Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1571/2025 18.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X14 məhkəmə-iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh iş yoldaşı Gülarə Bağırova vasitəsi ilə tanımışdır. Cavabdeh lotoreya oyunu təşkil etdiyini ona məhz Gülarə Bağırova demişdir. Sonra isə Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq təşkil etdiyi oyunlarda iştirak etmişdir. 2023cü ildə təşkil etdiyi 1 noyabr lotoreya oyununda iştirak etmişdir. Təranə ona 2023- cü il 1 noyabr ayından aprel ayına qədər 1600 (min altı yüz) manat olmaqla təşkil etdiyi lotoreya oyununa pul göndərmişdir. Oyunlarda təşkilatçı olaraq yaratdığı qruplara əlavə edib onu və qrup daxilinə atılan çeklərdə olub və şəxsiyə atılmasını həmişə tələb edib. Daha sonra yaranan vəziyyətdən onun etibarından sui-stifadə edərək Cavabdeh ona 1 noyabr lotoreya oyunundan ona çatacaq məbləği verməkdən boyun qaçırtmışdır. Ona ümummillikdə 2400 (iki min dörd yüz) manat olmaqla maddi ziyan vurmuşdur. Eyni zamanda cavabdeh onu telefonundan əngəlləyərək bloka atmışdır ki, onunla əlaqə yarada bilməsin. Həmin pulu müxtəlif bəhanələr gətirərək, geri qaytarmaqdan boyun qaçırmışdır. Məhz buna görə o, məcburiyyət qarşısında qalıb aidiyyatı üzrə Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci polis bölməsinə rəsmi ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər Polis Şöbəsinin 04 iyul 2024ci il tarixli HK-1/1755 nömrəli materialı üzrə müvafiq araşdirma aparmış və sonda cinayət işinin başlanmasinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinə təkrar araşdirmaya başlamışdır. Cavabdeh əməlində cinayət tərkibi olmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəllsinin 178.1 -ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət Məcəllsinin 39.1.2-ci maddəsinə əsasən bəraət verici əsaslarla xitam verilmişdir. İddiaçının tələbi: İddiaçı Cavabdeh 2400 (iki min dörd yüz ) manat pulun və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: 18 fevral 2026-cı il tarixdə İddiaçı məhkəyə poçt-teleqram vasitəsi ilə müraciət edərək iddia tələbini tam həcmdə müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını, 2400 (iki min dörd yüz ) manat pulun və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. 2023-cü il tarixində aralarında razılaşma ilə lotoreya oyunu təşkil edilmişdir. Sonradan ödənişlərdə problemlərin yaranması səbəbindən iştirakçıların pullarının tam ödənilməsi mümkün olmamışdır. Bu məsələ ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırmalar aparılmış və işə xitam verilmişdir. Polis Şöbəsində araşdırmalar zamanı iştirakçılar pulların onlarda olduğunu təsdiq etmişdir. Hətta onun özünə də 1000 (min) manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edənin verdiyi suallara cavab olaraq Cavabdeh bildirmişdir ki, 5239 1517 2967 5028 və 4169 73******2916 hesab nömrələrinin aid olduğu bank kartları ona məxsusdur. İş materiallarına əlavə edilmiş sənədlər: 09 dekabr 2024-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, Biləsuvar rayonu Bağbanlar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X3 tanıyır. Münasibətləri normal olmuş, aralarında hər hansı bir ədavəti və narazılığı olmamışdır. 2023-cü il tarixdə tanışı Aygün Mirzəyeva ilə birlikdə lazeroloq işləmişlər. Həmin müddət ərzində 10 nəfər şəxs ilə birlikdə lotoreya oyunu oynamağa başlamışlar. Həmin oyun 10 nəfərin öz razılığı ilə açılıb və aylıq 200 (iki yüz) manat ödəniş ilə həmin ojyunu oynamışlar. Həmin lotoreya oyununda Aygün Mirzəyeva 10cu şəxs kimi pulunu götürəcəkmiş, lakin Aygünün növbəsi çatan zaman həmin qrupda Aygün üçün 700 (yeddi yüz) manat pul götürmüşdür, özünün ödənişindən başqa Aygünə çatacaq verilməmişdir. Onun özünə lotoreya növbəsi çatana kimi pullar ödənmədiyindən 2000 (iki min) manat pulunu götürə bilməmişdir. O, şikayət ərizəsi ilə tanış olaraq bildirmişdir ki, Aygün Mirzəyevanjn 1100 (bir min yüz) manat pulunu ələ keçirməmiş və dələduzluq yolu ilə onu aldatmamışdır. Barəsində olunan şikayət tam yalan və böhtandır. O, həmçinin təkrar vermiş olduğu izahatında lotoreya oyunu ilə bağlı yaradılmış qrupda olan hər bir iştirakçıya da bildirmişdir ki, onların pulunu götürməmişdir. Onun özü və qardaşı Nazir də olmaqla lotoreyada olan yeddi iştirakçıya məxsus ümumilikdə 8000 (səkkiz min) manat pulu X12 və X15 götürmüşlər və öz aralarında bölmüşlər. Lakin pulu götürdükdən sonra onlar oyuna pul atmamışlar. Sonradan dəflərlə zəng edib onları narahat etdikdən sonra cəmi 500 (beş yüz) manat pul ödəmişlər. Həmin qızların adlarına və mobil nömrələrini də qrupa atmışdır ki, qrup iştirakçıları Aysel yə Əsmərlə əlaqə saxlayıb onlardan pullarını tələb etsinlər. Hamı da bunu bilir. Əgər onları aldatmış olsaydı, başqasının adını və mobil telefonunu verməzdi. Heç kimə qarşı heç bir dələduzluq etməmiş və pulunu ələ keçirməmişdir. Qeyd etdiyim kimi lotoreya oyunu zamanı ona və qardaşı Nazirə məxsus ümumilikdə 2000 (iki min) manat pulu da Aysel və Əsmər götürmüş, bu günə kimi də qaytarmamışlar. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, Qubadlı rayonu Mahmudli kəndində qeydiyyatda olsa da, hazırda Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 157-də ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, 2023-cü ilin noyabr ayında Biləsuvar rayon sakini Cavabdeh tərəfindən lotoreya oynamaq məqsədi ilə yaradılmış qrupa üzv olmuş və Mehriban oynadıqları 2400 (iki min dörd yüz) manat lotoreya pulunu ona qaytarmamışdır. Araşdırma zamanı X12 izahatında göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədəndə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh tanışı Gültəkin Muradovanın vasitəsi ilə tanımış, lakin üzbəüz görməmiş, onunla yalnız mobil telefonla əlaqə saxlamışdır. Onun borcu olduğu üçün pula ehtiyacı olmuşdur. Aralarında olan söhbət zaman Gültəkin təklif etmişdir lotoreya oynayırlar, ayda 700 (yeddi yüz) manat oyuna pul qoyurlar. Gültəkinin oyunla bağlı təklifi ilə razılaşmış və bu barədə tanışı Əsmər Məmmədovaya məlumat vermiş, Əsmər də ona razılıq vermişdir. Gültəkindən başqa oyunda heç kimi tanımamış və heç kimi canlı olaraq görməmişdir. Oyun başlanandan bir neçə gün sonra öz bank kartını whatspada oyunun yaradıcısı Mehriban adlı xanıma göndərmişdir. Onun kart hesabına 5600 (beş min altı yüz) manat pul köçmüş, həmin pulu da öz porclarına vermişdir. Həmin vaxt onunla eyni zamanda Əsmər də 2400 (iki min dörd yüz) manat pul götürmüş, lakin pulu götürəndən sonra işlərində problemlərim olduğuna və heç bir yerdən qazancı olmadığına görə lotoreya iştirakçılarına çatacaq pulu oyuna qoya bilməmişdir. Yalnız bir dəfə 200 (iki yüz) manat ödəyə bilmişdir. Onun Mehriban adlı xanımın yaratdığı qrupa 5400 (beş min dörd yüz) manat lotoreya oyunundan borcu qalmışdır. Həmin borcunu etiraf edir və həmin pulu şəxsi borclarına xərcləmişdir. Heç ikimi aldatmaq niyyəti olmamışdır. Borcunu ödəmək üçün hazırda işə başlamış, pulunu aldıqca hissəhissə də olsa lotoreya iştirakçılarına ödəyəcəkdir. Araşdırma zamanı X16 izahatında göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Baləmi Dadaşov küçəsi, ev 01, mənzil 407-də ailə üzvləri ilə birlikdə yaşayır. 2()23-cü ilin noyabr ayında tanışı Aysel İbrahimova ona təklif etmişdir ki, lotoreya oynayırlar, ayda 300 (üç yüz) manat oyuna pul qoyurlar. O, da razılaşmışdır. Ayseldən başqa oyunda heç kimi tanımamış və heç kimi canlı olaraq görməmişdir. Oyun başlanandan bir neçə gün sonra o, özünə məxsus bank kartını vatsap vasitəsilə oyunun yaradıcısı Mehriban adlı xanıma göndərmişdir. Onun kart hesabına 1500 (min beş yüz) manat pul köçmüş, həmin pulu Ayselin sevgilisi X6 vermiş və öz aralarında razılaşmışlar ki, hər ay Murad 300 (üç yüz) manat ona pul verəcək manat pul götürmüşdür. Aysel lotoreya pulunu götürdükdən sonra ödəniş etməmiş, həmin ilin dekabr ayında Murad 300 (üç yüz) manat pulu Mehriban xanımın kart hesabına köçürmüş və qəbzi o, da Mehribana göndərmişdir. 2024-cü ilin yanvar ayında Murada pulu köçürmək vaxtı olduğunu demiş, Murad da demişdir ki, Ayselin vasitəsilə Mehribanla danışmış, onunla öz aralarında razılaşmışlar. Bundan sonrakı pullar onluq deyildir. 2024- cü ilin aprel ayında Mehriban ona mesaj yazıb demişdir ki, onun tanış etdiyi adam pulu ödəmir. O, da bu barədə Murada demiş, Murad ona bildirmişdir ki, narahat olmasın öz aralarında danışıb razılaşmışlar. Lakin buna baxmayaraq Murad pulu ödməmişdir. Buna görə də oyunda iştirak edən şəxslər ondan şikayət etmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər sakini İddiaçı eyni məzmunlu müraciəti əsasında Sumqayıt Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Elşad Məmmədov tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə 13 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı ərizəsində qeyd etdiyi xüsusatm mülki məsələ olduğunu qeyd etməklə bu barədə ərizə müəllifinə qərarın surəti rəsmi məktubla göndərilmiş və ona izah edilmişdir ki, ərizəsində qeyd etdiyi xüsusat mülki xarakterlidir və bununla bağlı məhkəməyə mülki qaydada iddia qaldırmaq hüququ vardır. 15 aprel 2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, cinayət işi üzrə şübhəli şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində bildirmişdir ki, X7, X1, X11, İddiaçı barəsində etdiyi şikayətlə razı deyil. Onlar ifadələrində bildirdikləri xüsusatlar yalandır. Belə ki, o dəfələrlə lotoreya oyunları təşkil etmiş, həmin oyunlarda indiyədək heç bir problem olmamamışdır. Lakin 2023-cü ilin noyabr ayında təşkil olunmuş oyunda iştirak edən Əsmər və Aysel adlı şəxslər onların növbəsində ödənilməli olan pulları verə bilmədiklərinə görə o da həmin şəxslərin pulunu ödəyə bilməmişdir. Bu səbəbdən onlar onun barəsində şikayət etmişlər. Bildirmişdir ki, o, Güllübəyimə 4200 manat borcu yoxdur. Həmin oyundan ona ödənilməmiş 1100 (min yüz) manat pu qalmışdır. Aysellə Əsmər 8000 (səkkiz min) manat pul götürmüş. İndiyədək 200 (iki yüz) manat Aysel, 300 (üç yüz) manat isə Əsmər olmaqla cəmi 500 (beş yüz) manat ödəniş etmişlər Hal-hazırda onların hər ikisinin ona və adlarını göstərdiyi 4 nəfər xanıma 7500 (yeddi min beş yüz) manat borcu qalmışdır. Noyabr ayında təşkil olunmuş oyundan qalan borc göstərdiyi kimi Aysellə Əsmərdə olan puldan ödənilməlidir, dekabr ayında təşkil olunmuş oyun isə yarıda dayandırıldığı üçün pul götürən şəxslər götürməyən şəxslərə ödəniş etmiş və beləliklə heç kimin bir-birinə borcu qalmamışdır. 300 (üç yüz) manat, Aysel isə 700 (yeddi yüz) manat ödəyərək 8000 (səkkiz min) manat məbləğində pulu götürmüşdür 2-cı aydan 7-ci ayadək olan dövrdə bütün ödənişlər edilmiş və hər bır iştirakçı növbəsinə uyğun olaraq pulunu almışdır. Lakin 7-ci ayda o özü, 8-ci ayda Güllübəyım Məmmədova, 9-cu ayda isə Təranə Niftəliyeva pul ala bilməmişdir. Halbuki bu aylara aid ödənişlər Cavabdeh təqdim etdiyi kart hesabına göndərilmişdir. Bundan başqa, o, 2023-cü ilin dekabr ayında təşkil olunmuş digər bir lotoreya oyununda da iştirak etmiş və bu oyun üzrə hər ay 2100 (iki min yüz) manat məbləğində pul ödəyirmiş. May ayınadək bütün ödənişlər edilmiş və iştirakçılar pullarını almışlar. Lakin may ayında Cavabdeh oyunu ləğv etmiş və noyabr ayında başlanan oyundan ona çatmalı olan 3000 (üç min) manat, dekabr ayında başlanan oyuna onun vasitəsilə qoşulmuş 6 nəfər iştirakçıya isə 3500 (üç min beş yüz) manat məbləğində ödəniş edilməmişdir. O, Mehribanla dəfələrlə əlaqə saxlayaraq öz pulunu tələb etmişdir. Lakin Mehriban hər dəfə müxtəlif bəhanələr gətirmiş və bildirmişdir ki, toplanan pullar Aysel və Əsmər adlı şəxslərdədır Onların ona ödəniş etmədiyi üçün özü də iştirakçılara pul ödəyə bilməmişdir. Daha sonra o, həmin şəxslərlə əlaqə saxlamış və onlar bildirmişlər ki. yalnız noyabr ayında keçirilmiş oyunda iştirak etmişlər və Mehriban onlara həmin məbləğdə pul verməmişdir. O, bundan sonra da Mehribanla əlaqə saxlayaraq pulunu tələb etmişdir. Lakin Mehriban belə cavab vermişdir “mən sənə pul ödəməyəcəyəm, sənin pulun məndə deyil, kimdən ala bilirsən al.” O, Mehribana onun təşkilatçı olduğunu, pulların onun təqdim etdiyi kart hesablarına göndərildiyini və yekunda ödənişləri onun etməli olduğunu bildirsə də, Mehriban bu tələblərə məhəl qoymamış və bu günədək heç bir ödəniş etməmişdir. Hətta may ayında Cavabdeh onu “Whatsapp” qrupundan çıxarmışdır ki, o, qrup üzvlərinə baş verənlər barədə məlumat verməsin. O, ödənişləri Cavabdeh təqdim etdiyi 5239 1517 2967 5028 və 4169 7388 0153 2916 nömrəli kart hesablarına mobil tətbiq vasitəsilə göndərmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Cavabdeh 2023-cü ilin avqust ayında ış yoldaşı Gülarə adlı şəxs vasitəsilə tanımışdır Həmin ay Mehribanın yaratdığı lotoreya qrupunda iştirak etmişdir Avqust ayına aid qrupda olan şəxslərin siyahısı ona Mehriban tərəfindən təqdim edilməmişdir. O, 9-cu şəxs kimi 2400 (iki min dörd yüz) manat məbləğində pul götürmüş və ayda 300 manat oyuna pul ödəmişdir. 2023-cü ilin avqust ayına äidxıyun başa çatdıqdan sonra ona heç kimin borcu qalmamışdıq Lakın həmin qrupda onunla birgə iştirak edən Elmira xanıma 1100 (min yüz) manat məbləğində odənış edilməmişdir 2023-cü ilin noyabr ayında Cavabdeh yeni bir qrup yaratmış və həmin qrupda 9 ay müddətində lotoreya oyununun keçiriləcəyi bildirilmişdir. O, bu oyunda hər ay 1600 (min altı yüz) manat məbləğində pul ödəyirmiş 14-cü yerdə iki nəfər, yəni Əsmər 300 (üç yüz) manat, Aysel isə 700 (yeddi yüz) manat ödəyərək ümumilikdə 8000 (səkkiz min) manat məbləğində vəsaiti götürmüşdülər. 2-ci aydan 7-ci ayadək ödənişlər ardıcıl olaraq edilmiş, hər bir iştirakçı növbəsinə uyğun şəkildə pulunu almışdır. Lakin 7-ci ayda Turanə İmanovaya, 8-ci ayda Güllübəyim Məmmədovaya, 9-cu ayda isə ona aid olan pul ödənilməmişdir. Halbuki, bu aylara aid ödənişlər Cavabdeh təqdim etdiyi kart hesabına göndərilmişdir. May ayına qədər olan dövrdə ödənişlər davam etmiş və iştirakçılar pullarını almışlar. Lakin may ayında Mehriban oyunu ləğv etmiş və ona noyabr ayında başlamış oyundan çatmalı olan 2400 (iki min dörd yüz) manat məbləğində pulu mənimsəyərək ödəniş etməmişdir. O, bundan sonra Mehribanla dəfələrlə əlaqə saxlayaraq pulunu tələb etmişdir Lakin Mehriban hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina etmişdir O, bildirmişdir ki, iştirakçılardan yığılan pullar'Aysel və Əsrriər adlı şəxslərdədir və onlar ona ödəniş etmədiyi üçün özü də iştirakçılara pul ödəyə bilməmişdir. Lakin o, həmin şəxslərlə əlaqə saxlayaraq məsələni aydınlaşdırmış və onlar bildirmişlər ki, Mehriban onlara deyilən məbləğdə pul verməmişdir və onlar yalnız, noyabr ayında oynanılmış oyunda iştirak etmişlər Bu hadisədən sonra da o, Mehribanla əlaqə saxlayaraq pulunu tələb etdikdə Mehriban onun nömrəsini qara siyahıya əlavə etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi CD formatlı məlumat daşıyıcısında əks olunan səs yazılarına baxış keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də tərəflər arasında pul vəsaitləri ilə bağlı lotoreya oynanılmış, müxtəlif vaxtlarda və məbləğlərdə göndərilmiş pulların qaytarılması cavabdehdən tələb olunmuşdur. 10 avqust 2025-ci il tarixli , 51013 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 45 (qırx beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 26 yanvar 2026-cı il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, 4169 73******4576 nömrəli kart X2 məxsusdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 27 yanvar 2026-cı il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, 4169 73******6136 nömrəli kart X2 məxsusdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 27 yanvar 2026-cı il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, 5239 15******2733 nömrəli kart X2 məxsusdur. İddiaçı məxsus olan 4169 73******4576 və 4169 73******6136 hesab nömrələrindən, Cavabdeh məxsus olan 5239 1517 2967 5028 və 4169 73******2916 hesab nömrələrinə 2023-cü ilin noyabr ayından 2024-cü ilin aprel ayına qədər (5028 nömrəli hesaba 05 mart 2024-cü il tarixdə 1000 (min) manat, 5028 nömrəli hesaba 05 mart 2024-cü il tarixdə 300 (üç yüz) manat, 5028 nömrəli hesaba 06 mart 2024-cü il tarixdə 100 (yüz) manat, 5028 nömrəli hesaba 06 mart 2024-cü il tarixdə 200 (iki yüz) manat) cəmi, 1600 (min altı yüz) manat məbləğində vəsait köçürülmüşdür. İddiaçı məxsus olan 4169 73******4576 hesab nömrəsindən 4169 73******9889 hesab nömrəsinə (05 noyabr 2023-cü il tarixdə 550 (beş yüz əlli) manat, 03 noyabr 2023-cü il tarixdə 300 (üç yüz) manat, 04 noyabr 2023-cü il tarixdə 650 (altı yüz əlli) manat) cəmi, 2100 (iki min yüz) manat məbləğində pul vəsaiti göndərilmişdir. İddiaçı məxsus olan 4169 73******4576 hesab nömrəsindən 4169 73******5921 hesab nömrəsinə (04 fevral 2024-cü il tarixdə 1000 (min) manat, 05 fevral 2024-cü il tarixdə 600 (altı yüz) manat) cəmi, 1600 (min altı yüz) manat məbləğində pul vəsaiti göndərilmişdir. İddiaçı məxsus olan 4169 73******6136 hesab nömrəsindən 524 75******6074 hesab nömrəsinə 01 aprel 2024-cü il tarixdə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti göndərilmişdir. İddiaçı məxsus olan 5239 15******2733 hesab nömrəsindən 524 75******6074 hesab nömrəsinə 03 aprel 2024-cü il tarixdə 1100 (min yüz) manat məbləğində pul vəsaiti göndərilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Konstitutsiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri: 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşya sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386-cı maddəsinə əsasən öhdəliklərin əmələ gəlməsi əsasları: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində, ya əsassız varlanma nəticəsində, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Hazırkı iş üzrə mübahisənin predmeti tərəflər arasında mülki dövriyyədə verilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı olduğundan, məhkəmə ilk növbədə həmin pulun cavabdeh tərəfindən hansı hüquqi əsasla əldə edilməsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə bağlanmış yazılı və ya başqa formada təsdiq olunan müqavilə, həmin vəsaitin cavabdehə aid olmasını təsdiq edən hər hansı əsas, yaxud pul vəsaitinin cavabdehin sərəncamında qalmasına hüquq verən başqa hal olmadan pul vəsaiti əldə etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin əldə etdiyi pul vəsaitinin hüquqi taleyi məhz əsassız varlanma institutunun predmeti kimi qiymətləndirilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, həmin norma üzrə əsassız varlanmanın mövcudluğu üçün bir şəxsin digər şəxsin hesabına əmlak əldə etməsi, həmin əmlak artımının qanuni və ya müqaviləvi əsasının olmaması, eləcə də məhrum olan şəxsin əmlak sferasının azalması müəyyən edilməlidir. Hazırkı işdə iddiaçının pul vəsaitləri üzrə hesablarından vəsait çıxması, həmin vəsaitin bir hissəsinin bilavasitə cavabdehin məxsus olduğunu etiraf etdiyi bank hesablarına köçürülməsi və cavabdeh tərəfindən həmin məbləğin geri qaytarılmasının sübuta yetirilməməsi bu dispozitiv şərtlərin mövcudluğunu təsdiq edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda pul vəsaiti verilmişdir. Bu hal ilk növbədə tərəflərin öz izahatları ilə təsdiq olunur. Cavabdeh məhkəmə iclasında aralarında lotoreya oyununun təşkil edildiyini, iştirakçılardan ödənişlərin qəbul edildiyini, ödənişlərdə problemlər yarandığını etiraf etməklə, əslində, tərəflər arasında pul hərəkətinin mövcudluğunu inkar etməmişdir. Bundan əlavə, cavabdeh sədrlik edənin suallarına cavabında 5239 1517 2967 5028 və 4169 73******2916 nömrəli hesabların ona məxsus olduğunu bildirmiş, bununla da həmin hesablara daxil olmuş pul köçürmələrinin onunla əlaqəsini təsdiqləmişdir. Mülki iş materiallarından da göründüyü kimi, cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır. Burada mühüm olan hal ondan ibarətdir ki, cavabdeh həmin vəsaitin hər hansı müqavilə, borc münasibəti, xidmət müqabili və ya başqa qanuni əsasla ona məxsus olduğunu sübut edə bilməmişdir. Əksinə, iş üzrə toplanmış materiallar həmin vəsaitin iddiaçının ödənişləri hesabına cavabdehin sərəncamına keçdiyini göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan iddiaçı üzərinə düşən sübutetmə yükünü iddia etdiyi tələbin həcmində yerinə yetirməli, cavabdeh isə iddianı təkzib edən halları sübut etməlidir. Hazırkı işdə iddiaçı pul vəsaitinin verilməsinə dair bank çıxarışlarını, hüquqmühafizə orqanlarında verilmiş izahatları, səs yazılarını və digər sənədləri təqdim etmiş, cavabdeh isə yalnız ümumi xarakterli etirazlarla kifayətlənmiş, aldığı vəsaiti qaytardığını və ya həmin vəsaitin ona aid olmayan hesablara köçürüldüyünü təsdiqləyən mötəbər sübut təqdim etməmişdir. İddiaçı bildirir ki, cavabdeh müxtəlif vaxtlarda ondan ümumilikdə 2400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitini əldə etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı öz tələbinin əsası kimi həmin məbləğdən yalnız 1600 (min altı yüz) manat məbləğin cavabdehə verilməsini sübut edə bilmişdir. Məhkəmə bu nəticəyə təkcə tərəflərin izahatlarına deyil, həm də iş materiallarında olan yazılı sübutların məcmusuna əsasən gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 09 dekabr 2024-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, araşdırma zamanı həm iddiaçı, həm cavabdeh, həm də digər şəxslər lotoreya oyununun faktiki mövcudluğunu, bu oyun çərçivəsində vəsaitlərin toplanıldığını və ödənişlərin sonradan tam həyata keçirilmədiyini təsdiq etmişlər. Həmin qərar birbaşa mülki məsuliyyət yaradan sənəd olmasa da, orada əks olunmuş izahatlar tərəflər arasında pul münasibətlərinin mövcudluğunu, cavabdehin lotoreya qrupunu təşkil edən şəxs kimi çıxış etdiyini və iştirakçılar tərəfindən vəsaitlərin onunla əlaqəli sistem üzrə ödənildiyini təsdiq edən dolayı, lakin əhəmiyyətli sübut mənbəyidir. Məhkəmə həmin sənədə cinayət-hüquqi nəticə baxımından deyil, onda olan faktiki məlumatların mülki iş üzrə aidiyyəti və sübut əhəmiyyəti baxımından qiymət verir. Həmin qərarda əks olunan Cavabdeh izahatında onun lotoreya oyununun iştirakçılarla birlikdə yaradıldığını, müəyyən şəxslərin pul götürdüyünü, daha sonra ödəniş etmədiyini bildirməsi, faktiki olaraq, pul dövriyyəsinin cavabdehin təşkilatçılığı ilə baş verməsini və iştirakçıların ödənişlərə dair gözləntilərinin məhz onun üzərinə yönəldiyini təsdiqləyir. Yəni cavabdehin mövqeyi iddiaçının iddiasını tam təkzib etmir, əksinə, pul münasibətinin və onun bu münasibətdə mərkəzi rolunun mövcudluğunu dolayısı ilə qəbul edir. Araşdırma zamanı İddiaçı verdiyi izahatda onun 2023-cü ilin noyabr ayında cavabdeh tərəfindən yaradılmış qrupa üzv olduğu və 2400 manat lotoreya pulunun ona qaytarılmadığı göstərilmişdir. Məhkəmə həmin izahatı iddiaçının hazırkı məhkəmə iddiası ilə uyğunluq baxımından müqayisə etmiş və müəyyən etmişdir ki, iddiaçı başlanğıcdan etibarən öz tələbinin mahiyyətini dəyişməmiş, pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmamasını ardıcıl şəkildə bildirmişdir. Bu hal iddiaçının mövqeyinin sabitliyini göstərir və onun izahatının mötəbərliyini artırır. Araşdırma zamanı X8 izahatında göstərilmişdir ki, oyunun yaradıcısı Mehriban adlı şəxsə bank kartı göndərilmiş, həmin kart hesabına vəsait köçmüş, özünün də götürdüyü vəsaiti sonradan oyuna qaytara bilmədiyi etiraf edilmişdir. Bu izahatdan görünür ki, lotoreya mexanizmi təsadüfi və pərakəndə deyil, cavabdehin təşkil etdiyi və idarə etdiyi sistem şəklində fəaliyyət göstərmişdir. Məhkəmə həmin izahata cavabdehin “vəsaitlər onda deyil, digər şəxslərdə qalıb” şəklində etirazını qiymətləndirmək üçün də əhəmiyyət verir. Belə ki, hətta başqa şəxslərin sonrakı mərhələdə öhdəliyi icra etməməsi cavabdehin ilkin təşkilatçı və vəsaitlərin qəbulunu təmin edən şəxs kimi iddiaçı qarşısında məsuliyyətini aradan qaldırmır. Araşdırma zamanı X9 izahatı da eyni istiqamətdə mühüm sübut əhəmiyyəti daşıyır. Həmin izahatdan görünür ki, o da lotoreya oyununun yaradıcısı kimi Mehriban adlı şəxsi tanımış, bank kartını ona göndərmiş, ödənişlərin oyunun yaradıcı və təşkilatçısı ilə əlaqələndirildiyini qəbul etmişdir. Bu sübutlar birlikdə göstərir ki, cavabdeh lotoreya münasibətində kənar şəxs deyil, ödənişlərin yönəldildiyi və iştirakçıların pul öhdəliklərini məhz onun təşkil etdiyi sxem üzrə icra etdikləri şəxs olmuşdur. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında” qərarın surətindən də görünür ki, cavabdeh şübhəli şəxs qismində ifadəsində lotoreya oyunlarını təşkil etdiyini, mübahisənin iştirakçılar arasında ödənişlərin dayanması nəticəsində yarandığını, ödənişlərin onun təqdim etdiyi kart hesablarına göndərildiyini inkar etməmişdir. Həmin sənəd də cinayət məsuliyyəti məsələsini həll etməsə də, onda əks olunan məlumatlar mülki hüquqi münasibətin və cavabdehin həmin münasibətdə iştirakının müəyyən edilməsi üçün mühüm faktiki material kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi iddiaçının mülki-hüquqi tələb irəli sürmək hüququnu istisna etmir və həmin qərar cavabdehin pul öhdəliyinin mövcud olmaması barədə preyudisial nəticə yaratmır. İddiaçı məhkəməyə təqdim etdiyi CD formatlı məlumat daşıyıcısında əks olunan səs yazılarına baxış keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də tərəflər arasında pul vəsaitləri ilə bağlı lotoreya oynanılmış, müxtəlif vaxtlarda və məbləğlərdə göndərilmiş pulların qaytarılması cavabdehdən tələb olunmuşdur. Məhkəmə hesab edir ki, bu səs yazıları iddiaçının tələbinin uydurma olmadığını, tərəflər arasında real pul münasibətinin mövcud olduğunu, iddiaçının cavabdehdən müəyyən məbləği tələb etdiyini və cavabdehin həmin tələbdən xəbərdar olduğunu təsdiq edir. Səs yazıları məzmun etibarilə bank çıxarışları və tərəflərin izahatları ilə qarşılıqlı surətdə uyğunlaşdığından onların sübut əhəmiyyəti daha da artır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 26 yanvar 2026-cı il və 27 yanvar 2026-cı il tarixli ödəniş kartı üzrə çıxarışlardan görünür ki, 4169 734576, 4169 736136 və 5239 15******2733 nömrəli kartlar İddiaçı məxsusdur. Məhkəmə bu sənədləri iddiaçının təqdim etdiyi köçürmə sənədlərinin mənbəyinin məhz ona aid olmasını təsdiqləyən rəsmi bank sənədləri kimi qəbul edir. Həmin çıxarışlar iddiaçının vəsaiti öz hesablarından köçürdüyünü birbaşa sübuta yetirir. İddiaçıya məxsus olan 4169 734576 və 4169 736136 hesab nömrələrindən, cavabdehə məxsus olan 5239 1517 2967 5028 və 4169 73******2916 hesab nömrələrinə 2023-cü ilin noyabr ayından 2024-cü ilin aprel ayına qədər cəmi 1600 (min altı yüz) manat məbləğində vəsait köçürülməsi barədə bank məlumatları məhkəmə tərəfindən xüsusi əhəmiyyətli və birbaşa sübut kimi qiymətləndirilir. Bu sənədlər bir tərəfdən pulun iddiaçıya aid hesablardan çıxmasını, digər tərəfdən isə cavabdehin məxsus olduğunu özünün də etiraf etdiyi hesablara daxil olmasını təsdiqləyir. Deməli, 1600 manat məbləğində vəsaitin məhz iddiaçıdan cavabdehə keçməsi iş materialları ilə birbaşa və mötəbər şəkildə sübut olunmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzlərin və bank çıxarışlarının məzmunu, tərəflərin izahatları, hüquq-mühafizə orqanlarında verilmiş ifadələr, habelə səs yazılarının məcmusu 1600 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən əldə edilməsini təsdiq edir. Həmin məbləğin geri qaytarılmasına dair isə cavabdeh tərəfindən nə yazılı qəbz, nə bank köçürməsi, nə də başqa bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin ümumi xarakterli “başqa şəxslər ödəniş etməmişdir” və ya “özünə də ziyan dəymişdir” şəklində izahatları onun iddiaçı qarşısında artıq sübut olunmuş pul öhdəliyini aradan qaldırmır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, İddiaçı məxsus olan 4169******734576 hesab nömrəsindən göndərilmiş 2100 (iki min yüz) manat məbləğində pul vəsaitinin köçürüldüyü 4169******739889 nömrəli hesabın, 1600 (min altı yüz) manat məbləğində pul vəsaitinin köçürüldüyü 4169******735921 nömrəli hesabın, 400 (dörd yüz) manat və 1100 (min yüz) manat məbləğində pul vəsaitlərinin köçürüldüyü 524******756074 nömrəli hesabın kimə məxsus olması iddiaçı tərəfindən sübut edilməmişdir. Məhkəmə bu hissədə iddiaçının mövqeyini tam qəbul etmir, çünki mülki prosesdə təkcə pulun hansısa hesaba köçürülməsi deyil, həmin hesabın cavabdehlə hüquqi bağlılığının da sübuta yetirilməsi tələb olunur. Hazırkı işdə cavabdeh yalnız 5239 1517 2967 5028 və 4169 73******2916 nömrəli hesabların ona məxsus olduğunu təsdiq etmiş, digər hesabların ona aid olması barədə isə bank sənədi, cavabdehin etirafı, yazışma, müqavilə və ya başqa etibarlı sübut təqdim olunmamışdır. Buna görə də həmin məbləğlərin cavabdehdən tutulması üçün zəruri sübut standartı təmin edilməmiş hesab olunur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsasən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin və yekun qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə hər bir sübutun aidiyyəti, mümkünlüyü, mötəbərliyi və yetərliliyi baxımından aparılır, yekun qiymətləndirmə isə bütün sübutların məcmusuna hüquqi nəticə verilməsini ehtiva edir. Məhkəmə hazırkı işdə hər bir sübutu ayrıca və qarşılıqlı əlaqədə təhlil edərək müəyyən etmişdir ki, yalnız 1600 manat məbləğində vəsait üzrə cavabdehin varlanması birbaşa, aydın və kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hazırkı iş üzrə məhkəmənin gəldiyi nəticə də məhz iş materiallarında olan rəsmi bank sənədləri, tərəflərin izahatları, hüquq-mühafizə orqanlarının materialları və səs yazılarının məcmusundan irəli gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur, yəni sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Eyni zamanda, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hazırkı işdə iddiaçı 1600 manat hissəsində belə uyğun, bir-birini tamamlayan və təkzib olunmayan sübutlar təqdim etmiş, 2400 manatın qalan hissəsi üzrə isə bu səviyyədə sübutetməni təmin edə bilməmişdir. Buna görə məhkəmə tələbi yalnız sübut olunmuş həddə təmin etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1600 (min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul vəsaitinin 30 (otuz) manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 1600 (min altı yüz) manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat məbləğində hissəsi, ümumilikdə 1630 (min altı yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1571/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1571/2025
18.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver