Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-228/2024 14.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus avtomobilə dəymiş maddi zərərə görə 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat pulun və mənəzi ziyana görə 500 (beş yüz) manat pulun tutularaq ona ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, əvvəllər tanıdığı , Sədərək Ticarət Mərkəzində "Xəzər Avto" servisində usta kimi işləyən Əli adlı şəxs onun mülkiyyətində olan "Opel Astra" markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomoblini almaq istədiyini bildirmiş və şifahi razılaşma ilə belə qərara gəlmişlər ki, ilkin ödəniş 1000 manat olmaqla 3 il müddətinə hər gün 20 manat ödəmək şərti ilə onun avtomaşınını alacaqdır. Ona görə də xx.xx.2023-cü il tarixdə avtobobili ona vermiş və avtomobilin açarını və qeydiyyat şəhadətnaməsini də ona təhvil vermişdir . Bir neçə gün sonra Əli ona bildirmişdir ki, onun problemi olduğu üçün həmin avtomobili Cavabdeh adlı şəxs almaq istəyir. Cavabdeh ona avtomobili alacağını bildirmiş və bununla bağlı olaraq ona 100 manat məbləğində beh də vermişdir. Bundan iki gün sonra Əlinin kartı ilə onun kartına 160 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 saylı Notariat Ofisində Cavabdeh reyestrdə 7E-5811 nömrə ilə qeyd olunmuş avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Notariat kontorunda Vüsal ona əlavə olaraq 740 manat pul vermişdir. Avtomaşını isə 12000 manata Vüsala satılması barədə razılaşmışlar. Belə razılaşmışlar ki, avtomaşına görı Vüsal hər gün 20 manat, ayda cəmi 600 manat pul ödöməlidir. O, Vüsala 3 il müddıtinə etibarnamə vermişdir. Təxminən 20-25 gündən sonra ona məlum olmuşdur ki, həmin avtomaşını başqa şəxs idarə edir.Ona görə də cərimə barədə ona teefonla SMS-lər gəlmişdir. Vüsal ona bildirmişdir ki, avtomaşını cərimə meydançasında saxlamışlar. Ona məlum olmuşdur ki, Vüsal onun razılığı olmadan avtomaşını başqa şəxsə idarə etmək üçün qanunsuz olaraq vermişdir. Maşını idarə edən Ayaz adlı şıxs ona zəng vuraraq bildirmişdir ki, “sənin avtomaşının işə düşmür”. Ertəsi gün Biləcəridə avtomaşının saxlandığı yerə getmiş, maşını işə salmaq istəmiş, lakin avtomaşının işləmədyini görmüşdür. Sonra məlum olmuşdur ki, avtomaşını ustaya aparmışlar, lakin avtomaşını işlətmək mümkün olmamışdır. Vüsal ona bildirmişdir ki, avtomaşını qaytarmaq istəyirr. O, bu şərtlə razı olmuşdur ki, avtomobili təmir edib ona saz vəziyyətdə gətirsinlər. Daha sonra avtomaşını ustanın yanına gətirmişdir. O, avtomaşının təmiri üçün 250 manat Vüsalın ona verdiyi 1000 manat pula görə Vüsala vermişdir. Avtomaşın normal təmir edilmədiyi üçün avtomaşını Sədərək Ticarət Mərkəzinin qarşısında saxlamışdır ki, avtomaşını Vüsal normal vəziyyətdə təmir edib ona versin. Növbəti gün Notariat Ofisinə gedərək Vüsalın adına verilmiş etibarnaməni ləğv etdirmişdir. Daha sonra Vüsalla gələn Anar adlı şəxs ona bildirmişdir ki, avtomaşını almaq üçün başqa şəxs tapacaq, həmin şəxs Vüsala verdiyi şərtlə maşını qəbul edəcək və avtomaşının ödənilməyən qalan pulunu həmin şəxs ödəyəcəkdir. O, da razılaşmış, ona görə avtomaşının nə özünü, nə də açarını tələb etməmişdir. Bir-neçə gün sonra dəfələrlə Anara zəng vuraraq avtomaşını almaq istəyən şıxsi tapmasını soruşmuşdur. Anar isə adam tapmadığını bildirmişdir.Bir-neçı gündən sonra yaşadığı evinin həyətində avtomobilin həyətdə saxlandığını görmüşdür. Daha sonra Binəqədi rayon 6-cı Polis Bölməsinə avtomaşınının yararsız hala salınması barədə müraciət etmişdir.Onlar isə ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər.Ona məlum olmuşdur ki, avtomobili gizli şəkildə gətirərək həyətdə qoymuşlar, avtomobil vurulmuş vəziyyətdə olmuşdur, təkərlər və disklər dəyişdirilmiş, avtomobil sıradan çıxmış vəziyyətdə, işlək olmamışdır. Ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Avtomobilin bamperi, faraları, duman faraları, radiatoru, radiatorun kondensioneri, beyni, qranatları və karobkası sıradan çıxarılmışdır. Bamper 350 manat, 2 ədəd fara 440 manat, 2 ədəd duman farası 140 manat, radiator 165 manat, radiator kondensioner 130 manat, beyin 150 manat, 2 ədəd qranat 300 manat, karobka üçün 1200 manat pul tələb olunur. Ümumilikdə ehtiyat hissələri ilə bağlı maddi ziyan 2875 manat təşkil edir. Həmçinin ehtiyat hissələrinin quraşdırılması, rənglənməsi, usta pulu və s. üçün 2000 manat məbləğində vəsait lazımdır. Cavabdeh tərəfindən ona 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat maddi zərər vurulmuşdur.Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanı ödəməsini tələb etsə də əhəmiyyət verməmiş və ona maddi zərəri ödəməkdən yayınmışdır. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə görə mənəvi zərərə məruz qalmışdır. Maddi zərərə məruz qalmağı şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 500 manat məbləğində dəyərləndirir. Sonda iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Bakı şəhəri Sədərək ticarət mərkəzində olarkən maşın ustası ona bildirmişdir ki, Aydın adlı şəxs “Opel Astra” markalı avtomaşını satmaq istəyir.O, Aydınla görüşdükdə Aydın bildirmişdir ki, o, avtomaşını Əli adlı ustaya vermişdir.Ona görə də Əli ilə bu barədə danışmağı təklif etmişdir.O,Əli ilə avtomaşının alqı-satqısı barədə danışmış və belə razılaşmışlar ki, hər gün 20 manat ödəmək şərti ilə (cəmi 1000 manat) Əli avtomaşını ona vermişdir.Ona görə də maşının sahibi Aydına bir dəfə 100 manat, daha sonra isə 160 manat pul vermişdir.Birneçə gün sonra Biləcəriyə Notariat ofisinə getmiş, Aydın ona avtomaşının idarı edilməsinə görə etibarnamə vermişdir.O, da ona əlavə olaraq 740 manat pul vermişdir.Beləliklə, razılaşmaya görə 36 ay müddətində hər gün 20 manat Aydına verməli idi. Beləliklə 20 gün avtomaşına görə hər gün 20 manat Aydına pul ödəmişdir. Avtomaşın 20 gün sonra nasaz vəziyyətə düşmüşdür.Ona görə də avtomaşını ustaya aparmışdır. Lakin, avtomaşını təmir edə bilməmişlər.Aydının iştirakı ilə avtomaşını bir-neçə ustanın yanına aparmışlar, lakin avtomaşını təmir etmək mümkün olmamışdır. Ona görə də avtomaşını qaytarmaq qərarına gəlmişdir.Ona görəı də Aydından verdiyi 1000 manat pulunu tələb etmişdir. Lakin, Aydın ondan tələb etmişdir ki, avyomaşını saz vəziyyətdə təhvil verdikdən sonra onun pulunu qaytaracaqdır. O, avtomaşını işlək vəziyyətə salıb qaytarmaq istəmişdir. Aydın daha sonra polis işçiləri ilə ustanın yanına gəlib avtomaşını götürüb aparmışlar. Sonra ona məlum olmuşdur ki, avtomaşın Sədərəkdə polisdə saxlanır.Ona görə də iddia tələbi əsassız olduundan iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İddia tələbindən görünür ki, İddiaçı mülkiyyətində olan "Opel Astra" markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomoblini satmaq istədiyini, ona görə də Cavabdeh ilə razılaşaraq həmin avtomaşını 12000 manata Vüsalın almağa razı olmasını,ona görə də 100 manat məbləğində Vüsaldan beh aldıqdan iki gün sonra Əlinin kartı ilə onun kartına 160 manat pul köçürməsini, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 saylı Notariat Ofisində Cavabdeh reyestrdə 7E-5811 nömrə ilə qeyd olunmuş avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verməsini, notariat kontorunda Vüsalın ona əlavə olaraq 740 manat pul verdiyini göstərmişdir. Razılaşmaya əsasən avtomaşına görı Vüsal hər gün 20 manat, ayda cəmi 600 manat pul ona ödöməli idi. Təxminən 20-25 gündən sonra ona məlum olmuşdur ki, həmin avtomaşını başqa şəxs idarə edir.Ona görə də cərimə barədə ona teefonla SMS-lər gəlmişdir. Vüsal ona bildirmişdir ki, avtomaşını cərimə meydançasında saxlamışlar. Ona məlum olmuşdur ki, Vüsal onun razılığı olmadan avtomaşını başqa şəxsə idarə etmək üçün qanunsuz olaraq vermişdir. Biləcəridə avtomaşının saxlandığı yerə getmiş, maşını işə salmaq istəmiş, lakin avtomaşının işləmədyini görmüşdür. Sonra məlum olmuşdur ki, avtomaşını ustaya aparmışlar, lakin avtomaşını işlətmək mümkün olmamışdır. Vüsal ona bildirmişdir ki, avtomaşını qaytarmaq istəyir. O, bu şərtlə razı olmuşdur ki, avtomobili təmir edib ona saz vəziyyətdə gətirsinlər. Daha sonra avtomaşını ustanın yanına gətirmişdir. O, avtomaşının təmiri üçün 250 manat Vüsalın ona verdiyi 1000 manat pula görə Vüsala vermişdir. Avtomaşın normal təmir edilmədiyi üçün avtomaşını Sədərək Ticarət Mərkəzinin qarşısında saxlamışdır ki, avtomaşını Vüsal normal vəziyyətdə təmir edib ona versin. Növbəti gün Notariat Ofisinə gedərək Vüsalın adına verilmiş etibarnaməni ləğv etdirmişdir. Ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Avtomobilin bamperi, faraları, duman faraları, radiatoru, radiatorun kondensioneri, beyni, qranatları və karobkası sıradan çıxarılmışdır. Bamper 350 manat, 2 ədəd fara 440 manat, 2 ədəd duman farası 140 manat, radiator 165 manat, radiator kondensioner 130 manat, beyin 150 manat, 2 ədəd qranat 300 manat, karobka üçün 1200 manat pul tələb olunur. Ümumilikdə ehtiyat hissələri ilə bağlı maddi ziyan 2875 manat təşkil edir. Həmçinin ehtiyat hissələrinin quraşdırılması, rənglənməsi, usta pulu və s. üçün 2000 manat məbləğində vəsait lazımdır. Cavabdeh tərəfindən ona 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat maddi zərər vurulmuşdur. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı cavabdehdən 4875 manat pul tələbini mülkiyyətində olan "Opel Astra" markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomaşının işlək vəziyyətdə olmaması, avtomobil hissələrinin dəyişdirilməsi və avtomobilin saz vəziyyətə gətirilməsi ilə bağlı əlavə xərcəlrin tələb edilməsi ilə əsaslandırsa da, həmin avtomaşına cavabdehin qeyri-qanuni hərəkətləri səbəbindən zərər vurulması və vurulmuş zərərin miqdarı barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İş materialları və tərəfəlrin izahatları ilə məüəyyən olunur ki, iddiaçı avtomaşının alqı-satqı qaydasına əməl edilməklə avtomaşını saz vəziyyətdə cavabdehə təhvil verməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, avtomaşına dair cavabdehin adına verilmiş etibarnaməni isə ləğv etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilən halları nəzər alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №2(022)-228/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-228/2024
14.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver