Məhkəmə qərarları › İş №2(022)-37/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-37/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-37/2024 25.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı “PSG Finans" BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “PSG Finans" BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2021-ci il tarixli, 2934 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, əsas borc məbləği 6.223,60 (altı min iki yüz iyirmi üç manat, altmış qəpik) AZN, kredit üzrə hesablanmış faiz məbləği 37,55 (otuz yeddi manat əlli beş qəpik) AZN, kredit üzrə gecikmiş borc məbləği 6.419,04 (altı min dörd yüz on doqquz manat dörd qəpik) AZN, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 4.776,85 (dörd min yeddi yüz yetmiş altı manat səksən beş qəpik) AZN olmaqla, cəmi 17.457,04 (on yeddi min dörd yüz əlli yeddi manat dörd qəpik) AZN məbləğdə kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 143 (bir yüz qırx üç) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin kredit öhdəliyinin təminatı məqsədilə yüklülüyü Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********01-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əşyanın açıq hərracda satılması və iddia tələbi üzrə borcun satışdan əldə edilən vəsait hesabına ödənilməsi, həmin daşınmaz əşya satıldıqdan sonra orada yaşayan və qeydiyyatda olan şəxslərin (ailə və qeyri-ailə üzvləri) 1 (bir) ay ərzində fiziki olaraq oradan çıxarılması və həmin şəxslərin pasport qeydiyyatlarına (istifadə hüququna) xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “PSG Finans" BOKT MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 26 aprel 2021-ci il tarixli, 2934 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 6.223,60 (altı min iki yüz iyirmi üç manat altmış qəpik) AZN əsas borcun, 37,55 (otuz yeddi manat əlli beş qəpik) AZN kredit üzrə hesablanmış faiz borcunun, kredit üzrə 6.419,04 (altı min dörd yüz on doqquz manat dörd qəpik) AZN gecikmiş borcun, 4.776,85 (dörd min yeddi yüz yetmiş altı manat səksən beş qəpik) AZN kredit üzrə gecikdirilmiş faiz borcu olmaqla, cəmi 17,457,04 (on yeddi min dörd yüz əlli yeddi manat dörd qəpik) AZN məbləğdə kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 143 (bir yüz qırx üç) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq birdəfəlik şəkildə İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********01-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 30.000 (otuz min) AZN məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, iddia tələbi üzrə tutma ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evinə yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh, X3, X1 və X2 həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və ipoteka predmeti olan həmin daşınmaz əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “PSG Finans" BOKT MMC ilə Cavabdeh arasında 26 aprel 2021-ci il tarixli, 2934 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik 24 (iyirmi dörd) % olmaqla, 15.000 (on beş min) AZN məbləğdə kredit verilmişdir. 26 aprel 2021-ci il tarixli, 2934 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində, iddiaçı “PSG Finans" BOKT MMC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında 26 aprel 2021-ci il tarixli, 2934 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evi ipoteka saxlayan iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********01-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, 2934 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir.Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 48 (qırx səkkiz) % olmaqla faiz hesablana bilər. Belə ki, Cavabdeh artıq 1 (bir) ildir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdir. İddiaçı "xxxx" BOKT MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, borc alan hələ də müqavilə üzrə öhdəliklərini icra etmir. 26 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 2934 saylı kredit müqaviləsi üzrə 6.223,60 (altı min iki yüz iyirmi üç manat altmış qəpik) AZN əsas borcu, 37,55 (otuz yeddi manat əlli beş qəpik) AZN kredit üzrə hesablanmış faiz borcu, 6419,04 (altı min dörd yüz on doqquz manat dörd qəpik) AZN kredit üzrə gecikmiş borcu, 4776,85 (dörd min yeddi yüz yetmiş altı manat səksən beş qəpik) AZN kredit üzrə gecikdirilmiş faiz borcu olmaqla, cəmi borcu 17.457,04 (on yeddi min dörd yüz əlli yeddi manat dörd qəpik) AZN təşkil edir. iddiaçı tərəfindən cavabdehə 18 may 2023-cü il tarixli, 33 nömrəli kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanmış, lakin buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o (nümayəndələri) məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında olan 26 aprel 2021-ci il tarixli, 2934 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 24 (iyirmi dörd) % olmaqla, 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli, 2934 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evini (**********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli Çıxarışa əsasən) ipoteka ilə yüklü etmiş və həmin müqavilənin 2.2-ci bəndindən görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmeti 30000 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2024-cü il tarixli 9/8875 saylı ekspett rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış, 26 aprel 2021-ci il tarixli, 2934 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə olan borcu ümumilikdə 16.923,14 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2023-cü il tarixə (sualda qeyd edilən tarixə) əsas kredit borcu 12.855,21 manat, faiz borcu 4.067,93 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1 maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh, digər tərəfdən isə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla 26 aprel 2021-ci il tarixli, 2934 saylı kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq Cavabdeh müqaviləyə əsasən kredit borcunun, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh 26 aprel 2021-ci il tarixli, 2934 saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı BOKT MMC ilə bağladığı 26 aprel 2021-ci il tarixli, 2934 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya ödənilməmiş əsas borcnun 12.855,21 manat, faiz borcunun 4.067,93 manat təşkil etməsi təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307-ci maddəsinə əsasən ipoteka müqaviləsi tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilən, ipotekanın predmetinin müqavilədə adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verilməklə müəyyənləşdirilən, dövlət qeydiyyatına alınmalı, ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməli, yazılı formada bağlanmalı, notariat qaydasında təsdiqlənməli olan yazılı öhdəlikdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminat üsulu kimi çıxış edən ipoteka müqaviləsi Azərbaycan Respublikası MM-in 307-ci maddəsinin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış və müqavilə ipoteka qoyan Cavabdeh iradə ifadəsinə zidd olmamış və onun tərəfindən imzlanmışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsin əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli, 2934 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılaşmasına əsasən 30000 (otuz min) manat müəyyən edilmişdir. Bununla da, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı BOKT MMC və Cavabdeh arasında bağlanmış 26 aprel 2021-ci il tarixli, 2934 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqaviləyə əsasən əsas borc olaraq 12.855,21 manat, faiz borcu olaraq 4.067,93 manat pul Cavabdeh İddiaçı BOKT MMC-nın xeyrinə tutulmalı, kredit müqaviləsi üzrə tələb Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evinə (**********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 30000 manat müəyyən edilməli və o, açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcu ödənilməli, borc ödənildikdən sonra artıq qalan məbləğ cavabdehə qaytarılmalı, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində həmin fərdi yaşayış evi boşaldılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 143 (bir yüz qırx üç) manat və ekspertiza tədqiqinin dəyərini təşkil edən 150 manat pul Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12.855 (on iki min səkkiz yüz əlli beş) manat 21 (iyirmi bir) qəpik əsas borc, 4.067 (dörd min altmış yeddi) manat 93 (doxsan üç) qəpik faiz borcu, cəmi 16,923,14 (on altı min doqquz yüz iyirmi üç manat, on dörd qəpik) manat pul və 143 (yüz qırx üç) manat dövlət rüsumu İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evinə (**********01- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilsin. ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evi açıq hərracda satılmaqla satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcu ödənilsin. Borc ödənildikdən sonra artıq qalan məbləğ cavabdehə qaytarılsın. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış evi boşaldılsın. Daşınmaz əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc ümumi icra qaydasında Cavabdeh tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqinin dəyərini təşkil edən 150 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5 qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar