Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-269/2024 27.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(022)-419/2021 saylı qətnaməsinin dəyişdirlərək, 15 iyul 2016-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat alimentin və mediyasiya şurasına ödənəlmiş 55 manat məbləğində pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayon məhkəməsinin 18 may 2021-ci il tarixli 2(022)-419/2021 saylı qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Cavabdeh hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulub uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi müəyyən edilmişdir.Cavabdeh fərdi əməklə məşqul olur və yüksək gəlir əldə edir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşağa görə 120 manat aliment pulu ilə uşağını saxlaya bilmir. Hazırkı iddia tələbi ilə bağlı ilkin olaraq Mediyasiya Şurasına müraciət etmiş, lakin cavabdeh təyin edilmiş ilkin mediyasiya sessiyasında iştirak etməmişdir.Mediator tərəfindən ilkin mediyasiya sessiyasında iştirak etməməsi barədə arayış vermişdir. Ona görə də onun ailə vəziyyətini və yaşayış şəraitini nəzərə alaraq azyaşlı uşağının saxlanılmasından ötrü Cavabdeh tutulacaq almientin miqdarını dəyişərək, 15 iyul 2016-ci il tarixdə doğulmuş X1 hər ay yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə sabit pul məbləğində 250 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, hazırda başqa qadınla evli olmaqla ondan da uşaqlarının olduğunu və iddiaçının tələb etdiyi alimenti ödəyə bilməyəcəyini bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı № 055795 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-ci il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(022)- 419/2021 saylı qətnaməsindən görünür ki, 15 iyul 2016-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar rayon məhkəməsinin 22 may 2017-ci il tarixli 2(022)-742/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 90 manat alimentin məbləği artırılaraq, sabit pul məbləğində hər ay 120 manat miqdarında müəyyən edilmiş və həmin alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞL/MT014/2023-03048 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının iştirak etmiş və 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq gəlməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(022)-419/2021 saylı qətnaməsi ilə Cavabdeh 15 iyul 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq 15 iyul 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaysan Respublikası Qanunun 9.1-si maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində 45 manat məbləğdə pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(022)-419/2021 saylı qətnaməsi ilə Cavabdeh 15 iyul 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat müəyyən edilmiş alimentin miqdarı artırılaraq 15 iyul 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-269/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-269/2024
27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver