Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-343/2024 12.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X3 oğlunun katibliyi ilə, «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.630 manat, faiz borcu qismində 244 manat 50 qəpik, cərimə qismində 361 manat 08 qəpik, cəmi 2.235 manat 58 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 08 fevral 2024-cü il tarixdə «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.630 manat, faiz borcu qismində 244 manat 50 qəpik, cərimə qismində 361 manat 08 qəpik, cəmi 2.235 manat 58 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş bank qəbzindən görünür ki, 43 manat məbləğində ödənilmiş həmin qəbz iddiaçı tərəfindən deyil, iddiaçıya aidiyyatı barədə heç bir məlumat olmayan ünvan 1 ünvanında yaşayan X1 tərəfindən “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyətinin Cəlilabad rayon poçt filialında , təyinatı “əvvəlcədən ödəmə” qismində 43 manat məbləğində ödəniş edilməsi barədə qəbz əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş həmin qəbz iddiaçı «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə isə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.630 manat, faiz borcu qismində 244 manat 50 qəpik, cərimə qismində 361 manat 08 qəpik, cəmi 2.235 manat 58 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-343/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-343/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver