Məhkəmə qərarları › İş №2(022)-298/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-298/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-298/2023 04.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 03 noyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 604 manat, cərimə qismində 74 manat, cəmi 678 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 03 noyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 604 manat, cərimə qismində 74 manat, cəmi 678 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasıbarədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 04 may 2023-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırda iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını istəmədiyini qaldıracağını və iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumu haqqında qəbzin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmdiyini və iddia ərizəsinin geri qaytarılmasına razı olduğunu, həmçinin o, iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə iddiaçı ərizə verdiyinə, cavabdehin nümayəndəsi Nümayəndə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığına görə və iddiaçı xahiş etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əslləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 03 noyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 604 manat, cərimə qismində 74 manat, cəmi 678 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərin əslləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar