərizəsinə əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(022)-1300/2016 saylı qətnaməsinin surətindən isə görünür ki, həmin qətnamə ilə iddiaçının xeryinə sabit pul məbləğində aliment təyin edilərkən onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə görə iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina etməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını orada göstərir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçı A.S.Nuriyevaya izah edilməlidir ki, o, Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(022)-1300/2016 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş və konkret məbləğlə ifadə edilmiş aliment məbləğinin ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməsi üçün müvafiq ərizə ilə, Azərbaycan Respublikası MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada, həmin qətnamənin icrasına nəzarət edən məhkəməyə müraciət edə, daha sonra Azərbaycan Respublikası MPM-in Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğuna istinad edirsə, həmin halları əsas göstərməklə alimentin miqdarının dəyişdirilməsi barədə iddia ərizəsi ilə özünün yaşadığı və ya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərziəsi, məhkəmə qaydasında baxılmalı olmadığı üçün, iddianın yolverilməzliyinə görə İddiaçı Cavabdeh Əflatun oğluna qarşı Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(022)-1300/2016 saylı qətnaməsinə əsasən 05 may 2011-ci il tarixdə doğulmuş X3 və 22 iyul 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatan kimi saxlanmaları üçün müəyyən olunmuş alimentin artırılaraq, hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, o, Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(022)-1300/2016 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş və konkret məbləğlə ifadə edilmiş aliment məbləğinin ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməsi üçün müvafiq ərizə ilə, Azərbaycan Respublikası MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada, həmin qətnamənin icrasına nəzarət edən məhkəməyə müraciət edə, daha sonra Azərbaycan Respublikası MPM-in Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğuna istinad edirsə, həmin halları əsas göstərməklə alimentin miqdarının dəyişdirilməsi barədə iddia ərizəsi ilə özünün yaşadığı və ya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilər. Qərardad təqdim olunan (alınan) gündən 10 (on) gün müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, ondan Biləsuvar rayon Məhkəməsi nə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1559/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1559/2025
01.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver