Məhkəmə qərarları › İş №2(022)-272/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-272/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-272/2023 09.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Аçıq Сəhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Аçıq Сəhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. 01 fevral 2023-cü il tarixdə iddiaçı "xxxx" ASC ərizə ilə və 09 fevral 2023-cü il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək, mübahisəni məhkəmədənkənar həll edildikləri üçün mülki işin mahiyyəti üzrə baxılmasını istəmədiklərini bildirərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iddiaçının ərizəsinə baxaraq və işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Аçıq Сəhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar