Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-188/2024 18.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 14 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 416 manat, cərimə qismində 41 manat, cəmi 457 manat və 16 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 440 manat, cərimə qismində 44 manat, cəmi 484 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 18 dekabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 14 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 416 manat, cərimə qismində 41 manat, cəmi 457 manat və 16 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 440 manat, cərimə qismində 44 manat, cəmi 484 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 19 dekabr 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən «Shivaki 109 SM» markalı televizoru ilkin olaraq 150 manat ödəməklə, 12 ay əzində hər ay 38 manat hissə-hissə ödəmək şərtilə, cəmi 606 manata İddiaçı almışdır. İşdə olan 14 dekabr 2021-ci il tarixli satılmış məhsulların təhvil-təslim aktının surətindən görünür ki, 14 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən «Shivaki 109 SM» markalı televizor 14 dekabr 2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ödəniş cədvəlində əllə icra edilmiş yazılı qeydlərdən görünür ki, Cavabdeh ümumi borcundan ilkin olaraq 150 manat, sonrakı ayda isə 38 manat olmaqla 2 dəfə, cəmi 188 manat ödəniş etmişdir. Mülki iş materiallarına əlavə edilmiş 16 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən «LOTUS» markalı paltaryuyan maşını ilkin olaraq 140 manat ödəməklə, 12 ay əzində hər ay 40 manat hissə-hissə ödəmək şərtilə, cəmi 620 manata İddiaçı almışdır. İşdə olan 16 dekabr 2021-ci il tarixli satılmış məhsulların təhvil-təslim aktının surətindən görünür ki, 16 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ««LOTUS» markalı paltaryuyan maşın 16 dekabr 2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 16 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ödəniş cədvəlində əllə icra edilmiş yazılı qeydlərdən görünür ki, Cavabdeh ümumi borcundan ilkin olaraq 140 manat, sonrakı ayda isə 40 manat olmaqla 2 dəfə, cəmi 180 manat ödəniş etmişdir. Mülki işdə olan 23 oktyabr 2023-cü il tarixli Cavabdeh İddiaçı olan borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı borcu 14 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 416 manat, cərimə qismində 41 manat və 16 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 440 manat, cərimə qismində 44 manat məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı 14 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 416 manat, cərimə qismində 41 manat və 16 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 440 manat, cərimə qismində 44 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, 14 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 416 manat, cərimə qismində 41 manat və 16 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 440 manat, cərimə qismində 44 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsən müharibə veteranları məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elelktron İnformasiya Sitemindən 02 noyabr 2022ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, İddiaçı Vətən müharibəçisi iştirakçısıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə və iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumu ödəməkdən azad edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 14 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 416 (dörd yüz on altı) manat, cərimə qismində 41 (qırx bir) manat və 16 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 440 (dörd yüz qırx) manat, cərimə qismində 44 (qırx dörd) manat, cəmi 941 (doqquz yüz qırx bir) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-188/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-188/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver