Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-256/2024 23.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət hadisəsi nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona dəymiş ziyana görə 6800 (altı min səkkiz yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 90 (doxsan) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh 13 iyun 2023-cü il tarixdə Biləsuvar rayonu Ağayrı kəndində çay evinin qarşısında, ictimai yerdə heç bır əsaslı səbəb olmadan onu döyüb, söyüb xəsarət yetirməklə xuliqanlıq cinayəti törətmişdir. Buna görə onun barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi materialları məhkəmənin icraatındadır. Həmin hadisə vaxtı Cavabdeh onu döyərkən köynəyinin döş cibində olan 6800 manat pulu götürmüşdir. İstintaq dövründə də o, bunu bilkdirərək pulunu istəsə də Cavabdeh pulunu verməmişdir. Hesab edir ki, təqsirləndirilən şəxsin əməli nəticəsində onun 6800 manat pul vəsaiti əlindən çıxmışdır. Göstərilən pul vəsaiti cavabdehdən alınıb ona verilməlidir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. 12 iyun 2023-cü il tarixdə səhər saatlarında o, Biləsuvar rayon Su İstistmar İdarəsinə getmişdir. Həmin idarənin rəhbərliyi tərəfindən onun əkin sahəsinə su verilməsi üçün idarənin əməkdaşı Firsənd və Kənan adlı şəxslərə göstəriş verilmişdir. Həmin günü saat 11 radələrində o, həmkəndlisi Taleh Hümbətovla birlikdə əkin sahəsinə suyu buraxmışdır. Suyu buraxdıqdan sonra Taleh ona “sudan mənə də bir az ver, sənin də yerini suvarım” sözlərini deyərək ondan xahiş etmişdir. O da Taleh Hümbətovla razılaşmış və suyun bir hissəsini vermişdir. Daha sonra o, kəndə qayıtmışdır. Həmin günü saat 20 radələrində yenidən əkin sahəsinə baxmaq üçün geri qayıtmışdır. O, əkin sahəsinə baxan zaman su gəldiyini görmüşdür. Həmin vaxt Talehlə o, birlikdə suyun qarşısında bənd qurmuşlar və yüksək ərazilərə də su çıxarmışlar. 13 iyun 2023-cü il tarixdə saat 07 radələrində o, özünə məxsus olan “Nissan Trano” markalı, **-CB-*** nömrəli avtomobillə kənd sakini Elxan Əzizov və Vüqar Həsənovla birlikdə İmişli rayonu heyvan bazarından Biləsuvar şəhərinə doğru gələn zaman Taleh ona zəng vurmuş və “kənd sakini Cavabdeh sənin əkin sahənə gedən suyun qarşısını kəsmişdir” sözlərini demişdir. O da buna görə Salehin atası Xudaverdi Zeynalova zəng vurmuş və oğlu Salehin suyunu kəsməsi barədə məlumat vermişdir. Daha sonra Cavabdeh ona zəng vurmuş və “sənin suyunu mən bağlamamışam, Fariz bağlamışdır” sözlərini demişdir. O da Farizə zəng vurmuş və suyun qarşısını kəsib-kəsmədiyini soruşmuşdur. Fariz də ona suyun qarşısını kəsmədiyini bildirmişdir. O da buna görə Taleh Hümbətova zəng vurmuş və Taleh ona hazırda suyun Salehin əkin sahəsinə getməsini demişdir. O, daha sonra Cavabdeh zəng vurmuş və suyu bağlamaq üçün əkin sahəsinə getdiyini demişdir. Saleh də onu söyüb, ölümlə hədələyərək suyun qarşısını bağlamamasını demişdir. Daha sonra o, Nəsimi kəndi ilə Ağayrı kəndi arasında olan bir yerdə Vüqarı düşürmüşdür. Elxan Əzizovla birlikdə o, kəndə daxil olmuşdur. O, mərkəzi küçə ilə kəndin içərisinə doğru avtomobillə hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi QAZ-53 markalı yük avtomobili ilə onunla əks istiqamətdə gəldiyini görmüşdür. Həmin vaxt Cavabdeh avtomobili saxlamaqla bağlı əl işarəsi etmiş, lakin o, avtomobili saxlamamış və hərəkətini davam etdirmişdir. Amma yanında olan Elxan Əzizovun düşməsi üçün təxminən 100 metr irəlidə yolun sağ kənarında İsmayıl adlı şəxsin işlətdiyi kafenin qarşısında saxlamış, lakin həmin vaxt səhər tezdən olduğu üçün kafe bağlı olmuşdur. Elxan Əzizov avtomobildən düşən zaman avtomobilin qapısını Cavabdeh açmış və əlində olan vintaçanla onun sifətinin sağ nahiyyəsindən bir dəfə zərbə vurmuş, daha sonra onu əli ilə özünə tərəf çəkərək avtomobildən düşürərək başına, ənsə nahiyyəsinə və dodaq nahiyyələrinə də bir neçə dəfə yumruq zərbələri vuraraq onu döymüşdür. Zərbələrin nəticəsində o, huşunu itirmişdir. Bir az sonra o, özünə gəlib, hadisə yerindən uzaqlaşmaq istəyən zaman kənd sakini Asiman adlı şəxsin onu Cavabdeh ayırmağa çalışdığını görmüşdür. Daha sonra hadisə barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Hadisə Biləsuvar rayon, Ağayrı kəndi, mərkəzi küçələrin birində, İsmayıl adlı şəxsin işlətdiyi çay evinin qarşısında təxminən 10-15 dəqiqə davam etmiş, ətrafda çoxlu kənd sakinləri olmuş, lakin hamısını tanımır. O, hadisə günü İmişli rayonunda yerləşən heyvan bazarına Vüqar və Elxanla birlikdə 31 (otuz bir) baş qoyun aparmışdır. Həmin heyvanların 29 başını satmış və ümumilikdə 8000 (səkkiz min) manat pul əldə etmişdir. Həmin pulun 1200 (min iki yüz) manatını ayırmış, çünki Aqşin və Şəhriyar adlı şəxslərə verəcəyi olmuş, 6800 (altı min səkkiz yüz) manat pulu da əynində olan köynəyin sinə cibinə qoymuşdur. Hadisə zamanı əynində olan köynəyin sinə cibi cırılmışmış və hadisə vaxtı o, özündən getdiyi üçün pulu Cavabdeh tərəfindən oğurlanmışdır. Hadisə zamanı o, özü avtomobildən düşə bilməmiş və Cavabdeh ona ardıcıl zərbələr vurduğu üçün heç bir hərəkət edə bilməmiş, buna görə də Cavabdeh heç bir xəsarət yetirməmişdir. İddiaçı izahatında daha sonra göstərmişdir ki, Cavabdeh onu döyərək xəsarət yetirən zaman onların yanında heç kim olmamışdır. Cavabdeh məhkəmə iclasında izahatında 13 iyun 2023-cü il tarixdə Biləsuvar rayonu Ağayrı kəndində onunla İddiaçı arasında baş vermiş dava-dalaş zamanı İddiaçı nə huşunu itirmədiyini, nə də onun 6800 manat pulunu götürmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar rayon məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 1(022)-17/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh 13 iyun 2023-cü il tarixdə saat 08 radələrində Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən X1 işlətdiyi çay evinin qarşısından keçən asfalt küçədə, ictimai yerdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, heç bir əsaslı səbəb olmadan əkin sahəsinə gedən suyun qarşısını bağladığı üçün İddiaçı onu telefonda nalayiq ifadələrlə təhqir etməsini bəhanə edərək onunla mübahisə edib ucadan nalayiq ifadələrlə təhqir etmiş, daha sonra həmin mübahisəni davam etdirərək insanların çox olduğu yerdə İddiaçı üzərinə hücum edib sifət və baş nahiyələrinə bir-iki dəfə əllə zərbə vuraraq, onunla əlbəyaxa olmuş və buna görə də İddiaçı sağ gözaltı-almacıq nahiyəsində şişkinlik, qançır və sağ gözün ağlı qişasına yayılmış qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər və başın sağ təpə nahiyyəsində qançır, alt dodağın selikli qişasında əzilmiş səthi yara, boyunun sağ yarısının ön səthində və sol dirsək oynağı nahiyəsində sıyrıq ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək öz hərəkətləri ilə ictimai qaydanın pozulmasını davam etdirərək 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Biləsuvar rayon məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 1(022)-17/2024 saylı hökmündən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. O, Birinci Qarabağ müharibəsində iştirak etmiş və orada olan zaman sağ ayağının bir hissəsini tamamilə itirmiş və sol ayağının topuq nahiyəsinin isə toxumaları məhv olmuşdur. Biləsuvar rayon, Ağayrı kənd sakinləri İddiaçı və Cavabdeh müraciətləri ilə tanış olmuşdur. Cavabdehla o, kənd sakini kimi münasibəti var, İddiaçı isə onun oğlunun kirvəsidir. 13 iyun 2023-cü il tarixdə 01 radələrində o, İddiaçıla birlikdə İmişli rayonunda yerləşən mal bazarına getmişdir. Həmin vaxt o, bazara bir neçə baş qoyun-quzu almaq üçün getmiş, lakin bazarda münasib qiymətə heyvan tapa bilmədiyi üçün ala bilməmişdir. Həmin günü səhər saat 08 radələrində Mahirlə o, artıq Biləsuvar rayonu, Ağayı kəndinə çatmışlar. Həmin vaxt bazarın arxasında qoşqusu olan Nissan markalı avtomobili ilə getmiş, qoşquda bir neçə baş qoyun-quzu olmuş, lakin dəqiq sayını bilməmişdir. Bazarda olan zaman Mahir həmin heyvanlardan satmış, lakin bir-iki başını sata bilmədiyi üçün kəndə qaytarmışdır. Həmin günü onların evinin yaxınlığında, kəndin mərkəzində İddiaçı avtomobili saxlamış və avtmobildən düşərək piyada yaşadığı evə getmişdir. O, həyətə daxil olduqdan sonra küçədə səs-küy eşitmiş və dərhal küçəyə çıxmışdır. O, küçəyə çıxdıqdan sonra İddiaçıla kənd sakini Cavabdeh mübahisə etmələrini və kənd sakinlərinin də onları ayırmalarını görmüşdür. Hadisə zamanı Salehin əlində vintaçan görməmiş və Mahirin huşunu itirməsini görməmişdir və elə bir hadisə olmamışdır. Hadisə zamanı Salehin Mahiri vintaçanla vurmasını görməmişdir. Bundan başqa hadisə zamanı İddiaçı Cavabdeh çəliklə vurmasını görməmişdir. O, İddiaçı cibində nə qədər pul olmasını bilməmiş, eyni zamanda hadisə zamanı Mahirin cibindən yerə pul düşməmiş və yerdə pul görməmişdir. O, avtomobildə olan zaman və avtomobildən düşən zaman Cavabdeh avtomobilin qapısını açaraq İddiaçı əlində olan vintaçanla vurmamışdır. Biləsuvar rayon məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 1(022)-17/2024 saylı hökmündən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. 13 iyun 2023-cü il tarixdə saat 08 radələrində özünə məxsus QAZ-53 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə əkin sahəsinə getmək üçün yaşadığı evdən çıxmışdır. Biləsuvar rayon, Ağayrı kəndinin mərkəzi küçəsi ilə Biləsuvar-Bəhrəmtəpə yolu istiqamətində hərəkətə başlamışdır. O, hərəkətdə olan zaman kənd sakini Cavabdeh özünə məxsus QAZ-53 markalı avtomobillə onu ötüb keçmişdir. Təxminən 3-4 dəqiqə sonra o, Cavabdeh avtomobilinin yolun sağ kənarında dayanmasını görmüşdür. O da nə baş verməsini başa düşmək üçün avtomobili saxlamışdır. O, avtomobildən düşən zaman kənd sakini İddiaçıla Cavabdeh qarşılıqlı olaraq bir-birilərini təhqir etmələrinin şahidi olmuşdur. O, həmin vaxt Salehin qoluna girərək öz avtomobilinə tərəf gətirib avtomobilə əyləşdirmişdir. Daha sonra Cavabdeh hadisə yerindən uzaqlaşmışdır. O da avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı Cavabdeh əlində vintaçan görməmiş və İddiaçı da hadisə zamanı huşunu itirməmişdir. Baş vermiş hadisə zamanı İddiaçı Cavabdeh çəliklə vurmasını görməmiş və hadisə zamanı Mahirin əlində çəlik olmamışdır. Həmin vaxt İddiaçı cibindən yerə pul düşməmiş və yerdə pul görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə iclasında tədqiq olunan hallarından görünür ki, İddiaçı 13 iyun 2023cü il tarixdə saat 08 radələrində Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən X1 işlətdiyi çay evinin qarşısından keçən asfalt küçədə Cavabdeh onu döyərək xəsaərt yetirməsi nəticəsində huşunu itirdiyi üçün köynəyinin döş cibində olan 6800 manat pulun Cavabdeh tərəfindən göturulməsi və nəticə etibarı ilə ona həmin məbləğdə zərər vurulması nə iş materialları, nə iddiaçının öz izahatı ilə təsdiqini tapmamış, nə də bununla bağlı iddiaçı istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göründüyü kimi iddiaçı cavabdehin hüquqazidd hərəkətləri səbəbindən ona 6800 manat zərər dəydiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işin yuxarıda qeyd edilən hallarına maddi və prosessual hüquq normalarının tələbinə müvafiq hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cinayət hadisəsi nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 90 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı cinayət hadisəsi nəticəsində ona dəymiş ziyana görə 6800 (altı min səkkiz yüz) manat pul və dövlət rüsumuna görə ödənilmiş 90 (doxsan) manat pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-256/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-256/2024
23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver