Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-261/2023 20.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 20 mart 2021-ci il tarixli, YK000 saylı müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.329 manat, cərimə qismində 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 28 dekabr 2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 20 mart 2021-ci il tarixli, YK000 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.329 manat, cərimə qismində 150 manat və 30 mart 2021-ci il tarixli, YK0001405 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 219 manat, cərimə qismində 22 manat, cəmi 1.720 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-261/2023 saylı qərardadı ilə iddia ərizəsinə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyi və buna görə də iş üzrə əlavə araşdırmanın aparılması zərurəti yarandığına görə İddiaçı Cavabdeh qarşı 20 mart 2021-ci il tarixli, YK000 saylı nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.329 manat, cərimə qismində 150 manat və 30 mart 2021-ci il tarixli, YK0001405 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 219 manat, cərimə qismində 22 manat, cəmi 1.720 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq mərhələsində İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, 30 mart 2021-ci il tarixli, YK0001405 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh borcunu tamamilə ödəmiş və 20 mart 2021-ci il tarixli, YK000 saylı müddətli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.329 manat, cərimə qismində 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmədə azaldılmış iddia tələbini müdafiə edərək, göstərdi ki, o, Biləsuvar şəhərində yerləşən “Yuvam Mobilya” adlı mağazada məişət texnikasının və mobil telefonların satışı ilə məşğul olur. Həmyerlisi Cavabdeh ilə onun arasında bağlanmış müxtəlif tarixli nisyə alqı-satqı müqavilələri əsasında cavabdehə müxtəlif mebel və məişət əşyaları, o cümlədən 20 mart 2021-ci il tarixli, YK000 saylı müddətli nisyə alqı-satqı müqaviləsi əsasında o, “Roksi” modelli yataq dəsti, 1 ədəd masa, 06 ədəd stul, “Shivaki” markalı televizor, “İndesit” markalı paltaryuyan, “Samsung” markalı tozsoran, “Buta” modelli məişət avadanlığı satmışdır. Müqavilə üzrə satılmış “Roksi” modelli yataq dəstinin ümümumi dəyəri 1.380 manat olmuş, cavabdeh ilkin olaraq 150 manat ödəniş etməklə, hər ay 82 manat ödəmək şərti ilə 15 ay müddətinə məhsulun dəyərini ödəmək öhdəliyini üzərinə götürsə də, sonuncu yalnız 739 manat ödəniş etmiş və ona ödənilməmiş əsas borc qismində 491 manat, cərimə qismində isə 50 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən nisyə şəkildə satılan digər məhsul masanın ümümi dəyəri isə 260 manat olmuşdur, cavabdeh ilkin olaraq 20 manat ödəniş etməklə, hər ay 20 manat ödəniş etmək şərti ilə həmin masanın dəyərini 12 ay müddətinə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdeh cəmi 180 manat ödəniş etmişdir və bununla da sonuncunun ona olan qalıq borcu ödənilməmiş əsas borcun əvəzi qismində 60 manat, cərimə qismində 10 manat təşkil etmişdir. Sözügedən müqavilə əsasında cavabdehə satılan digər əşya isə 06 ədəd stul olmuşdur. Cavabdeh həmin stulları ilk ödəniş olaraq 30 manat ödəməklə, hər ay 32 manat ödəmək şərtilə, 12 ay müddət ərzində, ümümi olaraq 384 manat məbləğində pulu ödəməyi öhdəsinə götürsə də, sonuncu həmin borcun 288 manat məbləğində hissəsini ödəmiş və beləliklə, cavabdehin ona həmin məhsulun satışı üzrə ödənilməmiş əsas borc qismində 96 manat, cərimə qismində 10 manat məbləğində borcu yaranmışdır. 20 mart 2021-ci il tarixli həmin müqaviləyə əsasən satılan digər əşyalar ümumi dəyəri 640 manat olan “Shivaki” markalı televizor, 553 manat olan “İndesit” markalı paltaryuyan, 200 manat olan “Samsung” markalı tozsoran və 730 manat olan “Buta” modelli məişət avadanlığı olmuşdur. Cavabdeh həmin əşyalar üzrə ardıcıl olaraq 40, 25, 20 və 55 manat məbləğində ilkin ödənişlər etmişdir. Cavabdeh “Shivaki” markalı televizor üzrə hər ay 40 manat ödəniş etməklə 15 ay müddətinə, ümümilikdə 600 manat, “İndesit” markalı paltaryuyan üzrə hər ay 44 manat olmaqla 12 ay müddətinə, ümümilikdə 528 manat, “Samsung” markalı tozsoran üzrə hər ay 15 manat ödəniş etməklə 12 ay müddətinə, ümümilikdə 180 manat və “Buta” modelli məişət avadanlığı üzrə hər ay 45 manat olmaqla 15 ay müddətinə, ümümilikdə 675 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini icra etməmiş və buna görə də onun sözügedən əşyalar üzrə ardıcıl olaraq ödənilməmiş əsas borc qismində 240, 132, 40 və 270 manat, cərimə qismində isə 30, 15, 05 və 30 manat borcu yaranmışdır. Ümumi olaraq, 20 mart 2021-ci il tarixli, YK000 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cavabdehin ona olan borcu hal-hazırda ödənilməmiş əsas borc qismində 1.329 manat, cərimə qismində 150 manat təşkil etmişdir. Bundan əlavə, onunla Cavabdeh arasında bağlanmış 30 mart 2021-ci il tarixli, YK0001405 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə o, sonuncuya ümümi dəyəri 1056 manat məbləğində olan “Antidark” markalı mebeli 12 ay ərzində hər ay 88 manat ödəniş etmək şərtilə satmışdır. Lakin cavabdeh həmin məhsul üzrə ümümi borcunun yalnız 837 manat məbləğində hissəsini ödəmiş və ona ödənilməmiş əsas borc qismində 219 manat, cərimə borcu qismində isə 22 manat məbləğində borcu yaranmışdır. Hər iki müqavilə üzrə Cavabdeh olan borcu ümümilikdə 1.720 manat təşkil etmişdir. O, borcunun ödənilməsini dəfələrlə cavabdən tələb etsə də, sonuncu ona olan borcunu müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Buna görə də o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra cavabdeh ona 237 manat məbləğində ödəniş edərək, 30 mart 2021-ci il tarixli, YK0001405 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə borcunu tamamilə ödəmişdir. Bundan sonra Cavabdeh 20 mart 2021-ci il tarixli, YK000 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcu əsas borc qismində 1.329 manat, cərimə qismində 150 manat təşkil etmişdir. Sonda, İddiaçı azaldılmış iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə və iddianı etiraf edərək bildirmişdir ki, 20 mart 2021-ci il tarixli, YK000 saylı müqavilə əsasında onun İddiaçı aldığı əşyalara görə iddiaçıya ödənilməmiş əsas borc qismində 1.329 manat, cərimə qismində 150 manat borcu yaranmışdır. O, iddianın təmin olunmasına razıdır və maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan hissə-hissə ödənişlər edəcəkdir. Həmçinin Cavabdeh 20 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasınaa gələ bilməyəcəyini və iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmiş, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 mart 2021-ci il tarixli, YK000 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Yuvam Mobilya” mağazasından 1.325 manat dəyərində “Roksi” modelli yataq dəstini ilkin ödəniş olaraq 150 manat ödəməklə, 15 ay müddətinə, 260 manat dəyərində masanı ilkin ödəniş olaraq 20 manat ödəməklə, 12 ay müddətinə, ümumi dəyəri 414 manat olan 06 ədad stulu ilkin ödəniş olaraq 30 manat ödəməklə, 12 ay müddətinə, 640 manat dəyərində “Shivaki” markalı televizoru ilkin ödəniş olaraq 40 manat ödəməklə 15 ay müddətinə, 553 manat dəyərində olan “İndesit” markalı paltaryuyanı ilkin ödəniş olaraq 30 manat ödəməklə, 12 ay müddətinə, 200 manat dəyərində olan “Samsung” markalı tozsoranı ilkin ödəniş olaraq 20 manat ödəməklə, 12 ay müddətinə, 730 manat dəyərində olan “Buta” modelli məişət avadanlığını ilkin ödəniş olaraq 55 manat ödəməklə, 12 ay müddətinə almışdır. İşdə olan 30 mart 2021-ci il tarixli, YK0001405 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Yuvam Mobilya” mağazasından ümümi dəyəri 1056 manat məbləğində olan “Antidark” markalı mebeli 12 ay ərzində hər ay 88 manat ödəniş etmək şərtilə almışdır. Mülki işdə olan İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışlarından görünür ki, Cavabdeh 20 mart 2021-ci il tarixli, YK000 saylı müqavilə üzrə borcu ödənilməmiş əsas borc qismində 1.329 manat, cərimə qismində 150 manat, cəmi 1.479 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinin tələbinə görə əgər bu paraqrafın müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, 20 mart 2021-ci il tarixli, YK000 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.329 manat və cərimə qismində isə 150 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş borcun əvəzi qismində 1.329 (bir min üç yüz iyirmi doqquz) manat, cərimə qismində 150 (bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat, cəmi 1.517 (bir min beş yüz on yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-261/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-261/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver