Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-317/2025 08.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ödənilmiş borcun silinməsi tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(022)-906/2020 saylı icra sənədinə əsasən ödənilmiş borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon məhkəməsinin 2(022)- 906/2020 saylıxx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X1 ondan 12280 manat pul tələbinə dair iddia ərizəsinə baxılaraq iddia tələbi təmin olunmuşdur. Biləsuvar rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsin alandan sonra icra vərəqəsi ilə icra və probasiya şöbəsinə verilmişdir. İcra vərəqəsinə əsasən icra sənədi icra məmuru Nicat Bəhmənovun icraatında olmuş və o, icra şöbəsinə dəvət edilmiş və icra vərəqəsi ilə tanış olduqdan sonra məhkəmənin qətnaməsini icra etməyə başlamışdır. Əvvəl ödənişləri poçt vastəsi ilə olmuş, sonra isə işi ilə bağlı aldığı müavinətin 50 faizi tutulmaqla, həm də əl ilə pul ödəmişdir. Bundan sonra 7-8 ay bundan qabaq evində olan zaman onun mobil telefonuna zəng gəlmiş, o, həmin zəngi açandan sonra ona məlum olmuşdur ki, ona zəng edən şəxs Cavabdeh yaxın dostu Nazimdir. O, onu söhbətə çağıraraq Aynur məişət evinin yanında görüşmüş və həmin vaxt Tərlan da onların yanına gəlmişdir. O, söhbət əsnasında Nazimin iştirakı ilə Tərlana öz iradlarını bildirmişdir ki, “mənim sənə borcum olmadığı halda, sən məni kimlərinsə iştirakı ilə aldadaraq məni aidiyyəti olmayan borca saldınız, onsuz da mən həmin pulu ödəyirəm, sən bu pulu necə istifadə edərsən” sözünü ona Nazimin yanında bildirdikdən sonra Tərlan ona bildirmişdir ki, “sənin artıq mənə borcun yoxdur, gedib sənin mənə borcunun olmaması barədə icra şöbəsində ərizə yazacam”. Daha sonra 2 həftə keçəndən sonra Tərlan ona zəng edərək bildirmişdir ki, “mən ərizəni yazmışam, get götür”. O, həmin günün səhəri icra və probosiya şöbəsinin rəisi İlkin Əzizovun yanına gələrək borcunun Tərlan tərəfindən silinməsi barədə təmzlik arayışını istəsə də, İlkin Əzizov ona Tərlanın tam olaraq ərizə vermədiyini, işin müvəqqəti olaraq dayandırılması barədə ərizə verdiyini bildirmişdir. Bundan sonra, o, Tərlanla əlaqə saxlayıb pulu tam olaraq ödədiyi barəsində iradlarını bildirəndən sonra Tərlan cavab olaraq «icrada necə deyilibsə elə də ərizəni yazdığını bildirmişdir. Tərlanın məlumatından sonra İlkin Əzizov aqressiv halda bildirmişdir ki, “biz burada heç kimi məcbur edib ərizə almırıq ”demişdir. Bu söhbətdən sonra Tərlan xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə gedərək təzədən 12280 manat pulun tam alınması barədə ərizəsini yazmış və ona zəng edərək “ərizəni yazmışam, get təmizlik sənədini al”demişdir. O, təzədən İlkin Əzizovun yanına gedərək yazılmış ərizənin əslini istəsə də, o, onu bu işin icraçısı Nicat Bəhmənovun yanına göndərərək «get məsələlərinizi orada həll edin» demişdir. O, Nicat Bəhmənovun otağına daixil olaraq təmizlik barədə arayışın əslini istəsə də, Nicat ona izah etmişdir ki, “icra ödənişi ilə bağlı 900 manat pulu ödəniş etməlisən ki, biz də sənə təmizlik arayışını verək”demişdir. O, bu icra ödənişini tam olaraq Nicata ödəmiş və onun barədə bütün məhdudiyyətləri götürməklə əmək haqqını tam almaqla və bundan sonra icra məmurları, nə də Tərlanın onu narahat etməsinə bir əsas qalmamışdır. Tərlana borcunun olmaması barədə ərizənin surətin Nicat ona təqdim edəndən sonra o, öz yaşadığı ünvana gəlmişdir. Bundan sonra Tərlanla icra məmuru Nicatın arasında nə razılaşmalar olubsa, Tərlan yenidən işin icraya qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və həmin pulun yenidən ondan tutulması barədə icra işinə başlanılmışıdır. O, bundan sonra icra və probasiya şöbəsinin rəisi İlkin Əzizovun qəbulunda olsa da, belə ərizənin Tərlan tərəfindən o vaxtı onlara köməklik göstərən Ləman xanım tərəfindən yazılmış ərizəyə Tərlan tərəfindən imza atılsa belə, o, bunları heç kimə subut edə bilmir. Ona görə də onun əlində olan ərizəyə əsasən onun Cavabdeh heç bir borcu yoxdur, borcunu tam olaraq ödəmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)-906/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Canəli oğluna qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Canəli oğlundan 12250 (on iki min iki yüz əlli) manat məbləğində pul vəsaitinin alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Məmmədov X2 rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)-906/2020 saylı qətnaməsinə əsasən verilmiş icra sənədini tam olaraq icra etdiyini, hazırda tələbkara heç bir borcunun olmadığını əsas gətirməklə qeyd olunan icra sənədi üzrə borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. “İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; İddia ərizəsindən görünür ki, iddiaçı Biləsuvar rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)-906/2020 saylı icra sənədi üzrə borcunu ödəməsinə baxmayaraq həmin icra sənədi üzrə icra hərəkətlərinin icra məmuru tərəfindən davam etdirildiyini göstərmişdir. “İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borcun ödənilməsi və həmin icra sənədi üzrə icra məmurunun hərəkətləri ilə bağlı olduğundan həmin işə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı ödənilmiş borcun silinməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pul İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(022)-317/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-317/2025
08.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver