Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-217/2023 27.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 və cavabdehlərin vəkili Vəkil iştirakları ilə, İddiaçı «Yelo Bank” açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Yelo Bank” açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 «Yelo Bank” açıq səhmdar cəmiyyətinin xeyrinə 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 893 (səkkiz yüz doxsan üç) manat 67 (altmış yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 11212 (on bir min iki yüz on iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 (yüz ioyirmi üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı «Yelo Bank” açıq səhmdar cəmiyyəti ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh «Yelo Bank” açıq səhmdar cəmiyyətindən illik 22 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə görə geçikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 faiz dərəcəsilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 2022-ci ilin noyabr ayının 25-dək X4 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 3574 (üç min beş yüz yetmiş dörd) manat 67 (altmış yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 13893.28 manat borcu vardır. X4 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 3574.67 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 893.67 manat məbləğində tələb olunur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Biləsuvar RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 4545 nömrəli arayışına əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 məxsus olmuş ünvan 1 ünvanında olan fərdi yaşayış evində mərhumun ailə üzvləri olan arvadı Cavabdeh1, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2 yaşamaqla, bununla da miras əmlaka faktiki olaraq sahiblik etməklə mirası qəbul etmişlər. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə lazımi qaydada xəbərdarlıq göndərilməsinə baxmayaraq, qalıq borc məbləğini ödəmirlər. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada «Yelo Bank” açıq səhmdar cəmiyyətinin xeyrinə 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 893 (səkkiz yüz doxsan üç) manat 67 (altmış yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 11212 (on bir min iki yüz on iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 (yüz ioyirmi üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaitinin tutulması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlərin vəkili Vəkil iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh X7 «Yelo Bank” açıq səhmdar cəmiyyətindən illik 22 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. İşdə olan «Yelo Bank” açıq səhmdar cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X7 ilə «Yelo Bank” açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X5 «Yelo Bank” açıq səhmdar cəmiyyətinə borcu 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 3574 (üç min beş yüz yetmiş dörd) manat 67 (altmış yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 13893.28 qəpik təşkil edir. X4 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 3574.67 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 893.67 manat məbləğində tələb olunur. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Qeydiyyat Şöbəsinin 27 fevral 2023cü il tarixli arayışından görünür ki, X7 ilə Cavabdeh1 nikahlarını 01 may 1997-ci il tarixdə 51 nömrəli akt qeydi ilə rəsmləşdirmişlər. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 03 noyabr 2022-ci il tarixli 4545 saylı arayşında göstərilmişdir ki, ünvan 2 ünvanında (keçmiş Nəsimi küçəsi təzə məhəllədə) yaşamış mərhum X6 məxsus fərdi yaşayış evində aşağıda adları göstərilən ailə üzvləri 10 ildən yuxarıldır ki yaşayırlar: Cavabdeh1-1976 həyat yoldaşı, Cavabdeh3 - 1996-cı il oğlu və X9- 1997 oğlu. İş materiallarında olan AZ-İİ seriyalı № 196354 saylı X2 surətindən görünür ki, X7 03 sentyabr 2021-ci il tarixdə ölmüşdür. Beləliklə, işdə olan sübutlarla X4 «Yelo Bank” açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə ödənilməmiş 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 893 (səkkiz yüz doxsan üç) manat 67 (altmış yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 11212 (on bir min iki yüz on iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinin tələbinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr mira qoyanının kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci malddəsinin tələbinə görə əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsədər birgə məsuliyyət daşıyırlar. “G.Qəhrəmanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli qərarında və “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında ehtiva olunmuş mövqeyə görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 893 (səkkiz yüz doxsan üç) manat 67 (altmış yeddi) qəpik təşkil edən cərimə məbləğinin 80 manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mərhum X4 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödənilməmiş kredit borcunun ödənilməsini onun miras əmlakını faktiki olaraq qəbul etmiş birinci növbənin vərəsələri olan arvadı Cavabdeh1, övladları Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Ona görə də iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 80 (səksən) manat cərimə borcu olmaqla, ümumilikdə 10398 (on min üç yüz doxsan səkkiz) manat 61 (altmış bir) qəpik məbləğdə pul vəsaiti mərhum X4 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin 23.64 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin qalan hissəsinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı «Yelo Bank” açıq səhmdar cəmiyyətinin xeyrinə 8075 (səkkiz min yetmiş beş) manat 68 (altmış səkkiz) qəpik əsas, 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik faiz, 80 (səksən) manat cərimə borcu olmaqla, ümumilikdə 10398 (on min üç yüz doxsan səkkiz) manat 61 (altmış bir) qəpik borc və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(022)-217/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-217/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver