Məhkəmə qərarları › İş №2(022)-181/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-181/2025

11.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-181/2025 11.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2020-ci il tarixli 163346 saylı akta əsasən hesablanmış cərimənin onun abonent hesabından silinməsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC tərəfindən barəsində xx.xx.2020-ci il tarixli 163346 saylı aktın qanunsuz hesab edərək 1600 manat cərimənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu Əsgərabad kəndində yaşayır, həm də yaşadığı evin elektirik sayğacı vardır. Elektirik sayğacından onun yaşadığı fərdi evə bir neçə formada xətlər çəkilmişdir.Həmin xətlərdə birdən-birə qısa qapanma olaraq işiqları sönmüşdür. O, işıqların qısa qapanmasını görən kimi Biləsuvar rayon elektirik şəbəkəsinin nəzarət edən nəzarətçisinə zəng edərək məlumat vermişdir. O, dəfələrlə zəng edib məlumat verəndən sonra xx.xx.2020-ci il tarixdə elektrik nəzarətçisi gələrək onun iştirakı olmadan elektirik sayğasına və evə daxil olan xətdə baxış keçirmiş və yerində də akt tərtib etmişlər.Buna görə də onu 1600 manat cərimə etmişlər. Belə ki, "xxxx" ASC–nin Biləsuvar filalı tərəfindən elektirik enerjisindən istifadə qaydaları kobud surətdə pozulmuş, onlar vəzifə səlahiyətlərini aşmışlar. Belə ki, «Elektirik enerjisindən istifadə qaydaları» nın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektirik enerjisindən istifadədə pozuntuluğa yol verildiyi aşkar edildikdə, enerjitəchizat müəssəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir.Məişət abonenti 10 gün müddətində əlavə ödəniş sənədi üzrə elektirik enerjisi haqqında ödənişlər olmadıqda lazımı tədbirlər görülə bilər və tərəflər iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi enerjitəchizat müəssəsinin əməkdaşları elektirik enerjisindən istifadə qaydalarının pozulmasını müəyyən etdikdə onun və iki nəfər hal şahidlərinin iştirakı ilə akt tərtib etməli idilər.Lakin enerjitəchizat müəssəsinin əməkdaşları qaydaların tələblərini pozaraq akt tərtib olunarkən iki nəfər hal şahidlərinin iştirakını təmin etməmişlər.Çünki hal şahidlərinin iştirakı onların mənafeyinə uyğun deyildir. Həmdə aktın yazılmasına bilavastə məsul olan şəxs həmin vaxt onun sayğacına və evə gedən xətdə baxış keçirərkən o, iştirak etməmiş və onun iştirakı olmadan baxış keçirərək onu qanunsuz və əsasız qaydada cərimə etmişlər. Sonda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1668.78 manat cərimənin onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsmətov X2 rayonu Əsgərabad kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəzarət Departamenti Satışa Nəzarət idarəsi tərəfindən tərtib edilmiş 12 fevral 2020-ci il tarixli AKT NDM № 163346 saylı aktına görə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent elektrik sayğacından kənar elektrik enerjisindən istifadə edir. İş materiallarında olan Abunə haqqında abonentin saldosundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 1668 (min altı yüz altmış səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğdə cərimə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilmlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş halları və iş materiallarından görünür ki, cavabdeh 163346 saylı, xx.xx.2020-ci il tarixli aktında abonentin yaşayış evinə quraşdırılmış elektirik sayğacından kənar xətt çəkməklə elektrik enerjisindən istifadə etdiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin hallarını və qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 163346 saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 1668 manat 78 qəpik məbləğdə cərimə İddiaçı abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 163346 saylı, xx.xx.2020-ci il tarixli akta əsasən İddiaçı hesablanmış 1668 (min altı yüz altmış səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğdə cərimə onun abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar