Məhkəmə qərarları › İş №2(022)-1612/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1612/2025

16.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1612/2025 16.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, iddiaçının vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “ev və digər tikililər qiymətləndirməklə payın alınması tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Biləsuvar rayonu, Ağalıkənd ünvanında yerləşən Cavabdeh ilə birgə yaşayış illərində tikdiyi 3 otaqlı yaşayış evi, təsərrüfat sarayı, sanitar qovşağə, hamam, su hovuzu, köməkçi binalar, çəpər və həyətə qoyulmuş darvazaya çəkdiyi xərclər qiymətləndirməklə öz payının alınması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının vəkili Nümayəndə məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək cavabdeh tərəflə razılıq əldə olunması səbəbindən iddiadan imtina etdiklərini bildirmiş, mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək iddiaçı tərəflə razılıq əldə olunmasını bildirmiş, mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır; 191.1-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddələrinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4-cü maddəsinə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul olunması əsası ilə mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə birgə yaşayış dövründə tikildiyi iddia olunan daşınmaz əmlaka çəkilmiş xərclərin qiymətləndirilməsi və öz payının alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının vəkili Nümayəndə tərəfindən yazılı ərizə təqdim edilərək tərəflər arasında razılıq əldə olunduğu bildirilmiş, bu səbəbdən iddiadan imtina edildiyi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Cavabdeh da məhkəməyə təqdim etdiyi yazılı ərizədə iddiaçı ilə razılıq əldə olunduğunu təsdiq edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsinin könüllü olduğunu, qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin hüquq və qanuni mənafelərini pozmadığını müəyyən etmiş, iddiadan imtinanın hüquqi nəticələrini tərəflərə izah etdikdən sonra bu imtinanı qəbul etməyi mümkün hesab etmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ev və digər tikililər qiymətləndirməklə payın alınması tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verildiyi üçün, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, 23 avqust 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən, 14221104 nömrəli büdcə təsnifat kodu üzrə, AZ73CTRE******************** nömrəli xəzinə hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Cəlilabad Rayon Filialına (VÖEN **********) dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti X1 İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Həmçinin məhkəmə bildirir ki, Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verildikdə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261,262, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı “ev və digər tikililər qiymətləndirməklə payın alınması tələbi” barədə iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən 23 avqust 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən, 14221104 nömrəli büdcə təsnifat kodu üzrə, AZ73CTRE******************** nömrəli xəzinə hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Cəlilabad Rayon Filialına (VÖEN **********) dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti X1 İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar