Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-241/2025 05.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X7, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı 640,00 (altı yüz qırx) manat maddi ziyan tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı iddia ərizəsi ilə müraciət edərək, 640,00 (altı yüz qırx) manat maddi zərərin Şirvan Milli X1suz olaraq kanal təmizləmə işləri apararkən 8 ədəd yulğun kolunu məhv etmiş Biləsuvar rayonu Xırmandalı kənd sakini X9 alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fonduna (Vöen: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdcə təsnifat kodu: 142327, Büdcə səviyyə kodu: 1, Alan Bank: X8, Kodu: 210005, Vöen: **********, H/hesabı:AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırılmışdır ki, 2024-cü il 08 oktyabr tarixində Şirvan Milli Parkının X5 əməkdaşları tərəfindən mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən xx xxxxx 1954-ci il tarixində Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş və yaşayan X12 ovçuluq təsərrüfatının ərazisində qanunsuz olaraq kanal təmizləmə işləri apararkən 8 (səkkiz) ədəd yulğun kolunu məhv etmişdir. X3 barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib olunmuş, Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatına 640,00 manat ziyan vurduğu vətəndaşa bildirilmiş, dəymiş ziyanı könüllü olaraq ödəməsi təklif edilmişdir. Hal-hazıradək X6 Milli Parkına dəymiş ziyanı könüllü ödəməmişdir. Sonda iddiaçının nümayəndəsi iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvərlər Nazirliyi Şirvan Milli Parkının ona qarşı maddi ziyan tələbini qəbul etmir və həmin tələbi qanunsuz hesab edir. İddia ərizəsi ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə rəsmi olaraq təqdim edilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvərlər Nazirliyi 3 sayıı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 noyabr 2024-cü il tarixli MN ******* №li qərarına istinad etmişdir. Həmin qərarda göstərilir ki, X12 ovçuluq təsərüfatının ərazisində otlaq sahə kimi götyürdüyü ərazidə 100 metrədək kanalı yenidən təmizləyərək qazmış, 8 ədəd yulğun kolunu çıxardaraq məhv etmiş və onu İnzibati Xətalar Məcəlləsinin 253-2-ci maddəsi ilə təqsiril bilərək 2000 manat məbləğində cərimə olunması haqda 25 noyabr 2024-cü İl tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Biləsuvar rayon İcra Hakimiyyətinin 28 dekabr 2017-ci il tarixli 430 saylı sərəncamı və 28 dekabr 2017-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi əsasında ona dövlət ehtiyat fondundan 15 hektar heyvandarlıq məqsədi ilə Biləsuvar rayonunun Mahmudçala ərazisindən örüş-otlaq sahəsi icarəyə verilmişdir.Həmin ərazidə heyvandarlıqla məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. İcarəyə verilmiş örüş otlaq sahəsində müxtəlif növdən bitkilər və eyni zamanda yulğun kolları vardır.Həmin yulğun kollarının kəsilməsinin qadağan olması ona aydın olduğundan bu vaxta kimi ərazidə bitmiş yulğun kollarına tərəfindən heç bir zərər vurulmamışdır.Digər tərəfdən həmin yulğun kolları eyni zamanda qış aylarında şaxta və soyuqlardan sonra onun yarpaqları yerə tökülür və heyvanlar üçün yemə çevrilir.Yay aylarında isə heyvanlar açıq düzənlik yerdə məhz bu kolların hesabına kölgə yer tapırlar və istidə orada yatırlar.Bundan başqa yaz və yay aylarında bal arıları həmin yulğun kolunun çiçəklərindən ən keyfiyyətli bal alırlar.Yulğun kolunun xeyri və əhəmiyyəti çoxdur.İcarəsində olan torpaq sahəsinin yaxınlığında bir kanal vardır.Həmin kanal kolxoz vaxtlarında çəkilmişdir. Bu kanal həmin ərazidə olan torpaqların şoranlığının qarşısını alınması məqsədi ilə çəkilmişdir.Çünki ərazi qeyd olunduğu kimi Mahmudçala adlanan ərazi massivində yerləşir və torpaqların tamamilə şoranlaşmasını qismən də olsa qarşısını alır.Bundan başqa həmin kanalın suyundan yay aylarında istifadə olunur və ya təsərüfatda olan camışlar həmin kanalın suyunda yatırlar.Həmin kanal xeyli vaxt idi ki, təmizlənmirdi.Bu ilin iyul ayının sonlarında həmin kanal qazılaraq təmizlənmişdir.Nəticədə torpağa yeni nəfəs gəlmişdir. Şoranlıq azaldığından torpaq üzərində fəslə uyğun bitən bitkilərin sayı və onların yaşam müddəti artmışdır. Eyni zamanda ətrafda olan yulğun kollarının inkişafında da fərq vardır. Həmin kanal "HUNDAY" ekskavator ilə təmizlənmişdir. Bu işlər Biləsuvar rayon Suvrama Sistemləri idarəsi tərəfindən icra edilmişdir.Həmin kanalın yenidən qazılması onun fiziki qüvvəsi və maddi imkanı daxilində deyil. Kanalın təmizləmə işlərini icra edə biləcək texnikası da yoxdur.İdarə bir qayda olaraq kanalın təmizləmə işlərini icra edirsə onun bu işə mane olmağa heç bir hüququ yoxdur. Kanal 2-3 gün ərzində təmizlənib iyul ayının sonlarında ptotokol tərtib edilmiş, oktyabr ayında həmin protokol onun barəsindədir.Çünki kanala yaxın onun təsərrüfatıdır. Hansı ki, orada onun təsərüfatından başqa 14 təsərüfat vardır. Həmin kanalın onun tərəfindən qazılmasını hansı fakt dəlillə sübuta yetirlmişdir. Odur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvərlər Nazirliyi, Şirvan Milli Parkının iddia ərizəsinin rədd edilməsi haqda qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydasının 4-cü bəndinə görə meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlə nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquq şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Həmin Qaydanın 5-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyət məhkəməyə şikayət edə bilərlər. Həmin Qaydanın 6-cı bəndinə əsasən meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuı zərərin və itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir. 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan “İnzibati icraat haqqında” Azərbaycan Respublikas Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedura qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “inzibatı orqanların Təsnifatı”nın 17-ci bəndinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi inzibati orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbayca Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Yuxarıda sadalanan qanunvericiliyin normalarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının inzibati orqan olaraq Mahmudçala ovçuluq təsərrüfatına vurulmuş zərərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri” əsasında hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı 640,00 (altı yüz qırx) manat maddi ziyan tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №2(022)-241/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-241/2025
05.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver