Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-356/2024 12.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzi qismində 1.744 manat, ziyan aktının alınması üçün ödənilmiş vəsaitin əvəzi qismində 135 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 12 fevral 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzi qismində 1.744 manat, ziyan aktının alınması üçün ödənilmiş vəsaitin əvəzi qismində 135 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclası 12 mart 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, Cavabdehla aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etmək barədə danışıq apardığını, əgər aralarında razılıq əldə olunmazsa, avtomobilin mülkiyyətçisi tərəfindən məhkəmədə iddia qaldırılacağını, buna görə də hazırda mülki işin mahiyyəti üzrə baxılmasını istəmədiyini və bununla əlaqədar Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin geri qaytarılmasına razı olduğunu bildirdi. Həmçinin tərəflər iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə iddiaçını və cavabdehi dinləyərək hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzi qismində 1.744 manat, ziyan aktının alınması üçün ödənilmiş vəsaitin əvəzi qismində 135 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-356/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-356/2024
12.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver