Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-362/2025 10.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız yazılmış cərimənin silinməsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC tərəfindən onun **********41076 nömrəli abonent hesabına əsassız yazılmış 995.61 AZN cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Biləsuvar şəhərində yaşayır. Biləsuvar elektrik şəbəkəsinin **********41076 nömrəli abonentidir. İşıqdan həmişə sayğac vasitəsi ilə istifadə etmişdir. Heç vaxt kənar xətdən istifadə etməmişdir. Onların elektrik sayğacı 9-il əvvəl, yəni 2015-ci ildə quraşdırıldığından istismar müddəti bitdiyi üçün işıq idarəsinin işçiləri gəlib onu dəyişərək yeni sayğac qoymuşlar. Sayğacı dəyişən zaman da akt tərtib etmişlər. Həmin aktda da qeyd edilmişdir ki, EEİQ-na uyğun olaraq baxış keçirilən zaman məlum oldu ki, abonentə məxsus elektrik sayğacı köhnə tiplidir, istismar müddəti bitmişdir. Buna baxmayaraq həç bir səbəb olmadan ona 995.61 manat cərimə hesablamışlar. O, nə sayğaca müdaxilə etməmiş, nə də işıqdan qanunsuz istifadə etməmişdir.Əgər o, hər hansı qanun pozuntusu etmiş olsaydı, bu barədə aktda qeyd olunardı. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 995.61 manat cərimənin onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 20 oktyabr 2023-cü il tarixli R № 056052 saylı akta əsasən sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacı köhnə tiplidir, istismar müddəti keçmişdir.Naqilin en kəsiyinin ölçüsü 2,5 mm2 aliminium damarlı naqildir. EEİQ-na uyğun olaraq sayğac yenisi ilə əvəz edilməlidir. İş materiallarında olan Abunə haqqında abonentin **********41076 nömrəli abonent hesabından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 995.61 manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilmlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin hallarını və qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş **********41076 nömrəli abonent hesabına əsasən hesablanmış 995 manat 61 qəpik məbləğdə cərimə İddiaçı abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş **********41076 nömrəli abonent hesabına əsasən hesablanmış 995 (doqquz yüz doxsan beş) manat 61 (altmış bir) qəpik məbləğdə cərimə İddiaçı abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(022)-362/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-362/2025
10.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver