Məhkəmə qərarları › İş №2(022)-319/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-319/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-319/2024 07.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X9 Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, 07 avqust 2006-cı il tarixdə doğulmuş X1 üçün Biləsuvar Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(022)- 177/2015 saylı qətnaməsi ilə Cavabdeh tutulan 108 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməklə cavabdehdən onun xeyrimə tutulması, təhsil kurslarına görə illik ödədiyi 1800 manat pulun 900 manat məbləğinin və eyni zamanda hər ay 150 manat miqdarında xəstəlik pulunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X15 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək göstərmişdir ki, iddiaçı Cavabdeh ilə ailə qurmuş və onların 07 avqust 2006-cı il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə sonradan ayrılmışlar və oğlu Yusif onun himayəsində qalmışdır. Biləsuvar Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(022)-177/2015 saylı qətnaməsi ilə Yusif adlı uşağının yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Bundan başqa, uşağı alergiya və başqa xəstəliklərdən əziyyət çəkir. Bundan əlavə oğlu Yusif yüksək təhsilə yiyələnmək üçün ödənişli Buzovna hazırlıq kürsuna gedir. Hazırda özü də xəstə olduğu üçün heç yerdə işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği isə uşağın maddi cəhətdən saxlanmasına və təhsilinə kifayət etmir. Cavabdehin isə maddi cəhətdən imkanı çox yaxşıdır. Buna baxmayaraq cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa uşağın maddi cəhətdən saxlanmasında ona köməklik etmir. Ona görə də məcbur qalaraq alimentin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda iddiaçının nümayəndəsi 07 avqust 2006-cı il tarixdə doğulmuş X1 üçün Biləsuvar Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(022)-177/2015 saylı qətnaməsi ilə Cavabdeh tutulan 108 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməklə cavabdehdən onun xeyrimə tutulması, təhsil kurslarına görə illik ödədiyi 3600 manat pulun 1800 manat hissəsinin və eyni zamanda hər ay 150 manat miqdarında xəstəlik pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, hazırda başqa qadınla evli olmaqla ondan da uşaqlarının olduğunu və iddiaçının tələb etdiyi alimenti ödəyə bilməyəcəyini bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı № 493248 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-ci il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(022)- 177/2015 saylı qətnaməsindən görünür ki, xx.xx.2006-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar rayon məhkəməsinin 22 sentyabr 2010-cu il tsarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 108 manat miqdarında müəyyən edilmiş və həmin alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-02725 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının iştirak etmiş və 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq gəlməmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 333992 saylı X4 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X10 ilə 12 iyul 2007-ci il tarixdə rəsmi nikaha girməklə evlənmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 430151 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında X2 yazılmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİİ № 634019 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında X2 yazılmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 098143 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında X2 yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il-ci marixli Qərarı»nda göstərilmişdir ki, «… Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır». İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2006-cı ildə anadan olmuş X7 xəstəliyi ilə əlaqədar çəkilmiş 150 manat xərcin Cavabdeh alınaraq ona verilməsini tələb etsə də, çəkilmiş xərclərlə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimunun səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(022)-177/2015 saylı qətnaməsi ilə Cavabdeh 07.08. 2006-cı ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 108 (yüz səkkiz) manat miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2006-cı ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(022)-177/2015 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2006-cı ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 108 (yüz səkkiz) manat müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2006-cı ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar