Məhkəmə qərarları › İş №2(022)-21/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-21/2025

08.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-21/2025 08.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı hüquqi varisi Qanuni nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı hüquqi varisi Qanuni nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayan Cavabdeh 5000 (beş min) manat borcun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Salyan rayonunda anadan olmaqla hazırda da rayonunun Boranıkənd kəndində yaşayır. Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayan və Müdafiə Nazirliyi sistemində hərbçi işləyən X2 1-2 il bundan əvvəl tanımışdır.Həmin vaxtlarda Tural ondan 6650 manat borc pul almışdır. Daha sonra Tural həmin pulun 1500 manatını qatarmış, ona 5000 manat borclu qalmışdır.Turalın qardaşı Cavabdeh onun yaşadığı ünvana gələrək bildirmişdir ki, qardaşı Turala verdiyi 5000 manat borcu o, qatracaqdır.O, da onunla razılaşmış və onlar 28 mart 2023-cü ildə Biləsuvar rayon Notariat Kontoruna gedərək orada Ceyhun öhdəlik ərizəsi yazaraq ona 5000 manat borcu olduğunu və həmin borcu ona 1 (bir) il ərzində qaytaracağını bildirmişdir. Notarius tərəfindən xx.xx.2023-cü il tarixli **********889 nömrəli öhdəlik ərizəsi tərtib olunmuş və onlar hər ikisi həmin ərizəyə imza edərək ərizənin bir nüsxəsi ona verilmişdir. Ceyhun ərizəsində birbaşa ondan aldığı 5000 manat borcu 1 il ərzində ona qaytaracağını bildirmişdir. Ötən bir il ərzində o, dəfələrlə ona mobil telefonla məlumat verərək tələb etmişdir ki, aldığı borcu qaytarsın. Lakin hər dəfə Ceyhun onu aldadaraq yalan vədlər vermiş və son vaxtlar isə onun telefon zənglərinə cavab verməmişdir. O, söz verdiyi öhdəliyin vaxtında icra olunması məqsədilə ona 2024-cü ilin may ayında rəsmi xəbərnamə ilə bildiriş göndərərək borcu qaytarmasını tələb etmişdir.Lakin borclu hazırki vaxta kimi ona cavab verməmişdir. İş materiallarnda olan X4 görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)- 776/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair 2(022)- 776/2024 saylı mülki iş üzrə icraat 29 sentyabr 2024-cü il tarixdə ölmüş İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı hüqiqi varisi Qanuni nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək atası İddiaçı qalmış mirası qəbul etdiyini və hazırda mərhum iddiaçının hüqiqi varisi olduğunu və mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş İddiaçı vərəsələri:-ünvan 1 kənd ünvanında qeydiyyatda olan arvadı X5 (AZE 06099195 xx.xx.2011-Salyan, FİN 3PHB7PB, d/t xx.xx.1958) Salyan Şorsulu kənd ünvanında qeydiyyatda olan oğlu Qanuni nümayəndə (AZE ******** xx.xx.2015 Salyan FİN 1YB3VVYK d/t xx.xx.1980) Salyan, Şorsulu kənd ünvanında qeydiyyatda olan qızı X3 (AZE 17919413 xx.xx.2018 Salyan FİN 44E9JR3 d/t xx.xx.1979) və ünvan 4 kəndi ünvanında qeydiyyatda olan qızı X1r (AA1586062 xx.xx.2020-ci il Salyan RPŞ QvŞV bölməsi FİN 1XYYYXVV, d/t xx.xx.1985) və onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilmiş miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı verilmiş **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 kəndi ünvanında yerləşən ümumi sahəsi 2,5477 ha olan torpaq sahəsinin ona məxsus hissəsindən ibarətdir. Məhkəmə iclasında iddiaçı mərhum İddiaçı hüquqi varisi olaraq tanınmış Qanuni nümayəndə iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və Biləsuvar rayon Notariat Ofisində rəsmləşdirilmiş 28 mart 2023-cü il tarixli öhdəlik ərizəsindən görünür ki, Cavabdeh ünvan 1 kənd sakini İddiaçı 5000 manat pul aldığını və həmin pulu bir il ərzmndə hissə-hissə nəğd şəkildə qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin yuxarıda qeyd olunan müəyyən edilmiş halları iddiaçı mərhum İddiaçı hüquqi varisi Qanuni nümayəndə Cavabdehdan pul tələbinə dair iddiasının əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddiaçının ondan pul tələbinə dair iddiasını qbul etdiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 5000 manat pul alınaraq mərhum İddiaçı hüquqi varisi Qanuni nümayəndə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul alınaraq iddiaçı mərhum İddiaçı hüquqi varisi Qanuni nümayəndə verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar