Məhkəmə qərarları › İş №2(022)-158/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-158/2025

12.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-158/2025 12.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsində bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(022)-443/2019 saylı qətnaməsinə əsasən, 23 sentyabr 2002-ci il tarixdə doğulmuş X4 və 17 aprel 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(022)- 627/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə sabit pul məbləğində 50 manat, cəmi 150 manat alimentin miqdarı artırılaraq sabit pul məbləğində hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat, cəmi 200 manat hər bir uşaq üçün minimum aylıq əmək haqqı məbləğinin 0.55 misli miqdarında alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq 200 manat məbləğində aliment miqdarı azdır və hal-hazırda uşağını saxlaya bilmir. Məhkəmə iclasında: İddiaçı Əzizova X2 Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(022)- 443/2019 saylı qətnaməsinin dəyişdirilərək, 17 aprel 2011-ci il tarixdə doğulmuş X1 və 02 yanvar 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 470 manat alimentin və mediasiya təşkilatına ödənilmiş 60 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qeyd etmşdir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən göstərilənləri nəzərə alaraq aliment məbləğinin artırılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir, Biləsuvar Rayon Məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğini çox çətinliklə ödəyir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il qərarının: 8.4-3-cü bəndində göstərilmişdir ki, əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsindən görünür ki, tələb minimum əmək haqqı məbləğinin artımına əsaslanır. Yəni iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(022)-627/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azdır və hal-hazırda bu məbləğ üzrə iddiaçı uşağını saxlaya bilmir və 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılmasını nəzərə alaraq məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Halbuki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılması birgə nikahdan olan uşaqların saxlanılması üçün alimentin miqdarının dəyişdirilməsinə əsas hesab edilə bilməz və məhkəmə qətnaməsi ilə artıq tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb edən iddiaçı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallardan ən azı birinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq əhkəmə hesab edir ki, mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli və iddiaçıya alimentin məbləğinin indeksasiyasının icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələri) həll edilməli olması izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 261,262, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya alimentin məbləğinin indeksasiyasının icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar