Məhkəmə qərarları › İş №2(022)-205/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-205/2025

11.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-205/2025 11.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyətinə qarşı 16 avqust 2024-cü il tarixli 351846 saylı akta əsasən hesablanmış 687 manat borcun onun abonent hesabından silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx"xxxx"Azərişıq 'ASC-in Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 351846 nömrəli akta əsasən hesablanmış 687 manat borcun onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışıdır ki, "xxxx" ASCnin abonentidir. İstifadə etdiyi elektirik enerjisinin haqqını həmişə vaxtında ödəyir. Bir abonent kimi onun yaşayış evinə "SMART" tipli sayğac quraşdırılmışdır. O, 2024-cü ilin noyabr ayında həmin sayğaca pul köçürməsi zamanı sayğac həmin pulu qəbul etməmişdir. Bu səbəbdən adiyyatı üzrə X1 müraciət etmişdir. Orada ona cərimə borcunun olmasını bildirmişlər. Bu borcun necə və hansı səbəbdən yaranmasının səbəbini soruşduqda isə ona satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən EEİQ-na uyğun quraşdırılmış enerji uçot dəstinə baxış keçirildiyi və baxış zamanı sayğacdan kənar xəttdən istifadə etdiyinin məlum olduğu bildilmişdir. Bununla əlaqədar barəsində 351846 saylı akt tərtib edilmiş və həmin akta əsasən ona 687 manat məbləğində cərimə hesablanmışdır.Tərtib edilmiş aktın surətini tələb etmiş və həmin aktın surətini ona vermişlər.Tərtib edilmiş aktı qanunsuz hesab edir. Belə ki, yoxlama zamanı onun və yaxud evdə olan ailə üzvlərindən heç kimin iştirakı təmin edilməmişdir. Yəni sadəcə qapını döyərək ev sakinlərindən hər hansı birinə bu haqda məlumat verilməmiş və iştirakları təmin edilməmiş və onların deməklərinə görə aşkar etdikləri faktla bağlı hər hansı bir akt tərtib edilməmişdir. İstifadə etdiyi elektirik enerjisinin pulunu vaxtında ödəyir. Onun elektirik işlərindən heç bir anlayışı yoxdur. Onun sayğacdan kənar istifadə kimi hallara ehtiyacı yoxdur və ümumiyyətlə o, bu işi bacarmır. Cavabdehin tərtib etmiş olduğu aktdan xəbərsiz olmuşdur.Bu akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Bundan başqa, onda olan məlumata görə cavabdeh tərəf heç bir video və foto çəkilişdən istifadə etməmişdir. Aktın kserosurətini qeyd etdiyi kimi müraciətindən sonra təqdim etmişlər. Tərtib edilmiş akt qanunsuzdur.Elektirik enerjisindən istifadə qaydalarını pozmamışdır. Sonda iddiaçı cavabdeh "Azərişıq ASC-in Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 351846 nömrəli akta əsasən hesablanmış 687 manat borcun onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 16 avqust 2024-cü il tarixli AKT № 351846 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********03375 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent elektrik enerjisindən sayğacdan kənar istifadə edir. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş videoçəkilişdən də görünür ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış cərimə borcunun onun abonent hesabından silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 16 avqust 2024-cü il tarixli 351846 saylı akta əsasən hesablanmış 687 manat borcun onun abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar