Məhkəmə qərarları › İş №2(022)-208/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-208/2024

12.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-208/2024 12.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh nisyə aldığı mala görə borclu olduğu əsas borcuna görə 470 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 141 manat olmaqla, cəmi 611 pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, sahibkarlıq fəaliyyəti - əsasən məişət əşyalarının satışı ilə məşğul olur. 2023-cü ilin yanvar ayının 31-də cavabdeh onunla malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla ondan 520 manat dəyərində NopoqXb markalı mobil telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin ödəniş kimi 50 manat ödəmiş və qalan pulu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.Lakin cavabdeh ilkin ödənişlərdən sonra ümumiyyətlə götürdüyü malın pulunu ödəməmişdir. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də pulu ödəməmişdir.Aralarında olan müqaviləyə görə cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh müqavilə üzrə 10 aydır ki, yəni 300 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 470 manat, 0,1 faizi 47 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə borcu 141 manat təşkil edir. Sonda nümayəndə X3 iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X2 rayonu Bəydili kəndi, M.Fizuli küçəsi, ev 60-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il 5-39-1/2-4133/2023 nömrəli arayışa əsasən Əliyeva X2 şəhəri, Sahil küçəsi, ev 4A ünvanında yaşayır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 520 manat dəyərində Honor X6 markalı mobil telefonu 12 ay müddətinə hər ay 39 manat ödəmək şərtilə İddiaçı almışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə borcundan 35 manar ödəməklə, 350 manat borcu qalmış, xx.xx.2023-cü il tarixdə 40 manat ödəniş etməklə qalıq borcu 310 manat olmuş və xx.xx.2023-cü il tarixdə 40 manat ödəniş etməklə 270 manat qalıq borcu qalmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı əsas borc qismində 31 yanvar 2023-cü il tarixli müqavilə üzrə 270 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 31 yanvar 2023-cü il tarixli müqavilə üzrə 270 manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğlərdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 270 (iki yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar