Məhkəmə qərarları › İş №2(022)-1962/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1962/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1962/2025 05.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Məlikov Elnur Rafiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixə kredit təşkilatına 2106,0 manat əsas, 709.8,0 manat faiz , 681.0 manat cərimə, cəmi 3496.8 (üç min dörd yüz doxsan altı manat, 8 qəpik) manat kredit borcunun və 55.0 manat dövlət rüsumunun X2 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, X5 oğlu xx.xx.2024-cü tarixdə "xxxx" MMC-nin idarə heyətinə müraciət edərək ona 12 ay müddətinə 2190 ( İki min bir yüz doxsan) manat məbləğində istehlak krediti verilməsini xahiş etmişdir.H.Abdullazdə kredit götürmək üçün xx.xx.2024-ci il tarixli yaşayış yerindən arayışını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Beləliklə, lazımi sənədlər tam təqdim edildikdən sonra kredit İttifaqı onun xahişini nəzərə alarar 2190 ( iki min bir yüz doxsan ) manat məbləğində kredit vermişdir. Təsdiq edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh hər ayın 15-də 220.01 (iki yüz iyirmi manat, 01 qəpik ) manat ödəniş aparmalı idi. Cavabdeh 2024-cü ilin sentyabr, oktyabr, noyabr aylarında ödəniş aparmamış, 2025-ci ilin yanvar, fevral, mart aylarında hec bir ödəniş aparmamış, aprel ayında 150.0 manat ödəniş aparmış, sonradan hec bir ödəniş aparmamışdır. O, kredit təşkilatı qarşısında götürdüyü öhdəçiliyi dəfələrlə pozmuşdur. Bu günə kimi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit təşkilatı qarşısında olan kredit və faiz borclarını ödəməmişdir.Hər dəfə kredit borcunu tezliklə ödəyəcəyinə söz versə də, borcunu ödəmir. Müqavilə müddəti də artıq başa çatmışdır.Bütün yuxarıda göstərilən şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq Cavabdeh borcun ödənilməsindən yayınır. Ödəniş cədvəlinə uyğun olaraq ödənişi vaxtında aparmadığından Cavabdeh xx.xx.2025-ci il tarixə "xxxx"MMC- yə 2106,0 manat əsas, 709.8, manat faiz , 681.0 manat cərimə, cəmi 3496,8.(üç min dörd yüz doxsan altı manat, 8 qəpik) manat kredit borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 avqust 2024-cü il tarixli 224 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən X5 oğluna kreditdən istifadəyə görə 12 ay müddətinə illik 36% dərəcəsi ilə 2190 manat məbləğdə kredit vermişdir. Beləliklə, işdə olan sübutlarla X5 oğlunun İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 15 avqust 2024-cü il tarixli 224 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hazırkı müqavilə üzrə iddiaçıya müqavilə müddəti bitdiyi tarixə xx.xx.2025-ci il tarixə 2106,0 manat əsas, 709.8,0 manat faiz, 681.0 manat cərimə, cəmi 3496.8 (üç min dörd yüz doxsan altı manat, 8 qəpik) manat məbləğdə borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən X5 oğlu, digər tərəfdən isə İddiaçı məhdud məsuliyyətli cəmiyyəti olmaqla 15 avqust 2024-cü il tarixli 224 saylı kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 15 avqust 2024-cü il tarixli 224 saylı kredit müqaviləsinə əsasən, 681 manat təşkil edən cərimə məbləğinin 68 (altmış səkkiz) manata kimi azaldılmasını məqsədəmüvafiq hesab edir. Bununla da məhkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, 15 avqust 2024-cü il tarixli 224 saylı kredit müqaviləsinə əsasən cavabdeh X5 oğlundan 2106 (iki min yüz altı) manat əsas, 709 (yeddi yüz doqquz) manat 80 (səksən) qəpik faiz və 68 (altmış səkkiz) manat cərimə, cəmi 2883 (iki min səkkiz yüz səksən üç) manat 80 (səksən) qəpik məbləğdə pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 (qırx səkkiz) manat 83 (səksən üç) qəpik məbləğdə pul vəsaiti X5 oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X5 oğlundan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2106 (iki min yüz altı) manat əsas, 709 (yeddi yüz doqquz) manat 80 (səksən) qəpik faiz və 68 (altmış səkkiz) manat cərimə, cəmi 2883 (iki min səkkiz yüz səksən üç) manat 80 (səksən) qəpik məbləğdə kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 48 (qırx səkkiz) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar