Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-2121/2025 17.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə və Maraqlı şəxs qarşı ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə və üçüncü şəxs qismində göstərilmiş Maraqlı şəxs qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xüsusi notariusu X1 tərəfindən 01 noyabr 2023-cü il tarixdə, 8İ-8059 saylı Reyestrdə qeyd edilməklə onun adından yazılmış və imzası təsdiq edilmiş ərizənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1 noyabr 2023-cü il tarixdə Cavabdehndə Biləsuvar rayon sakini Maraqlı şəxs satış məqsədi ilə 135 000 manat dəyərində mineral gübrə çeşidlərini qəbul etməsi və həmçinin həmin gübrə məhsullarını realizə etdikdən sonra 135 manat məbləğin xx.xx.2023-cü il tarixədək ona ödəyəcəyi ilə əlaqədar öhdəlik götürməsi barədə ərizə təsdiq etdirmişdir. Hesab edir ki, ərizə Notariat haqqında qanuna və notariat əməliyyatlarının aparılması qaydası haqqında təlimata zidd olaraq təsdiq edilmişdir.Əslində isə, o, "xxxx" QSC-yə 135 000 manat borcu olmuşdur. Belə ki, o, "xxxx" QSC ilə müqavilə bağlayaraq 180 153 manat dəyərində mineral gübrə götürmüş, sonradan ödənişlər etdiyinə görə borcu 137 000 manat qalmış, 2 000 manat dəyərində mal qaytardığı üçün borcu 135 000 manat təşkil etmişdir. Hazırda onun "xxxx" QSC-yə olan borcu 37500 manat təşkil edir. Həmin ödənişlərin 90 000 manatını nəqd şəkildə, qalan məbləği isə fermer kartı ilə ödəmişdir. Onların Maraqlı şəxs ilə Notariusa gəlməkdə məqsədi onun "xxxx" QSC-yə qalan borcu ilə əlaqədar müqavilə bağlamaq və borcunu ödəyəcəyi barədə öhdəlik götürməkdən ibarət olmuşdur. Maraqlı şəxs "xxxx" QSC -nin də onlara məxsus olduğunu və ona notarial qaydada təsdiq olunmuş ərizə verilərsə, mübahisənin həll olunacağını bildirmişdir.O, notariusa aralarında borc müqaviləsinin bağlanmasını xahiş etmiş, Notarius nədən isə ərizə ilə borcunu təsdsiq etməyi məsləhət bilmişdir. Hesab edir ki, aparılmış əməliyyat qanuna ziddir və təsdiq olunmuş ərizə etibarsız hesab olunmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyatdadır. Eyni zamanda iş üzrə Maraqlı şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci madldəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırki iş üzrə mübahisənin subyektlərindən görünür ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirir. Eyni zamanda üçüncü şəxs qismində işdə iştirakı göstərilmiş Maraqlı şəxs fərdi sahibkar statusuna malk olmaqla sahibkarlıq fəaliyyətini həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İşdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs vergi ödəyicisidir və ********** sayla vergi ödəyicisi kimi qeydə alınmışdır. İşdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında portaldan çıxarışdan görünür ki, İddiaçı vergi ödəyicisidir və ********** sayla vergi ödəyicisi kimi qeydə alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehna qarşı ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə və Maraqlı şəxs qarşı ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzlə mədaxil edilməklə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(022)-2121/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-2121/2025
17.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver