Məhkəmə qərarları › İş №2(022)-354/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-354/2024

30.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-354/2024 30.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı təbii X3 pozulması haqqında ******* nömrəli, 28 fevral 2023- cü il tarixli aktın və həmin akt əsasında tərtib edilmiş 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və 4000 manat əsassız hesablanmış pulun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, təbii X3 pozulması haqqında tərtib olunmuş ******* nömrəli, 28 fevral 2023- cü il tarixli aktın və həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və 4000 manat əsassız hesablanmış pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İB-nin əməkdaşları məlumatı olmadan barəsində ******* nömrəli, 28 fevral 2023- cü il tarixli təbii X3 pozulması haqqında akt tərtib edərək göstərmişlər ki, guya baxış zamanı obonentin sayğacdan kənar qeyriqanuni qazdan istifadə edilməsi aşkar olunmuşdur.“Azərqaz” X4 X7 İdarəsinin rəisi tərfmdən təsdiq edilmiş «dəymiş ziyanın bərpasına dair» 28 fevral 2023-cü il tarixli tələbnamədən isə məlum olur ki, guya 34848 kub m. qaz itkisinə yol vermişdir. Hər iki sənəd qanunsuz və əsassızdır. Buna görə də hər iki sənəd etibarsız hesab edilməlidir. Cavabdeh təşkilatın mövqeyinə görə guya bunun üçün də o, əlavə olaraq 4000 manat pul ödəməlidir. Evinə gələn qazı cavabdeh təşkilat kəsdiyi onun barəsində tərtib edilmiş akta əsasən məcburiyyət üzündən cavabdeh təşkilata 2000 manat pul ödəmişdir. Qaz sayğacı Smart tipli olduğundan hər dəfə qazın sərfiyatına görə ödədiyi pulun yarısı əsassız hesablanmış pula görə tutulur. Beləliklə, əgər qaz sərfıyyatına görə 10 manat pul ödəyirsə, onun 5 manatı əsassız hesablanmış qaz sərfiyyatına görə pulun əvəzində tutulur. İradəsindən asılı olmayan səbəblər üzündən əsassız yerə pul ödəmək məcburiyyətindədir. Bu səbəbdən də məhkəməyə müraciət etməyə zərurət yaranmışdır.Həmin aktın yazılmasında və imzalnmasında iştirak etməmişdir. Ailə üzvlərindən də kiminsə bundan məlumat olmamışdır. Əməkdaşlar tərəfindən onun əvəzində akta əsassız olaraq imza olunmuşdur. "xxxx" İB-nin ziyanla bağlı tərtib edilmiş bütün sənədləri əsasszıdır. Çünki cavbdeh təşkilatın nümayəndələri hər ay qaz sayğacına baxış keçirib, aylıq sərfiyyatı çıxararaq ödənilməsi üçün ona bildiriş təqdim edirlər. Əgər sayğacdan kənar qeyri-qanuni qoşulma halları var idisə, əməkdaşlar onu görərdilər. Bildiyinə görə cavabdeh təşkilatın əməkdaşları qeyri-qanuni olaraq müəyyən obyektlərə qaz satırlar. Həmin boşluqları doldurmaq üçün onun kimi sadə insanları tovlayaraq onlara əsassız cərimələr yazır və qaz itkisini bu yolla bərpa edirlər. Bütün qeyd olunanlarla yanaşı, cavabdeh təşkilatın əməkdaşları “Qaz təchizatı haqqında” AR Qanunun tələblərinə bilərəkdən əməl etməməklə, qanunun tələbini kobud surətdə pozmuşlar. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" İB-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı Əzizov X5 rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi ünvanında yaşamaqla Lənkəran X7 İdarəsinin Biləsuvar Xidmət Sahəsində **********00350 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran RQİİ-nin Biləsuvar Xidmət Sahəsinin TQQ və SX-nin rəisi Sanbala Mirzəyev, Xırmandalı TV və SX-nin rəisi Camal Mirzəyev, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Afət Abbasov tərəfindən 28 fevral 2023-cü il tarixdə ünvan 1ndə yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X3 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Təbii X3 pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmışdir. (Disk əlavə olunur) Lənkəran X7 İdarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X3 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq 28 fevral 2023-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 34848 m3 olmaqla İddiaçı abonent hesabına 4181 manat 76 qəpik pul hesablanmışdır. Sonda cavabdehin nümayəndəsi təbii X3 pozulması haqqında ******* nömrəli, 28 fevral 2023- cü il tarixli aktın və bunun əsasında tərtib edilmiş 28 fevral 2023cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin etibarsız hesab edilməsi və əsassız hesablanmış pulun silinməsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" X1 X7 İdarəsinin “Təbii X3 pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" X1 X7 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə, hesabat aparılması və hesablanmış məbləğin (0.8 x 24x 180 = 3456, 0.8 x24x 120= 4608, 1.4 x 24 x 120 = 4032, 3.4 x 24 x 120 = 9792, 3 x24 x 120 = 8640, 1x24x180=4320= cəmi 34848m3 ) ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş video çəkilişdən də müəyyən olunur ki, İddiaçı təbii qazdan istifadə qaydalarını pozaraq təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı təbii X3 pozulması haqqında ******* nömrəli, 28 fevral 2023- cü il tarixli aktın və həmin akt əsasında tərtib edilmiş 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və 4000 manat əsassız hesablanmış pulun silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı təbii X3 pozulması haqqında ******* nömrəli, 28 fevral 2023- cü il tarixli aktın və həmin akt əsasında tərtib edilmiş 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və 4000 manat əsassız hesablanmış pulun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar