Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-283/2024 25.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 12 mart 2022-ci il tarixli müqavilə üzrə nisyə aldığı mala görə borclu olduğu 1080 manat, dəbbə borcuna görə 450 manat, 25 iyun 2023-cü il tarixli müqavilə üzrə əsas borcuna görə 820 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 123 manat olmaqla, hər iki müqavilə üzrə əsas borca görə 1900 manat, dəbbə borclarına görə cəmi 573 pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, sahibkarlıq fəaliyyəti - əsasən məişət əşyalarının satışı ilə məşğul olur. 2022-ci ilin mart ayının 12-də cavabdeh malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla iddiaçıdan 1300 manat dəyərində Samsunq Galaksi A53 markalı telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 2 ay, hər ay 110 manat olmaqla 220 manat ödəniş etmişdir. Bundan başqa, cavabdeh 2023-cü ilin iyun ayının 25-də yenidən malın nisyə alınmasına dair müqavilə bağlamaqla iddiaçıdan 900 manat dəyərində HONOR X9A MARKALİ telefonu nisyə almışdır. Müqavilənin şərtinə görə ilkin olaraq 80 manat ödəmiş və 12 ay müddətində qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra ümumiyyətlə götürdüyü maların pulunu ödəməmişdir. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də borclu olduğu pulu ödəməmişdir.Aralarında olan müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 % dəbbə pul ödəməli idi. Hazırda cavabdeh ilkin müqavilə üzrə 15 aydır ki, yəni 450 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1080 manat, 0,1 faizi 1 manat edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə borcu 450 manat təşkil edir.Aralarında olan 2-ci müqaviləyə görə cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh müqavilə üzrə 5 aydır ki, yəni 150 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 820 manat, 0,1 faizi 82 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə borcu 123 manat təşkil edir. Dəbbəyə gərə qismən 50 manat tələb edir. Sonda nümayəndə X3 iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X2 rayonu Bəydili kəndi, M.Fizuli küçəsi, ev 60-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il 5-39-1/2-2059/2023 nömrəli arayışa əsasən Əliyeva X2 şəhəri, Sahil küçəsi, ev 4A ünvanında yaşayır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 12 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 1300 manat dəyərində Samsung A53 markalı mobil cihazı 12 ay müddətinə hər ay 110 manat ödəmək şərti ilə və 25 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 900 manat dəyərində Honor X9a markalı mobil cihazı (ilkin ödəniş 80 manat) 12 ay müddətinə hər ay 69 manat ödəmək şərtilə İddiaçı almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyəi öhdəsinə gütürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 12 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 1300 manat dəyərində Samsung A53 markalı mobil cihazı 12 ay müddətinə hər ay 110 manat ödəmək şərti ilə və 25 iyun 2023-cü il tarixli alqısatqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 900 manat dəyərində Honor X9a markalı mobil cihazı (ilkin ödəniş 80 manat) 12 ay müddətinə hər ay 69 manat ödəmək şərtilə İddiaçı nisəy almışdr. Cavabdeh 12 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1300 manat dəyərində Samsung A53 markalı mobil cihazı üçün 2 ay hər ay 110 manat olmaqla, cəmi 220 manat ödəniş etmiş, nisyə aldığı Samsung A53 markalı mobil cihazına görə 1080 manat borclu qalmış, 25 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 900 manat dəyərində Honor X9a markalı mobil cihazı üçün ilkin olaraq 80 manat ödəniş etmiş, lakin 820 manat ödənilməmiş qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 12 mart 2022-ci il tarixli müqavilə üzrə 1080 manat və 25 iyun 2023-cü il tarixli müqavilə üzrə 820 manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat məbləğlərdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 12 mart 2022-ci il tarixli müqavilə üzrə 1080 (min səksən) manat, 25 iyun 2023-cü il tarixli müqavilə üzrə 820 (səkkiz yüz iyirmi) manat, cəmi 1900 (bir min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 (altmış beş) manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-283/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-283/2024
25.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver