Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-360/2024 04.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi barədə iddiasına məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə barəsində tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış 1000 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə barəsində tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış 1000 manat borcun silinməsi barədə iddia ərizəsinə mahiyyəti üzrə baxılmadan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin barəmdə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə barəsində tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış 1000 manat borcun silinməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-360/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-360/2024
04.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver