Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1817/2025 31.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən verilmiş 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) tros sepin, 2.000 manat dəyərində 25 qram çəkidə 1 ədəd aralıq və 2 ədəd üzüyün 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) 1 ədəd tros sepin və qolbağının, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) 1 cüt sırğanın, 1 ədəd üzüyün, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) klonun, həmin qızıl zinət əşyalarının və ya mövcud olmadığı təqdirdə, həmin əşyaların bazar dəyəri qiyməti qismində 10.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 27 oktyabr 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən verilmiş 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) tros sepin, 2.000 manat dəyərində 25 qram çəkidə 1 ədəd aralıq və 2 ədəd üzüyün 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) 1 ədəd tros sepin və qolbağının, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) 1 cüt sırğanın, 1 ədəd üzüyün, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) klonun, həmin qızıl zinət əşyalarının və ya mövcud olmadığı təqdirdə, həmin əşyaların bazar dəyəri qiyməti qismində 10.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 9-cu maddəsinə görə isə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Məhkəməyə daxil olmuş iddia ərizəsində iş üzrə maraqlı şəxs qismində göstərilmiş Bank Olmayan Kredit Təşkilatı “Ekspress” adlı müəssisənin poçt ünvanı ünvan 1ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinin vahid qeydiyyat sistemi məlumatlardan görünür ki, Bank Olmayan Kredit Təşkilatı “Ekspress” adlı müəssisə mövcüd deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində iş üzrə maraqlı şəxs qismində göstərilmiş Bank Olmayan Kredit Təşkilatı “Ekspres” adlı müəssisə mövcud olmadığına və həmin müəssisə Biləsuvar rayonu, H.Əliyev küçəsi iş üzrə maraqlı şəxs Bank Olmayan Kredit Təşkilatı “Ekspres” adlı müəssisənin poçt ünvanı kimi hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1 -ci maddələrinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə görə ərizələr (şikayətlər) qaytarıldıqdaa və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və (əyarda) probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtb olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən verilmiş 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) tros sepin, 2.000 manat dəyərində 25 qram çəkidə 1 ədəd aralıq və 2 ədəd üzüyün 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) 1 ədəd tros sepin və qolbağının, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) 1 cüt sırğanın, 1 ədəd üzüyün, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) klonun, həmin qızıl zinət əşyalarının və ya mövcud olmadığı təqdirdə, həmin əşyaların bazar dəyəri qiyməti qismində 10.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi geri qaytarıldığına görə, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldığı vaxt iş üzrə dövlət rüsumu qismində 14 oktyabr 2025-ci il tarixdə, “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyəti, Cəlilabad regional poçt fililaının Biləsuvar maliyyə xidməti şöbəsi tərəfindən “Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökumət ödəniş portalı” vasitəsilə 14221104 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 120 manat məbləğində pul vəsaiti X1 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən verilmiş 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) tros sepin, 2.000 manat dəyərində 25 qram çəkidə 1 ədəd aralıq və 2 ədəd üzüyün 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) 1 ədəd tros sepin və qolbağının, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) 1 cüt sırğanın, 1 ədəd üzüyün, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) klonun, həmin qızıl zinət əşyalarının və ya mövcud olmadığı təqdirdə, həmin əşyaların bazar dəyəri qiyməti qismində 10.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 tərəfindən iş üzrə dövlət rüsumu qismində 14 oktyabr 2025-ci il tarixdə, “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyəti, Cəlilabad regional poçt fililaının Biləsuvar maliyyə xidməti şöbəsi tərəfindən “Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökumət ödəniş portalı” vasitəsilə 14221104 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 120 manat məbləğində pul vəsaiti X1 geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1817/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1817/2025
31.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver