Məhkəmə qərarları › İş №2(022)-305/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-305/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-305/2024 15.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi vəkil X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbi və eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 3M-459 Reyestr nömrəli “Kredit Müqviləsi” əsasında, əsas borc kimi 160 000 AZN, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 10.666,67 AZN, pulu qaytarmayaraq özündə saxlamaqla əsassız varlanmaya görə 44 666,66 AZN və bu pulun cavabdehdə qaldığı dövr ərzində iddiaçının itirdiyi əldən çıxmış faydaya görə 44 666,66 AZN olmaqla, cəmi 259 999,99 (iki yüz əlli doqquz min doqquz yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, real olaraq görülmüş işə görə aparılmış hesablaşmalar nəticəsində borclu olduğu 138000 (yüz otuz səkkiz min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 3M-459 reyestr nömrəsi altında qeydiyyata alınan kredit müqviləsi əsasında o, 160.000 (yüz altmış min) manat pulu Cavabdeh borc olaraq vermişdir. Bunu təsdiq edən xx.xx.2022-ci il tarixli, 3M-Reyestr nömrəli kredit müqviləsi iş materialına əlavə olunmuşdur.Lakin cavabdeh həmin pulların ona qaytarılmasından hər dəfə müxtəlif bəhanələrlə yayınır. Nəticədə məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Belə ki, həmin pul vaxtında ona qaytarılsaydı, o, bu puldan səmərəli şəkildə istifadə edər, pulu gəlir gətirən digər işə qoyar və ondan daha çox fayda əldə edə bilərdi. Lakin, cavabdeh iddia edilən məbləği vaxtında geri qaytarmamaqla, bu puldan məhrum olmuş, onun pulu hesabına əsassız varlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə, 3M-459 reyestr nömrəsi altında qeydiyyata alınan kredit müqviləsi onunla cavabdeh arasında bağlansa da, həmin tarixdə qeyd olunan kredit müqaviləsindən başqa onunla Cavabdeh arasında onun cavabdehdən 160.000 manat pul tələbi ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Ona görə də cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli «kredit müqaviləsinə əlavə»dəki imza ona məxsus deyildir. Cavabdeh iddiasını rədd edir. İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli, 3M-459 reyestr nömrəli kredit müqviləsi əsasında, əsas borc kimi 160 000 AZN, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 10.666,67 AZN, pulu qaytarmayaraq özündə saxlamaqla əsassız varlanmaya görə 44 666,66 AZN və bu pulun cavabdehdə qaldığı dövr ərzində itirdiyi əldən çıxmış faydaya görə 44 666,66 AZN olmaqla, cəmi 259 999,99 (iki yüz əlli doqquz min doqquz yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil X7 məhkəmə iclasında izahatında göstərmişdir ki, Bədirov X3 Afaq Bahadur qızı ilə 2019-cu ilin mart ayında tanış olmuşdur. Mülkiyyətçisi olduğu "xxxx" MMC şirkəti ilə cavabdeh fiziki şəxs İddiaçı Bahadur qızı arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 15-də hündür mərtəbəli bağ evi inşa edilməsini razılaşmışlar. Həmin razalaşmaya əsasən Cavabdeh şəxsində "xxxx" MMC şirkəti qeyd edilən ünvanda sahəsi 720 kv.m olan, aşağı hissəsi zirzəmi olmaqla, 3 mərtəbəli fərdi bağ evinin tikintisini aparmalı idi. Aşağı hissədə olan zirzəmidə hovuz, qeyri-yaşayış sahəsi təyinatlı tikililər inşa edilməli idi. Tikintidə istifadə olunacaq tikinti materialları keyfiyyətli olmaqla, tikiləcək evin hər kvadrat metr sahəsinin qiymətini 400 manatdan hesablamışlar. X8 ilə Cavabdeh şəxsində "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqavilə imzaları ilə təsdiq edilmişlər. Müqavilənin şərtinə görə fərdi evin ümumi tikintisi (təmirsiz) 135000 (yüz otuz beş min) manat dəyərləndirilmişdir. Müqaviləyə əsasən ilkin ödəniş 30000 manat pul ödənildikdən sonra, Cavabdeh tikinti işlərini aparmağa başlamışdır.Evin zirzəmisində nəzərdə tutulmuş tikintinin layihəsində Afaq xanım dəyişiklik etmiş, zirzəmi kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi, yaşayış sahəsi kimi layihəyəyə əlavə edilmişdir. Bu səbəbdən də evin razılaşdıqları 720 kv.m tikinti sahəsi dəyişdirilərək 950 kv.m sahəyə çevrilmişdir. Həmin dəyişikliyin aparılmasına tələb olunan 22 000 manat xərclər smetasını Afaq xanıma təqdim etmişdir. Fərdi ev ümumilikdə dörd mərtəbəli tikildikdən sonra, müəyyən dövlət orqanları mansarın tikintisinə icazə vermədikləri üçün həmin əlavə tikili və pilləkən sökülmüş, Cavabdeh evin tikintisini apardığı müddətdə Afaq xanımdan hissə-hissə pullar alıb tikintiyə yatırmağa başlamışdır. O, Afaq xanıma dəfələrlə zəng vuraraq gəlib tikintiyə baxmasını bildirmiş, Afaq xanım tikintiyə baxanda tikinti zamanı təkliflərini bildirmiş, dəyişdirmək istədiyi hissələrini isə dəyişdirmişdir. Tikintinin aparılması zamanı Afaq xanımla aralarında heç bir narazılıq yaranmamış və hətta ondan xəbərsiz tikintiyə istifadə etdiyi daşı, sementi və digər materialları yoxlatdırmış və heç bir problem yaranmamışdır.O, tikintini razılaşdıqları vaxtdan tez qutardığı üçün təmirə başlamağı Afaq xanıma bildirmişdir. Belə ki, razılaşmaya görə 2020-ci ilin sentyabr ayında təmirə başlamalı olduğu halda, tikintini vaxtından tez qutardığı üçün 2019-cu ilin sonunda təmirə başlamışdır.Tikinti və təmir işləri görülərkən Afaq xanımın tikintinin aparılmasına görə ona verdiyi pulları özü qeyd etdiyi kimi, o, da özündə və eyni zamanda ofisdə kompüterdə qeydiyyatlar aparmışdır. Təmirtikinti işləri zamanı Afaq xanım özü təmirə nəzarət edib göstəriş verdiyi halda, sonrakı vaxtlarda onunla gələn tanışı Sahilin də tikintiyə dair fikirləri ortaya çıxdığı üçün o, artıq kimin fikirləri ilə qərarlaşacağını bilməmiş və bu barədə Afaq xanıma əlavə xərcələrin yarandığını bildirmişdir. Son aylarda tikintiyə Sahil adlı tanışı ilə yanaşı, həm də onun Aynur adlı bacısı müdaxilə etmişlər. Afaq xanım isə yalnız Aynurun fikirləri ilə razılaşıb tikinti işlərini davam etdirməyini ona tapşırmış, digər şəxslərin fikirlərinə əhəmiyyət verməməyini bildirmişdir. Belə ki, 2020-ci ilin oktyabr ayında Afaq xanım evin damının rəngini bəyənmədiyini, ona görə də sökməyini ona bildirdikdə o, yağışların bitməsindən sonra damı sökəcəyini bildirmişdir. Afaq xanım bağ evinə qəhvəyi rəngdə dam örtüyü vurulmasını istəmişdir. O, da onun göstərişi ilə evin damını sökdürmüşdür. Belə ki, Afaq xanım gələcəkdə evin qarşısındakı torpaq sahəsini almaq fikri olduğu üçün evinin baxışı üzünün göstərdiyi istiqamətdə tikilməsini sifariş vermişdir. Cavabdeh ona təmir-tikinti ilə bağlı problemin olmadığını, tikinti və təmirdə kefiyyətli mallardan istifadə edildiyini ona dəfələrlə bildirmişdir. Bağ evinin tikintisində 300 marka betondan, mişar daşından, 300 marka sementdən, rus istehsalı armaturdan, Akdeniz şpaklyovkasından, Gilan firmasının alçipanından, Aktel firmasının elektrik xətlərindən, türk firmalarının santexnika materiallarından, İtaliya istehsallı istifol materiallarından, Mətanət və Misterfiks matasından istifadə edilmişdir. Elektrik xətlərinin çəkilişi zamanı 10-luq xətdən giriş kimi, razetkaları 4lük xətdən, paylanmaları isə 2,5-lik xətdən istifadə etməklə çəkmişdir. Aralarında olan müzakirəyə əsasən, damın dəyişilməsi üçün lazım olan əlavə xərc təxminən 5000 manat pul etmiş, o, həmin məbləği ona təklif etmişdir.Nərimanov RPİ-də 13 may 2022-ci il tarixli qərarda təhqiqat materiallarında verilən Ədliyyə Nazirliyinin məhkəmə tikinti ekspertiza rəylərində çəkilən xərclərin 175153,37 manat olduğu, AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli 10/271 saylı rəyində 19 mart 2019-cu il tarixdən avqust 2019-cu ilə qədər müddətdə olan orta bazar qiyməti nəzərə alınmaqla xərc müəyyən edilmişdir.Həmin qərarda dekabr 2019-cu il tarixdən mart 2021-ci il tarixə qədər müddət ərzində yaşayış evində müxtəlif növ təmir işləri aparıldığından, həmin evdə aparılan təmirtikinti, yenidən qurma işlərinin bazar qiymətlərinə uyğun dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmadığından rəy natamam olmuşdur. Belə ki, ümumi razılaşdıqları 280.000 manatdan həmin məbləği çıxar, lakin Afaq xanım ondan pulu qəbul etməyib işini davam etdirməsini bildirmişdir. Afaq xanımın verdiyi məbləğ də onunla notarial qaydada bağladıqları 160 000 manatlıq kredit müqaviləsinin daxilindədir. Odur ki, həmin kredit müqaviləsi ilə bağlı hər hansı köçürmə edilməsi və yaxud bank vasitəsi ilə həmin pulun alınması barədə notarial hərəkəti edilməmişdir. ünvan 1 ünvanda 0.06 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə aid X1 xx.xx.2023-cü il rəyində yekun məbləğ 38874.76 min manat müəyyən edilmişdir. Bu rəyi təqdim edərək bildirir ki, İddiaçı adına olan bağ evinə tikintiyə ümumilikdə, bu ekspert rəyində göstərilən 38874.76 manatdan çox xərc çəkilmişdir.Cavabdeh normal hesablamaq üçün şərait yaratmamış və bağ evini digər şəxslərə satmaqla, ekspert mütəxəssislərin ətraflı baxış keçirməsinə şərait yaratmamışdır.O, onu xərclərin nəzərdə tutulduğundan artıq olacağı barədə əvvəlcədən məlumatlandırmışdır. O isə cavabında çatışmazlığın da ödəniləcəyini bildirmişdir. Onda olan sənədlər əsasında çəkilən xərclər ümumilikdə 460 000 manatdan yuxarı olsa da, 09 avqust 2023-cü il tarixli 114 saylı ekspertiza rəyində də çəkilən xərclərin 388774, 76 manat göstərilir.Ekspert rəyində tikinti-təmir işlərinin qiymətləndirilməsi zamanı aparılan tikinti işlərinin hamısı ekspertiza rəyində əhatə edilmədiyi və tam qiymət əldə edilmədiyi göstərilir. Bundan əlavə, ona təhdidlər etdiyi üçün 160 000 manat həcmində bağlanmış nisyə kredit müqaviləsi üzrə ona 38 000 manat həcmində pul qaytarılmışdır. Belə ki, o pulların qaytarılmasına Məmmədov Afaqın hədələri, hədə dolu mesajları, hədə-qorxu tələbləri əsasında əsassız varlanmasının nəticəsində baş vermişdir. Belə ki, o, həmin müqavilə üzrə 38000 manat, ümumilikdə real aldığı 280.000 manatdan 38000 manat qaytarmaqla, cavabdehdən aldığı pulun məbləği 242 000 manat olmuşdur. Bildirir ki, 135 000 manatlıq müqavilədən sonra, ümumilikdə verdiyi 280.000 manatın təminatı üçün aralarında İddiaçı təkidi ilə əlavə 160.000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə 18 mart 2022-ci il tarixdə 160.000 manat məbləğində real olmayan kredit müqaviləsinin bağlanmasının başlıca səbəbi podrat müqaviləsi üzrə hissəissə ödənilmiş 135.000 manat pulun və tikintinin gedişində 135.000 manatın üzərinə gəlməklə ona verilmiş 145000 manat, ümumilikdə isə 280.000 manat verdiyi pulun rəsmiləşdirilməsi məqsədi daşımışdır. Belə ki, 13 may 2022-ci il tarixli Nərimanov RPİ-nin qərarında tikintinin ümumilikdə 356.000 manat başa gələcəyi planlaşdırılmışdır. Bu dövrə qədər cavabdehin çəkdiyi xərclər ümumilikdə müqavilə öhdəlikləri də daxil olmaqla 280000 manat olmuşdur. Hədə-qorxularla, 18 mart 2022-ci il tarixli formal, real olmayan başqa əqdi pərdələmək üçün bağlanan müqavilə üzrə kredit verilməsi müəyyən edilmiş 160.000 manatdan 38000 (otuz səkkiz min) manat əsassız geri alınmışdır. Hesabların qarşılıqlı üzləşməsi əsası ilə İddiaçı Cavabdeh 388.7476-242.000 manat=138000 manat ödənilməli öhdəliyi vardır. Sonda nümayəndə X7 real olaraq görülmüş işə görə aparılmış hesablaşmalar nəticəsində borclu olduğu 138000 (yüz otuz səkkiz min) manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 18 mart 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 160.000 manat pulu Cavabdeh xx.xx.2022-ci il tarixə kimi qaytarmaq şərti ilə borc olaraq vermişdir. İş materiallarında olan 18 mart 2022-ci il tarixli mədaxil orderindən görünür ki, Məmmədova X4 ASC-nin “Qərb” filialı vasitəsilə 160.000 manat pulu (VÖEN: **********) təhvil vermişdir. İş materiallarında olan 22 mart 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqavilə tərəfi olaraq "xxxx" MMC öz materiallarından istifadə etməklə ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisini təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə təhvil veriləcək fərdi yaşayış evinin tikinti işlərinin ümumi dəyəri 135000 (yüz otuz beş min) manat təşkil edir. Sifarişçi həmin məbləğin 30000 (otuz min) manatını müqavilə bağlandığı gün ödəyir. Qalan 105000 (yüz beş min) manatını isə 5 ay ərzində hr ay 21000 (iyirmi bir min) manat olmaqla xx.xx.2019cu il tarixədək ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1571K saylı bağ sahəsində 0.06 ha toraq sahəsi İddiaçı adına (reyestr nömrəsi **********33 olan, tam pay olmaqla, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrində 850 nömrəli reyestr kitabının 80588 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırlımış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (MM-nin 753.1-ci maddəsi). Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır (MM-nin753.2-ci maddəsi). Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir (MM-nin 753.3cü maddəsi). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun ( MM-nin 759.2-ci maddəsi). İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X6 11 noyabr 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, İddiaçı izahatında göstərmişdir ki, 2019-cu ildən Bakı şəhəri, Sabunçu rayonu, Bilgə qəsəbəsi, 15-ci dalanda tikinti şirkəti ilə razılaşıb fərdi ev tikdirməyə başlamış, fərdi evin tikintisi hazırda tamamlanmamışdır. Evin fərdi tikintisi 2019cu ildən Bakı şəhəri, Sabunçu rayonu, Bilgə qəsəbəsi, 15-ci dalanda tikinti şirkəti ilə razılaşıb fərdi ev tikdirməyə başlamışdır. Belə ki, 2019-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Bilgə qəsəbəsi, 15-ci dalanda özünə üç mərtəbəli fərdi ev tikdirilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx" MMC-nin ofisində olmuş, həmin şirkətin direktoru Cavabdeh ilə aralarında fərdi evin tikintisi ilə bağlı rəsmi razılaşma olmuşdur. Bu səbəbdən aralarında “podrat müqaviləsi" bağlanmış, həmin müqavilənin şərtlərinə görə ünvan 3 ünvanda bağ sahəsinin içində 4 mərtəbəli ev tikilib, təhvil verilməsini öhdəliyini götürmüş, həmçinin müqavilənin şərtlərinə görə fərdi yaşayış sahəsinin tikintisinin ümumi dəyəri 135.000 manat dəyərləndirilmiş, həmin məbləğin 30.000 manatının müqavilə bağlandığı gün ödənilməsi, qalan 105.000 manat pulu isə hər ay 21.000 manat olmaqla 5 ay ərzində, yəni xx.xx.2019-cu il tarixədək ödənilməsi barədə öhdəlik müqavilənin şərtlərində öz əksini tapmışdır. Lakin Cavabdeh onunla müqavilədə qeyd olunanlardan əlavə, yəni ümumilikdə tikintini aparıb, təhvil verilməsi üçün ümumi 356.000 manata danışıb razılaşmışdır. Belə ki, Cavabdeh tikinti aparması ilə vergidə aparacağı qeydiyyatlarla bağlı müqaviləni onunla razılaşdıqları məbləğdən aşağı məbləğdə qeyd edilməsin özü təklif etmiş, onun da tikintidən anlayışı olmadığından və bu sahədə məlumatsız olduğu üçün Mərdanın etdiyi təkliflə razılaşmışdır. Ona ümumilikdə 356.000 manat pul ödədiyi halda müqavilə şərtlərində həmin məbləğ Mərdanın göstərməsinə əsasən nədənsə 135.000 manat kimi göstərilməsi öz əksini tapmışdır. Bütün bunlara baxmayaraq, Cavabdeh verdiyi vədlərə əməl etməmiş və onun tikinti barədə məlumatsız olmağından istifadə edib, bütün pullarını ələ keçirərək bağ evini tam keyfiyyətsiz, istismara yararsız materiallardan, qum və sementdən istifadə etməklə yarımçıq tikmişdir. Hətta həmin ərazidə də bağ evlərinin baxış istiqaməti eyni tikildiyi halda, Mərdan bağ evinin baxışını tam əks istiqamətdə tikintisini aparmışdır. Bağ evini keyfiyyətli, xarici firmaların keyfiyyətli və dəyərli materiallarından istifadə etməklə tikintisi ilə bağlı aralarında razılaşma olmasına baxmayaraq, onu bu adla aldadıb inandırıb, əvəzində isə yerli firmaların keyfiyyətsiz materiallarından istifadə etməklə evin tikintisini aparmişdır. Mərdan evin damının vurulmasında istifadə etdiyi mal-materialların keyfiyyətsiz olduğunu özü aşkar etdiyi üçün bu barədə Mərdana ciddi irad bildirmiş və nəticədə evin damını sökdürmüşdü. Bütün bunlardan sonra isə evin tikintisi dayandırılmış və Mərdan onun dələduzluq hərəkətlərindən məlumatlı olduğunu bilib, müxtəlif bəhanələr gətirməklə tikintini saxlamışdır. Sonrakı vaxtlarda isə hər vasitə ilə onunla görüşlərdən yayınmağa və gizlənməyə cəhdlər etməyə başlamışdır. Bütün bunun nəticəsi kimi Cavabdeh həm müqavilədə göstərilənlərin əksinə hərəkətlər edərək müqavilədə göstərilmiş məbləğdən üç dəfə artıq məbləğdə, yəni 356.000 manat məbləğində pulunu aldadıb ələ keçirib, istismara yararsız materiallardan, qum və sementdən istifadə etməklə keyfiyyətsiz və yarımçıq tikinti işləri aparmış, evin tikintisi xx.xx.2019-cu il tarixdə təhvil verilməsinə dair öhdəliyi Mərdan üzərinə götürməsi adı altında saxta müqavilə bağlayıb aldatmış, evinin tikintisini yarımçıq saxlayıb pulu ələ keçirmiş, bağ evində şiferin vurulması adı ilə Mərdan ondan tanıdığı Sahil adlı şəxsin vasitəsi ilə 15.000 manat pulunu ələ keçirmiş, belə ki, həmin məbləğdə pulu xx.xx.2020-ci il tarixdə Sahilin iştirakı ilə Nərimanov rayonu, Təhsil Nazirliyinin yanında yerləşən ofisdə Mərdana ödəmişdir. Lakin həmin pulun əvəzində heç bir iş görülməmişdir. Bundan sonra 07 mart 2021-ci il tarixdə Nərimanov rayonu, Təhsil Nazirliyinin yanında yerləşən ofisdə Mərdana bağ evinin işinin görülməsi məqsədi ilə əlavə olaraq 9.200 manat pul vermişdir. Lakin həmin pulu da Mərdan ələ keçirdikdən sonra bağ evində bir iş görülməmişdir.. Həmçinin Cavabdeh izahatında İddiaçı 2019-cu ildən tanıdığını, İddiaçı ilə 2019-cu ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu, Bilgə qəsəbəsi, 15-ci dalanda aldığı bağ sahəsi üçün olan torpaq sahəsində fərdi ev tikdirməsi üçün onunla iş birliyi qurmaq qərarına gəldiyini və onunla əvvəlcə qeyd olunan torpaq sahəsində bunun üçün görüşmüşdür. Əvvəlcə aralarında olan razılığa görə 720 kv metr sahəsi olan fərdi evin tikintisini razılaşdırmışlar. Belə ki, tikəcəyi ev üçmərtəbəli olmaqla aşağı hissəsində əlavə zirzəmi nəzərdə tutulmuşdur.Zirzəmidə isə basseyn və digər qeyri yaşayış sahəsi üçün tikililər tikilməli idi. Aralarında olan razılaşmaya əsasən istifadə olunacaq tikinti materialları nəzərə alınmaqla, tikiləcək evin hər kv metr sahəsi 400 manatdan hesablanmış, həmin məbləğə orta təmirin ən yüksək parametrləri nəzərdə tutulmuşdur. Onun İddiaçı ilə razılaşması zamanı sonuncunun bacısı da iştirak etmişdir və onlar birlikdə «Fort Baku»-da kafedə əyləşib ümumi razılığa gəlmişlər. Afaqla aralarında razılaşma olduğundan onun işinə etibarı yaranması üçün onunla müqavilə bağlamdan bir neçə gün əvvəldən bağ sahəsində söküntü və qazıntı işlərinə başlamışdır. Həmin ərəfədə podrat müqaviləsi tərtib olunmuş, lakin müqaviləni hələ imzalamamış, bir neçə gün sonra Afaq ona zəng vuraraq tikdirəcəyi bağ sahəsinə görə ona pul verəcəyini bildirmiş, o, Afaqın evinə getmiş və bağlanmış podrat müqaviləsi Afaqın yaşadığı Nəsimi rayonundakı mənzilində aralarında imzalanmışdır. Müqavilənin şərtinə görə Afaq ona ilkin ödəniş olaraq 30.000 manat pul ödəmiş və bundan sonra o, tikinti işlərini aparmağa başlamışdır. Podrat müqaviləsinin şərtlərinə görə fərdi evin tikintişi 135.000 manat dəyərləndirilmiş və ilkin ödəniş edildikdən sonra aylıq Afaq ödənişlər aparmalı idi. Həmçinin müqavilənin şərtlərində qeyd olunan məbləğ yalnız tikintinin aparılması üçün nəzərdə tutulmuş məbləğ idi, həmin tikinti 2019-cu ilin avqust ayında tamamlanmalı və bir il gözlədikdən sonra orada təmir işlərinə başlanmalı idi. Evin bünövrəsi tam keyfiyyətli sementdən və materialdan istifadə edilərək tökülmüş və tikinti işləri başlanmışdır. Lakin tikintinin sonrakı gedişatında Afaq evin zirzəmisində nəzərdə tutulmuş tikintinin layihəsində dəyişiklik etmiş və zirzəmi kimi nəzərdə tutulmuş qeyri yaşayış sahəsi, yaşayış sahəsi kimi layihəyə əlavə edilmişdir. Bu səbəbdən də evin podrat müqaviləsinə əsasən razılaşdırırdıqları 720 kv metr sahəsi dəyişdirdirilərək təxminən 950 kv metr sahəsi ilə əvəz edilmişdir. Bu dəyişiklik aralarında olan ilkin razılaşmada nəzərdə tutulmasa da, həmin dəyişikliyin aparılmasına 22.000 manat pul xərclənəcəyini Afaqa bildirmiş və həmin xərcləri də ona təqdim etmişdir. Fərdi ev ümumilikdə 4 (dörd) mərtəbəli tikildikən sonra əlavə olaraq layihədən kənar mansar işi görüldüyü üçün müəyyən dövlət orqanları həmin mansarın tikintisinə icazə verməmişlər. Bu səbəbdən də həmin əlavə tikinti və pilləkən də sökülmüş, qarşısında təmir işləri aparılaraq bağlanmışdır. Evin damının göy-yaşıl rəngli olmasını Afaq özü əvvəlcədən bəyənmiş və o, da nümunəni ona təqdim etdikdən sonra aralarında olan razılaşmaya əsasən Afaqın özü ondan xəbərsiz materialın keyfiyyətini yoxlatdırmış və həmin materialdan istifadə etməklə evin damı razılaşdıqları materialdan vurulmuşdur. O, evin tikintisini apardığı müddətdə Afaqdan hissə-hissə pullar almış, tikintiyə yatırmağa başlamış, bu ərəfədə Afaq tikintiyə gəlib baxmadığı üçün dəfələrlə ona zəng vurmuş, tikintiyə dəvət etmişdir. Lakin Afaq isə ona etibar etdiyini bildirib çox az hallarda gəlib tikintiyə baxmiş, buna baxmayaraq ona vəd etdiyi qaydada və keyfiyyətlə işini aparmışdır. Tikintinin aparılması zamanı Afaq ilə aralarında heç bir narazılıq yaranmamış və hətta ondan xəbərsiz tikintiyə istifadə etdiyi daşı, sementi və digər materialları aparıb yoxlatdırmışdır, heç bir problem yaranmamışdır. O, tikintini razılaşdıqları vaxtdan daha tez qurtarmış, tikintini qurtardıqdan sonra bir il gözləməli olduqları üçün tikintini vaxtından tez qurtardığı üçün təmiri də bir qədər tez başladığını Afaqa bildirmişdir və aralarında olan razılıqla o, 2020-ci ilin sentyabr ayında təmirə başlamalı olduğu halda, tikintini vaxtından tez qurtardığı üçün 2019-cu ilin sonunda təmirə başlamışdır. Afaq tikintinin aparılmasına ona verdiyi pulları özü qeyd etdiyi kimi, o, da özündə qeydiyyatlar aparmış, eyni zamanda ofisdə kompyuterdə qeydiyyatlar aparmışdır. Lakin təmir-tikinti işləri zamanı Afaqın bir nəfər Sahil adlı tanışı ortaya çıxmış, bundan sonra əvvəlcə Afaq özü təmirə nəzərət edib göstəriş verdiyi halda, sonrakı vaxtlarda Sahilin də tikintiyə dair fikirləri ortaya çıxmış, bu səbəbdən də o, artıq kimin fikirləri ilə qərarlaşacağını bilməmiş, bu barədə Afaqa bildirdikdə onun fikirləri ilə təmiri aparmağını bildirmiş, buna baxmayaraq yenə də fikirlər toqquşmuş və bunun nəticəsi olaraq ona da dəfələrlə tikdiyi yerləri, qoyduğu pəncərələrin yerlərini sökdürüb, bir neçə dəfə yerlərini dəyişdirilmişdir. Həmin işlər əlavə xərclər kimi nəzərdə tutulsa da, o, həmin xərcləri ümumi tikintinin üzərinə gəlməmişdir. Lakin sonradan Afaqın Sahil ilə aralarında münasibətlər kəskinləşmiş və onu Sahil ilə iş birliyi qurmağı ilə şərləmək istəmişlər, buna baxmayaraq o, Sahil adlı şəxsin onların tanışı olduğunu, onun Sahil ilə heç bir tanışlığının və ya iş birliyinin olmadığını bildirmişdir. Bütün bunlara baxmayaraq o, bağ sahəsində təmir ilə yanaşı əlavə tikinti işlərinin aparılması ilə məşğul olmuş, son ayadək onun Afaq ilə arasında tikinti-təmir ilə bağlı heç bir problemi olmamış, buna baxmayaraq son aylarda tikintiyə həm Sahil adlı şəxs və həm də Afaqın bacısı Aynur müdaxilələr edirdilər, Afaq isə yalnız onun fikirləri ilə razılaşıb tikinti işlərini davam etdirməyi ona tapşırmışdır, digər şəxslərin fikirlərinə əhəmiyyət verməməyi bildirmişidir. 2020-ci ilin oktyabr ayında evin damının rəngini Afaq bəyənməmiş və sökməyi bildirmiş, o, yağışların bitməsini, sonradan damı sökməyi bildirmiş, Afaq bağ evinə qəhvəyi rəngdə dam örtüyü vurulmasını bildirmiş, o, da onun göstərişi ilə evin damını sökmüş və hazırkı vaxtadək evin damı vurulmamış saxlanılmışdır. Podrat müqaviləsində yalnız evin tikintisi üçün nəzərdə tutulan məbləğ qeyd olunub və müqavilə yalnız tikinti ilə bağlı bağlanmışdır.Həmin müqavilədə təmir və təmir xərcləri nəzərdə tutulmamışdır.Bu səbəbdən də müqavilədə 135.000 manat göstərilmişdir. Afaqla onun arasında 356.000 manat pulla bağlı razılaşma olmamışdır, belə ki, həmin artıq məbləği Afaq özü cibindən pəncərəyə və kafelə xərcləmişdir, yəni Afaq ilə əvvəlcədən razılaşdıqları firmanın materiallarından özü imtina edib daha VİP firmanın materiallarından istifadə etməyi qərara aldığı üçün danışıqlarından əlavə məbləğ ortaya çıxmışdır və razılaşdıqları məbləğin artığını Afaq özü cibindən qoyub tikintiyə xərcləmişdir. Evin sahibəsi Afaq olduğu halda o, onun razılığı olmadan evin baxışını seçməyi inandırıcı deyil, belə ki, Afaq evin baxışını hazırkı istiqamətdə qoyulmasını özü bildirmiş və demişdir ki, gələcəkdə evin qarşısında olan torpaq sahəsini alacaq və özünün bağ sahəsinə əlavə edəcəkdir. Bu səbəbdən onun evinin baxışı özünün göstərdiyi istiqamətdə tikilmişdir. Afaq özü ondan xəbərsiz tikintidə istifadə etdiyi materiallardan hissələri aparıb yoxlatdırmış və o, bu barədə sonradan xəbər tutsa da, ona təmir-tikintidə heç bir problemin olmadığını, tam keyfiyyətli mallardan istifadə etdiyini Afaq özü bilavasitə ona dəfələrlə bildirmişdir. Bağ evinin tikintisində 300 marka betondan, mişar daşından, 300 marka semenrtdən, rus istehsalı olan armaturdan, təmir zamanı Akdeniz şpaklyovkasından, Gilan firmasının alçipanından, Aktel firmasının elektrik xətlərindən, türk firmalarının santexnika materiallarından, İtaliya istehsalı istifol materiallarından, Mətənat və Misterfiks matasından istifadə edilmiş və tikinti tam standartlara uyğun yüksək keyfiyyətlə aparılmışdır. Elektrik xətlərinin çəkilişi zamanı 10-luq xətdən giriş kimi, razetkaları 4-lük xətdən, paylanmaları isə 2,5-lik xətdən istifadə etməklə çəkilmişdir. İstifadə etdiyi materiallardan nümunələri Afaq, Sahil ilə birlikdə ondan xəbərsiz yoxlamağa aparmış və o, təsadüfən bunu bildikdə onlar həm tikintinin və həm də təmirin tam keyfiyyətlə aparıldığını ona bildirmişlər. İlkin tikinti zamanı istifadə etdiyi armaturun sertifikatını tələb etdikdən sonra tikintidə istifadə etmiş, eyni zamanda mal-material aldığı digər firmaların da sertifikatlarını və əldə etdiyi qayimələri istintaqa təqdim edəcəkdir. Afaqın izahatında göstərdiyi halların yalan olduğunu, bağ evinin həm təmiri və həm də tikintisi zamanı Afaq hər ay ona ödəniş etdiyi kimi, 2020-ci ilin oktyabr ayında da 15.000 manat pul ödəmiş və həmin pulu ödədikdə evin damının dəyişilməsini də nəzərdə tutmuş və Afaq ona bildirmişdir ki, damın vurulmasına çəkəcəyi xərcin əlavəsini də ödəyəcəkdir. Lakin həmin ərəfədə yağışlar olduğu uçün və evin içərisində də təmir işləri aparıldığından, razılaşmışlar ki, mart ayından sonrakı vaxtda damın dəyişilməsini həyata keçirsinlər. Damın dəyişilməsi üçün lazım olan əlavə xərc təxminən 5000 manat pul etmiş, o, Afaqa həmin məbləği damın dəyişdiriliməsinə qədər qaytarmağı razılaşmış və bunu da ona təklif etmişdir ki, ümumi razılaşdıqları 280.000 manatdan həmin məbləği çıxar, lakin Afaq ondan pulu qəbul etməmiş, demişdir ki, gedib işini davam etdirsin. Həmin 15.000 manatı Afaq ona verdikdən bir neçə gün sonra hamamların kafelinin alınmasına 2000 manat pulları çatmadığı üçün ondan borc istəmiş, o, da həmin məbləği Sahilin vasitəsi ilə göndərmişdir. Lakin bir müddət sonra həmin pulu ona geri qaytarmamışlar ki, verilmiş pulların arasında pozuntular olmasın. 07 mart 2021-ci il tarixdə 9200 manat pulu Afaq ona təmir işləri ilə bağlı Bilgədə tikdirdiyi bağ evində vermişdir. Həmin pulun müqabilində bağ evinin daxili təmir işlərində istifadə etdiyini, zirzəmidə alçipan vurulduğunu, panel, şpaklevka işləri görülmüşdür. Afaqın verdiyi həmin məbləğ də onunla razılaşdıqları məbləğin daxilində olduğunu, Afaqın çəkdiyi və ona verdiyi pullarla birlikdə son dövrədək ümumilikdə 302.000 manat bağ evinə xərc çəkilmiş, həmin məbləğin ona verilmiş hissəsi ilə razılaşdıqları məbləğ arasında fərq 100.000 manat təşkil etmiş,buna görə də Afaqa bildirmişdir ki, qalıq qalmış məbləğdən bir qismini gətirsin və o, tikintini davam etdirsin, Afaq ona həmin məbləğdən 1500 manat pul vermiş və pulların hələ onun kartına göndərilmədiyini bildirərək ondan müddət almış, buna görə də təmiri davam etdirə bilməmiş, bundan sonrakı müddətdə isə Afaqdan pul tələb etdikdə əsassız olaraq təhqirlərə, təzyiqlərə məruz qalmış, şəxsiyyətinə toxunacaq hərəkətlər edildiyi üçün təmiri saxlamışdır. Afaq ilə razılaşdıqları müddətdən artıq müddət ərzində təmir işləri aparılmasına səbəb isə onun əvvəlcə verdiyi dizaynlarda dəyişikliklərin aparması, bu səbəbdən də orada əlavə söküntü və tikinti-bərpa işlərinin çıxması olduğunu, material üzrə ona təqdim edilmiş məhkməekspertiza rəyi ilə razı olmadığını, hazırda İddiaçı ilə razılaşdığını, təmir bərpa işlərini edəcəyini, hazırda aralarında kredit müqaviləsinin bağlandığını, ödənişləri etdiyini bildirmidir. İş materiallarında olan “X5”nin 09 avqust 2023-cü il tarixli 114 saylı qiymətləndirmə rəyində aparılmış tədqiqatlar nəticəsində ünvan 4 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə sərf edilən vəsaitin 388.774.76 manat müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 01 mart 2022ci il tarixli 10/271 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, ünvan 5 ünvanda yerləşən bağ sahəsində tikilmiş fərdi bağ evinin 2019-cu ilin mart ayından 2019-cu ilin avqust ayınadək olan müddət ərzində orta bazar qiyməti nəzərə alınmaqla tikintisinə və 2019-cu ilin dekabr ayından 2021-ci ilin mart ayınadək olan müddət ərzində fərdi yaşayış evində müxtəlif növ və eləcə də qizli təmir işləri aparıldığından və həmin evdə aparılan təmir tikinti və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun dəyərini dəqiqliklə müəyyən etmək mümükün deyildir.Lakin iş materiallarına əlavə olunmuş mütəxəssis rəyinə əsasən ünvan 5 ünvanda yerləşən bağ sahəsində tikilmiş fərdi yaşayış evi üzrə aparılmış təmir-tikinti işlərinə çəkilmiş xərcin orta bazar qiymətinə uyğun olaraq təqribən 175153.37 manat təşkil etdiyi müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC-nin direktoru Cavabdeh ilə İddiaçı arasında 22 mart 2019-cu il tarixli podrat müqaviləsi bağlanmış, sifarişçi olaraq İddiaçı ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisini sifariş etmiş, podratçı olaraq "xxxx" MMC həmin tikinti işinin görülməsini öz üzərinə götürmüşdür. Həmin müqavilə üzrə təhvil veriləcək fərdi yaşayış evinin tikinti işlərinin ümumi dəyəri 135000 (yüz otuz beş min) manat qiymətləndirilərək, sifarişçi həmin məbləğin 30000 (otuz min) manatını müqavilə bağlandığı gün ödəməyi, qalan 105000 (yüz beş min) manatını isə 5 ay ərzində hr ay 21000 (iyirmi bir min) manat olmaqla xx.xx.2019-cu il tarixədək ödəməyi öz üzərinə götürmüşdür. Bununla da tərəflər arasında podrat müqaviləsindən irəli gələn onların hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İşin faktiki hallarından görünür ki, tərəflər müqavilədə yaşayış evinin tikintisi və onun dəyərinin ödənilməsi barədə razılaşma əldə etsələr də, qeyd olunan yaşayış evinin təmiri barədə də razılaşma əldə etmələrinə baxmayaraq bunu müqavilədə göstərməmişlər. İşdən görünür ki, Cavabdeh podratçı olaraq "xxxx" MMC-nin 2019-cu ilin sonundan başlayaraq sifariş olunan ünvan 2 ünvanında fərdi yaşayış evinin təmir işlərini aparmaqla, həmin işlərin görülməsi üçün İddiaçı müxtəlif məbləğlərdə pullar aldığını, lakin sifarişçi olaraq İddiaçı işin görülməsi zamanı tapşırıqları əsasında əlavə işlər görməsini, lakin həmin işlərin dəyərinin ödənilməməsi səbəbindən təmir işlərini başa çatdıra bilmədiyini göstərmişdir. İddiaçı ondan 160000 (yüz altmış min) pul tələbinə gəlicə Cavabdeh izahatında 18 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 160000 manat pulu borc olaraq İddiaçı almadığını, həmin məbləğin İddiaçı yaşayış evinin tikinti və təmirinə görə ona verdiyi 288000 (iki yüz səksən səkkiz min) manata hesablandığını (135000+ 153000= 288000) və bunun təsdiqi olaraq aralarında xx.xx.2022-ci il tarixli «əlavə kredit müqaviləsi» bağlamaqla imzaladıqlarını göstərmişdir. Tərəflərin izahatları və iş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 mart 2019-cu il tarixli podrat müqaviləsi üzrə öhdəliklər Cavabdeh şəxsində "xxxx" MMC tərəfindən tam olaraq yerinə yetirilməmişdir.İşin qeyd olunan halı "xxxx" MMC-nin məsuliyyətini müəyyən edən haldır. Lakin iş materiallarından görünür ki, İddiaçı 18 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 160000 manat pulu fiziki şəxs olaraq Cavabdeh notariusun depozit hesabına köçürməklə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli 4/953 saylı ekspert rəyində İddiaçı ilə Cavabdeh adlarından olan xx.xx.2022-ci il tarixli «Kredit müqaviləsinə əlavə»nin aşağı hissəsində «Birinci tərəf, borc verən» qrafasında «İddiaçı» yazılarının qarşısında olan imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Məhkəmə iclasında İddiaçı Cavabdeh 160000 manat pul tələbi ilə bağlı izahatında Cavabdeh şəxsində "xxxx" MMC-nin 18 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam olaraq icra etməsi və eyni zamanda qazanc əldə etmək məqsədi ilə cavabdehlə razılaşma əldə edərək Cavabdeh Bakı şəhəri Mərdəkan yaşayış ünvanında torpaq sahəsi almalı, həmin yerdə bağ evləri inşa etməli, həmin bağ evlərinin satışından əldə edilmiş gəliri öz aralarında bölməklə yanaşı, Cavabdeh əldə etdiyi qazanc hesabına onun bağ evində təmir işlərini başa çatdırmalı idi. Lakin Cavabdeh sonrakı hərəkətləri onunla əldə edilmiş razılaşmaya uyğun olmamış, ondan 160000 manat pulunun qaytarılmasını tələb etdikdə Cavabdeh ona 12000 (on iki min) manat pulu notariusun depozit hesabına köçürməklə qaytarmış, daha sonra isə ona 15000 manat dəyərində tikinti materialları göndərmiş, ümumilikdə isə cəmi 27000 (iyirmi yeddi min) manat pul qaytarmışdır. İddiaçı Cavabdeh iddia ərizəsindən görünür ki, iddiaçı 160000 manat həcmində bağlanmış kredit müqaviləsi üzrə İddiaçı tərəfindən təhdidlərə məruz qaldığı üçün ona 38000 (otuz səkkiz min) manat həcmində pul qaytardığını göstərmişdir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, notariusun depozit hesabına köçürülməklə İddiaçı tərəfindən Cavabdeh 160000 manat pulun verilməsi təsdiq olunsa da, tərəflər arasında mövcud münasibət borc müqaviləsi ilə pərdələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqdir. Yanan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin qədi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə belə hesab edir ki, Cavabdeh İddiaçı 160000 manat pul almış, həmin puldan 27000 manat qaytarsa da, 133000 (yüz otuz üç min) manatını müxtəlif əsaslar gətirməklə qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İddiaçı Cavabdeh İddiaçı 138000 (yüz otuz səkkiz min) pul tələbini onunla əsaslandırmışdır ki, onda olan sənədlər əsasında çəkilən xərclərin ümumilikdə 460 000 manatdan yuxarı olsa da, 09 avqust 2023-cü il tarixli 114 saylı ekspertiza rəyində də çəkilən xərclərin 388774, 76 manat göstərilmişdir. Bundan əlavə, İddiaçı ona təhdidlər etdiyi üçün 160 000 manat həcmində bağlanmış nisyə kredit müqaviləsi üzrə ona 38 000 manat pul qaytarmış, buna səbəb isə Məmmədov Afaqın hədələri, hədə dolu mesajları, hədə-qorxu tələbləri əsasında əsassız varlanmasında baş vermişdir. Müqavilə üzrə 38000 manat, ümumilikdə real aldığı 280.000 manatdan 38000 manat qaytarmaqla, cavabdehdən aldığı pulun məbləği 242 000 manat olmuşdur. Bildirir ki, 135 000 manatlıq müqavilədən sonra, ümumilikdə verdiyi 280.000 manatın təminatı üçün aralarında İddiaçı təkidi ilə əlavə 160.000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə 18 mart 2022-ci il tarixdə 160.000 manat məbləğində real olmayan kredit müqaviləsinin bağlanmasının başlıca səbəbi podrat müqaviləsi üzrə hissə-issə ödənilmiş 135.000 manat pulun və tikintinin gedişində 135.000 manatın üzərinə gəlməklə ona verilmiş 145000 manat, ümumilikdə isə 280.000 manat verdiyi pulun rəsmiləşdirilməsi məqsədi daşımışdır. Belə ki, 13 may 2022-ci il tarixli Nərimanov RPİ-nin qərarında tikintinin ümumilikdə 356.000 manat başa gələcəyi planlaşdırılmışdır. Bu dövrə qədər cavabdehin çəkdiyi xərclər ümumilikdə müqavilə öhdəlikləri də daxil olmaqla 280000 manat olmuşdur. Hədəqorxularla, 18 mart 2022-ci il tarixli formal, real olmayan başqa əqdi pərdələmək üçün bağlanan müqavilə üzrə kredit verilməsi müəyyən edilmiş 160.000 manatdan 38000 (otuz səkkiz min) manat əsassız geri alınmışdır. Hesabların qarşılıqlı üzləşməsi əsası ilə İddiaçı ona 388.774-242.000 manat=138000 manat ödənilməli öhdəliyi vardır. Məhkəmə belə hesab edir ki, Cavabdeh İddiaçı 138000 (yüz otuz səkkiz min) pul tələbi əsassızdır. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisinin başa çatdırlmasından sonra əldə edilmiş razılaşmaya uyğun olaraq həmin yaşayış evinin təmiri başa çatdırılmamışdır. Bundan əlavə, Cavabdehdən evin təmir və tikintisi ilə bağlı 242000 manat pul aldığını və 160000 manat pulun da aralarında olan razılaşmaya əsasən həmin məbləğə hesablandığını göstərsə də, iş materiallarında olan yuxarıda qeyd olunan Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024cü il tarixli 4/953 saylı ekspert rəyində xx.xx.2022-ci il tarixli «Kredit müqaviləsinə əlavə»nin aşağı hissəsində «Birinci tərəf, borc verən» qrafasında «İddiaçı» yazılarının qarşısında olan imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, 22 mart 2019-cu il tarixli podrat müqaviləsi hüquqi şəxs olaraq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmışdır. Belə ki, iddia tələb hüququ olmayan şəxs Cavabdeh tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh 133000 (yüz otuz üç min) manat və MM-nin 449.1-ci maddəsinə əsasən bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla 8866 (səkkiz min səkkiz yüz altmış altı) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Cavabdeh İddiaçı qarşı 138.000 manat pul tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, Cavabdeh ekspertiza tədqiqinin dəyərini təşkil edən 124 manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 423 (dörd yüz iyirmi üç) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 133000 (yüz otuz üç min) manat və bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla 8866 (səkkiz min səkkiz yüz altmış altı) manat və ödənilmiş dövlət rüsumuna görə 423 (dörd yüz iyirni üç) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçı qarşı 138.000 (yüz otuz səkkiz min) manat pul tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh ekspertiza tədqiqinin dəyəri olan 124 (yüz iyirmi dörd) manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar