Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-347/2024 16.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc qismində 4.392 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 81 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borc qismində 4.392 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 81 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının təkrarən məhkəmənin çağırışlarına gəlmədiyini və özünün isə mülki işin mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 185.4 və 259.0.7-ci maddələrinə uyğun olaraq, baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı təkrarən məhkəmənin çağırışlarına gəlmədiyinə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin o, məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır və belə hallarda həmin Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələrini tətbiq edir. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər və ya iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci cağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı borc qismində 4.392 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 81 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.İddiaçı
Məhkəmə qərarları › İş №2(022)-347/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-347/2024
16.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver