Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-328/2024 02.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X13 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 05 mart 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(022)-694/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 05 fevral 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 05 mart 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(022)-694/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Biləsuvar rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(022)-694/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuş, onların birgə nikahlarından anadan olmuş uşağın onun yanında qalması müəyyən edilmiş və onun xeyrinə Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2019-cu ildən bu günədək bütün əmək haqları və ona uyğun olaraq bütün malların və məhsulların qiymətləri dəfələrlə qalxmışdır. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş həmin alimnet miqdarının alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Hər ay üçün müəyyən edilmiş 120 manat məbləğində aliment onunla cavabdehin birgə nikahından doğulmuş uşağının hazırki yaş dövrünün tələblərini qəti ödəmir. Hamının bildiyi kimi uşaqların inkişafı daha intensivdir və bəzən altı ay əvvəl alınmış paltarlar və ya ayaqqabı əyinlərinə uyğu olmur, yəni ölçülər qısa zaman ərzində dəyişir. Onunla cavabdehin birgə nikahından doğulmuş uşağın normal qidalanması və digər tələbatlarının təmin edilməsi üçün hazırki aliment məbləği tamamilə azdır. Hazırda qızı Bahar 6-cı sinifdə oxuyur. Həmçinin həmin uşaq əlavə məşğələlər keçmək üçün müəllim-repititor yanına gedir. Bütün bunlar xərc tələb edir və hazırki vaxta qədər həmin xərclərin qarşılanmasına onun ailə üzvləri köməklik göstərmişdir. Bundan başqa, uşağı xəstələndiyi zaman lazım olan dərmanları və digər müalicə xərclərini o qarşılayır. Cavabdeh indiyə qədər uşağın xəstələndiyi vaxt ona heç vaxt kömək etməmişdir. Cavabdeh onların birgə nikahından doğulmuş uşağının saxlanılmasından yaranan əlavə xərclərdə iştirak etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 26 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Mövcud bazar qiymətləri ilə götürüldüyü zaman bir uşağın saxlanması üçün hər ay 330-350 manat məbləğində vəsait tələb olunur. O, hazırda məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment miqdarının uşağın tələbatını ödəmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən onların birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyəyn edilmiş aliment məbləğinin artırılaraq, 250 manat sabirt pul məbləğində müəyəyne dilməsində haqlıdır. Həmçinin cavabdeh fərdi əməklə məşğuldur və qazancı kifayət qədər yüksəkdir. O, hazırki iddia tələbi ilə bağlı ilkin olaraq mediasiya təşkilatına müraciət etsə də, cavabdeh həmin mediasiya sessiayasında iştirak etməmişdir. Həmin mediasiya prosesi ilə əlaqədar xərclər onun tərəfindən ödənilmişdir. Sonda, İddiaçı məhkəmədən 05 mart 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(022)-694/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən onnun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 01 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə onun və iddiaçının iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 13 fevral 2024-cü il tarixdə məhkəməyə ünvanladığı yazılı etiraz göstərmişdir ki, iddiaçı iddia ərizəsində onun uşaqları ilə maraqlanmamsı və fərdi əməklə məşğul olmaqla, yüksək qazanc əldə etdiyini bildirsə də, o, işsizdir və ailəlidir. Onun iki azyaşlı uşağı var və arvadı onkoloji xəstəlikdən əziyyət çəkir. O, hər ay 120 manat məbləğində alimenti valideynlərinin köməyi ilə ödəyir. İddiaçının iddia ərizəsində göstərdiyi tələblər əsassızdır. O, indiyə qədər uşağı ilə maraqlanmış və ona qayğı göstərmişdir. İddiaçı ondan ayrılıb valideynlərinin yanına getsə də, o, hər ay alimenti həmin şəxsə ödəyir. Həmin uşağın saxlanması hər iki valideynin borcudur. İddiaçı heç bir əsas olmadan ondan ayrılaraq, Biləsuvar rayonu, Çaylı kəndində yaşayan valideynlərinin yanında yaşamağa başlamışdır. O və onun valideynləri İddiaçı onlarla birlikdə yaşamasında təkid etsələr də, iddiaçı onlarla yaşamaq istəməmişdir. O, işsiz olduğu üçün 120 manat məbləğində alimenti belə çətinliklə ödəyir. Onun 250 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılmasa, o, 120 manat məbləğində alimenti ödəyə biləcəkdir. Sonda, E.C.X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat miqdarında alimentin artırılmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(022)-694/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında 05 aprel 2011-ci il tarixdə Biləsuvar rayon İcra Hakmiyyəti Başçısının Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 05 mart 2011-ci il tarixdə anadan olmuş X4 anası İddiaçı yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh, 07 iyun 2019-cu il tarixdən hesablanmaqla, hər ay 120 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,67 misli miqdarında İddiaçı xeyrinə aliment tutulması qət edilmişdir. Mülki işdə olan atalığın müəyyən edilməsi haqqında AZ-İ seriyalı, 455892 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 18 oktyabr 2023-cü il tarixdə X3 doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ seriyalı, 419182 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 23 sentyabr 2021-ci il tarixdə X3 doğulmuş X7 atası hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2019-cu ildə yaşayış minimumu haqqında» 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2019-cu il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 26 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin 75 manat artmasını, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını, eləcə də cavabdehlə yanaşı iddiaçının da birgə nikahdan olan uşağı saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, cavanbdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Biləsuvar rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(022)-694/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 170 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,49 misli miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə və dövlət rüsumunun çatışmayan hissəsinə münasib olaraq 30 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Biləsuvar rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(022)-694/2019 saylı qətnaməsi ilə X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. 05 mart 2011-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,49 (sıfır tam yüzdə qırx doqquz) misli miqdarında, sabit pul məbləğində aliment tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-328/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-328/2024
02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver