Məhkəmə qərarları › İş №2(022)-1763/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1763/2024

20.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1763/2024 20.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin əvəzində ödənilmiş 2.349 manat 79 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat, cəmi 2.394 manat 79 qəpik, habelə mənəvi ziyan qismində 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 16 dekabr 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı cavabdehin əvəzində ödənilmiş 2.349 manat 79 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat, cəmi 2.394 manat 79 qəpik, habelə mənəvi ziyan qismində 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmaıldır. Belə ki, Azərbaycan Respublikası 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, 21 noyabr 2024-cü il tarixdə 45 manat məbləğində ödənilmiş qəbzin kim tərəfindən ödənilməsi qeyd edilməmiş və həmin qəbz hal-hazırki işə Biləsuvar Rayon Məhkəməsində baxılması üçün deyil, Abşeron Rayon Məhkəməsində baxılması üçün ödənilmişdir. Bundan başqa, iddiaçı cavabdehdən mənəvi ziyan qismində 10.000 manat məbləğində pul vəsaiti tələb edir. Halbuki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 12-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə görə isə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat və 10.000 manatdan yuxarı olan iddianın qiymətinin 3 faizi miqdarında dövlət rüsumu tutulur. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə iş üzrə cəmi 45 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Belə olan halda, iddiaçı cavabdehdən cəmi 12.349 manat 79 qəpik məbləğində pul vəsaitini tələb etdiyinə görə, 127 manat 05 qəpik məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənədi iddia ərizəsinə əlavə etməlidir. Həmçinin ödənilmiş dövlət rüsumu İddiaçı tərəfindən şəxsən ödənilməli və dövlət rüsumu işə Biləsuvar Rayon Məhkəməsində baxılması üçün ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə isə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin əvəzində ödənilmiş 2.349 manat 79 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat, cəmi 2.394 manat 79 qəpik, habelə mənəvi ziyan qismində 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar