Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-244/2024 23.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 9105 manat pul və ödənilmiş 111 manat dövlət rüsumu tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 9105 (doqquz min yüz beş) manat pul və ödənilmiş 111 (yüz on bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Cavabdeh "KapitalBank” ASC-nin Qazax filialı ilə bağladığı 02 fevral 2021-ci il tarixli, RGTK3372684A136 saylı kredit müqaviləsinə əsasən 27 ay müddətinə illik 26,9 faiz olmaqla 7368,78 məbləğində kredit götürmüşdür. Cavabdeh həmin krediti götürmək istəyərkən həmin kreditin təminatı olaraq ona bu barədə bankda zamin durmasını xahiş etmişdir və iddiaçı da onun səmimiyyətinə inanmış və həmin kreditin təminatı olaraq onunla "xxxx" ASC-nin Qazax filialı arasında 02 fevral 2021-ci il tarixli, Z- İGTK3372684A136 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi icra etməyərək banka olan borcunu ödəmədiyindən tərəfindən həmin banka ümumilikdə 10350 manat məbləğində ödəniş edilmişdir.O, hətta cavabdehə 250 manat məbləğində borc kimi pul vermişdir. Zamin kimi o, adı qeyd edilən banka ödənişlər etdikdən sonra həmin ödənişlərdən cavabdeh ona bir dəfə yalnız 1500 manat pul qaytarmışdır, lakin nəticədə cavabdehin ona əlborcu da daxil olmaqla 9105 manat borcu qalmışdır. Bundan uzun müddət keçməsinə baxmayaraq cavabdeh onun əvəzində banka ödədiyi pulun qalan hissəsini və borc kimi verdiyi pulu geri qaytarmamışdır. Cavabdehdən dəfələrlə onun əvəzində banka ödədiyi pulun qalan hissəsini, yəni 9105 manat pulu və ona borc kimi veriyi 250 manat pulunu tələb etsə də o, buna məhəl qoymur. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli №Z-RGTK3372684A136 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh "KapitalBank” ASC-nin Qazax filialı ilə bağladığı xx.xx.2021-ci il tarixli №Z-RGTK3372684A136 saylı kredit müqaviləsi üzrə 7368,78 AZN kredit borcunun qatarılması üçün öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Kredit Təşkilatı ilə İddiaçı arasıda bağlanmış xx.xx.2021-ci il tarixli №Z- RGTK3372684A136 saylı zaminlik müqavilələsi Azərbaycan Respublikası MM-in 471-ci maddəsinin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış və həmin müqavilə ilə zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasına razılıq vermişlər. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışlardan görünür ki, zamin olaraq Sultanov X1 ASC-yə əsas borclu Cavabdeh xx.xx.2021-ci il tarixli №Z-RGTK3372684A136 saylı kredit müqaviləsi üzrə 7368,78 AZN kredit borcunun qatarılması üçün bank qarşısında öhdəliklərinin icrası məqsədilə ödənişlər etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə sasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsində göstərilir ki, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədələri işin faktiki halları üzrə araşdıraraq belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9105 (doqquz min yüz beş) manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9105 (doqquz min yüz beş) manat və dövlət rüsumu olaraq ödənilmiş 111 (yüz on bir) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mİrzəyev
Məhkəmə qərarları › İş №2(022)-244/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-244/2024
23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver