Məhkəmə qərarları › İş №2(022)-343/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-343/2025

14.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-343/2025 14.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hiiquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı əmlakın qeydiyyata alınması tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hiiquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, uzun illər istifadəsində olan və faktiki sahibliyinə nail olduğu, Biləsuvar rayonu Q.Həsənova adına Yerli İslahat Komissiyasının qərarı ilə ona satılmış rayonun “Böyük Cərcili” adlanan ərazisində yerləşən 0.45 ha torpaq sahəsinin və həmin sahə üzərində tikilmiş tarla düşərgəsinin dövlət reyestrində onun adına qeydə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Respublikada mövcud olan kolxoz və sovxozların fəaliyyətinə xitam verilmiş və buna müvafiq olaraq Respublika Əmlak Komitəsi də qərar qəbul etmişdir. Həmin fərman və qərarlar rəhbər tutularaq kolxozun əmlakı “əmlak payı” adı ilə kolxoz üzvlərinə verilməyə başlanmışdır. O, da uzun illər üzvü olduğu Qızqayıt Həsənova adına kolxozda mühasib işləmiş, 27 il bundan əvvəl daha doğrusu Q.Həsənova adına Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 6 saylı iclas qərarı ilə kolxozun “Böyük Cərcili” adlanan ərazisində yerləşən Q.Həsənova adına kolxoza məxsus mədəni stana (tarla düşərgəsinə) ******* manat (beş milyon on səkkiz min dörd yüz qırx manat) qiymət müəyyən edilərək ona satılmışdır. Bundan sonra X2 Komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-l nömrəli iclas qərarı ilə təsdiq edilmiş “əmlakdan pay haqqının verilməsi” barədə 101 nömrəli Akt olmuşdur. Beləliklə də o, həmin əmlakın dəyərini 06 avqust 1998ci il tarixdə 05 nömrəli qəbzlə 50810 saylı Bank hesabına köçürmüşdür. Daha sonra Respublikada bələdiyyələr yarandığına görə onunla Xırmandalı kənd bələdiyyəsi arasında 10 noyabr 2017-ci il tarixdə “Bələdiyyə torpaqlarının icarə müqaviləsi” bağlanaraq vaxtı ilə aldığı tarla düşərgəsinin yerləşdiyi 450 kv m. (0.45 ha) torpaq sahəsi onun istifadəsinə verilmiş və həmin müqavilə tərəflər arasında imzalanaraq təsdiq edilmişdir. Bu günə kimi o və bütün ailə üzvləri fasiləsiz olaraq həmin tarla düşərgəsindən və düşərgənin yerləşdiyi 0.45 ha torpaq sahəsindən faktiki istifadə edir və bu barədə heç bir idarə, müəssisə, təşkilat və ya konkret şəxslər tərəfindən narazılıq və etirazlar yoxdur, onlar həmin torpağa faktiki olaraq sahib olmuşlar. Hazırda o, yuxanda qeyd etdiyi həmin tarla düşərgəsinin və düşərgənin yerləşdiyi torpaq sahəsi ilə birgə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını istəyir. Bu barədə cavabdeh təşkilat olan 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin xx.xx.2024-cü il tarixli 3-28-3-44/2-Ə-01xxxx/2024 nömrəli məktubu ilə bundan imtina edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hiiquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli № 3-21-3-44/2-2-Ə- 1xx-xx/2024 saylı məktubundan görünür ki, İddiaçı Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən qeyri-yaşayış binasının torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olunmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. Qeyd olunan maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqinə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hiiquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı əmlakın qeydiyyata alınması tələbinə dair iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında baxılması istisna olunur. Ona görə də iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hiiquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı əmlakın qeydiyyata alınması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar