Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-340/2024 14.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və dəymiş ziyana görə yazılmış borcun abonent hesabından silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, "Azəriqaz" İB tərəfindən barəsində tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqında" xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və dəymiş ziyana görə hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altımış qəpik) manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərilmişdir ki, onunla "Azəriqaz" İB-yi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bir istehlakçı kimi həmişə təbii qazdan istifadə qaydalarına, mövcud müqavilə şərtlərinə uyğun istifadə etmişdir. 18.10.23-cü il tarixində qaz təsərrüfatı işçiləri ona məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış 10071994 nömrəli qaz sayğacını çıxararaq, müvafiq akt tərtib etmişlər. Sayğacın çıxarılması zamanı ******* saylı akt tərtib edilmiş və həmin aktda sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi qeyd edilmişdir. Qaz sayğacı çıxarıldıqdan bir müddət sonra Biləsuvar rayon Qaz idarəsindən ona bildirmişlər ki, “dövlət yoxlamasına aparılmış 10071994 nömrəli qaz sayğacına "Azəriqaz"İB-in Metrologiya Departamenti xx.xx.2023-cü il tarixdə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqda əzik-cızıq izlərinin olmasına, sayğacın istismara yararsız olmasına” dair rəy verilmişdir. Nəticədə "Azəriqaz" İB tərəfindən 6480 m3 qaz itkisi hesablanaraq ona 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində borc yazılmışdır. O, fərdi yaşayış evində yaşayır, pensiyaçıdır. İstehlak etdiyi qaz qış aylarında evin qızdırılması və yemək bişirilməsi, yayda isə yemək bişirilməsi üçün istifadə olunur. Qaydalara uyğun olaraq qaz sayğacları növbəti dövlət yoxlamasına istismar müddətini başa vurduqdan sonra göndərilir. 18.10.23-cü il tarixdə ona məxsus fərdi evin qaz sayğacı çıxarıldığı zaman oğlu iştirak etmiş və akta imza atmışdır. Əgər həmin vaxt qaz sayğacında hər hansı əzik və yaxud da deformasiya olsaydı, bu barədə həmin aktda qeyd və yaxud da məlumat yazılardı. Birmənalı olaraq tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməyib. Sayğacın dəyişilməsi zamanı plombların salamat olması bunun sübutudur. Cavabdeh olaraq qaz sayğacının əzilməsi isə onun təqsiri deyil və onun üçün heç bir məsuliyyət yarada bilməz. Çünki qaz sayğacı qaz işçiləri tərəfindən tam normal vəziyyətdə çıxarılaraq götürülmüşdür. Sonradan qaz sayğacının daşınması, yüklənməsi və boşaldılması zamanı qaz sayğacının əzilməsi üçün məsuliyyət və risk cavabdehin öz üzərinə düşür. Ərizəyə əlavə edilmiş abonentin saldosuna nəzər saldıqda onun hər ay mövsümə uyğun olaraq kifayət qədər qaz istehlak etdiyi və kifayət qədər ödənişlər həyata keçirdiyi görünür. Hal-hazırda "Azəriqaz" İB tərəfindən abonent hesabıma əsassız olaraq, 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində borc yazılmışdır. Hesab edir ki, bu qanunsuzdur. Sonda iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şıxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X2 rayonu Nərimankənd kəndində qeydiyyatdadır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Elistr tipli G-4 markalı 10071994 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Elestr tipli G-4 markalı 13725762 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqda əzik-cızıq izlərinin olmasına, sayğacın istismara yararsız olması müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 dekabr 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) 6480 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsi tərəfindən tərtib edilmiş 30 dekabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Elistr tipli G-4 markalı 10071994 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2023-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2023-cü il tarixli, 0404861saylı aktı ləğv edilməli, hesablanmış 777 manat 60 qəpik borc iddiaçının abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin, hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc İddiaçının abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-340/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-340/2024
14.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver