Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-193/2025 08.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 16660 (on altı min altı yüz altmış) manat və ödənilmiş dövlət rüsumuna görə 186 (yüz səksən altı) manat 60 (altmış) qəpik pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar şəhərində yaşamaqla fərdi əmək fəaliyyəti ilə məşğul olur. Biləsuvar şəhər sakini Cavabdeh əvvəllər tanımamış və onunla heç bir münasibəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin dekabr, 2024-cü ilin mart və may aylarında Biləsuvar rayonundan olan bir tanışı Cavabdeh onun yanına gətirərək, avtomobil almaq üçün pul lazım olduğunu bildirmişdir. 2023-cü ilin dekabr ayında 3500,0 (üç min beş yüz) manat, 2024-cü ilin mart ayında 10500,0 (on min beş yüz) manat və 2024-cü ilin may ayında 5460,0 (beş min dörd yüz altımış) manat cavabdehə pul vermişdir. Cavabdeh onunla söhbət zamanı ona ümumilikdə 19460.0 AZN (on doqquz min dörd yüz altımış) manat borc pul lazım olduğunu və ona köməklik etməsini xahiş etdiyi üçün onun düşdüyü vəziyyəti başa düşərək kömək məqsədi ilə ona 19460.0 AZN (on doqquz min dörd yüz altmış) manat borc pulu müxtəlif tarixlərdə 5 (beş) ay müddətinə öz aralarında borc qəbzinə əsasən vermişdir. Borc verərkən Toğrul Xammədov bildirmişdir ki, 02 avqust 2024-cü il tarixinə kimi ona olan bütün borcunu qayataracaqdır. Buna görə də Cavabdeh bu haqda ona sənəd vermiş və həmin vaxt həmin sənədi öz imzası ilə təsdiq etmişdir. Lakin onun qeyd etdiyi müddət başa çatsa da, bu günə kimi ona olan 19460.0 AZN (on doqquz min dörd yüz altımış) manat borcdan cəmi 2800.0 (iki min səkkiz yüz) manat ödəniş aparmışdır. Qalan 16660.0 AZN (on altı min altı yüz altımış) manat borcunu isə ödəmək istəmir və ödəməkdən qəsdən yayınır. İddiaçı nümayəndəsi vəkil X3 məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək və bu barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, maşın alqı-satqısı ilə məşğul olduğundan pula ehtiyacı olmuşdur. Buna görə də xx.xx.2023-cü il tarixdə İddiaçı müraciət edərək ondan 3500 manat, xx.xx.2024-cü il tarixdə 10500 manat, xx.xx.2024-cü l tarixdə 5460 manat qaytarmaq şərti ilə borc pul almışdır. O, aldığı avtomaşınları İddiaçı qohumunun adına keçirmiş, borcunu ödəyib qurtardıqdan sonra həmin avtomaşınları öz adına keçirmişdir. O, xx.xx.2024-cü il tarixdə İddiaçı aldığı 5460 manat pulu ona hissə-hissə qaytaracağı barədə iddiaçı ilə razılaşma əldə edə bilmədiyi və maddi imkanı olmadığından həmin pulu qaytara bilməmişdir. Hazırda onun İddiaçı 5460 manat məbləğdə borcu qalmışdır.Ona görə də iddianı həmin hissədə qəbul edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X1 şəhəri M.Ə.Sabir küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 3500 (üç min beş yüz) manat pul aldığını və həmin pulu xx.xx.2024-cü il tarixə kimi qaytaracağını göstərmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə 10500 (on min beş yüz) manat pul aldığını və həmin pulu xx.xx.2024-cü il tarixə kimi qaytaracağını göstərmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə 5460 (beş min dörd yüz altmış) manat pul aldığını və həmin pulu xx.xx.2024-cü il tarixə kimi qaytaracağını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 3500 (üç min beş yüz) manat, xx.xx.2024-cü il tarixdə 10500 (on min beş yüz) manat və xx.xx.2024-cü il tarixdə 5460 (beş min dörd yüz altmış) manat, cəmi 19460 (on doqquz min dörd yüz altımış) manat borc olaraq pul almışdır. Cavabdeh izahatında avtomaşın alqı-satqısı ilə məşğul olduğu üçün aldığı həmin pullara avtomaşın alaraq həmin avtomaşınları iddiaçının qohumunun adına qeydiyyata aldırmaqla girov qoyduğunu, İddiaçı olan borclarını ödədikdən sonra həmin avtomaşınları öz adına keçirdiyini göstərmişdir. Lakin sonuncu dəfə, yəni xx.xx.2024-cü il tarixdə iddiaçıdan borc olaraq aldığı 5460 (beş min dörd yüz altmış) manat pulun hissə-hissə ödənilməsi barədə İddiaçılə razılaşma əldə edə bilmədiyindən və maddi imkansızlığı səbəbindən həmin pulu sonuncuya ödəyə bilmədiyini, ona görə də iddianı həmin hissədə qəbul etdiyini göstərmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı borc olaraq cəmi 19460 (on doqquz min dörd yüz altımış) manat pul aldığını etiraf etsə də, lakin aldığı avtomaşınları İddiaçı qohumunun adına keçirməklə girov qoyduğunu, daha sonra İddiaçı olan borcunu ödədikdən sonra həmin avtomaşınları öz adına keçirdiyini göstərmiş, lakin borc olaraq aldığı 3500 (üç min beş yüz) manat və 10500 (on min beş yüz) manat pulu İddiaçı qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin iddia tələbindən görünür ki, İddiaçı cavabdehə müxtəlif vaxtlarda verdiyi cəmi 19460 (on doqquz min dörd yüz altımış) manat puldan Cavabdeh ona 2800 (iki min səkkiz yüz) manat qaytardığını, cavabdehin hazırda ona 16660 (on altı min altı yüz altımış) manat borcu olduğunu göstərmişdir. İşin yuxarıda qeyd olunan halları belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Cavabdeh pul tələbinə dair iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddiaçının ondan pul tələbinə dair iddiasına etiraz etsə də, etirazını əsaslandıran məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 16660 (on altı min altı yüz altmış) manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 16660 (on altı min altı yüz altmış) manat və ödənilmiş dövlət rüsumuna görə 186 (yüz səksən altı) manat 60 (altmış) qəpik pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(022)-193/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-193/2025
08.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver