Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-381/2025 11.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borca görə 4000 (dörd min) manat, o cümlədən dövlət rüsumuna görə 60 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 (qaynı arvadı) və onun oğlu Cavabdeh2 onun yanına gələrək evlərinin əsaslı təmirə böyük ehtiyacı olduğunu, bunun üçün zəruri pul lazım olduğunu, lakin banklardan kredit götürdükləri üçün onlara kredit verilmədiyini bildirib ondan kömək istəyərək onun adına kredit götürülməsini xahiş etmişlər. Şübhəsiz ki, o, Mehriban və onun oğlu Yaqubun bu təklifini qəbul etməmişdir. Çünki kənddə hamı onun ən kasıb ailələrdən biri olduğunu və dolanışığının çətin olduğunu bilirlər. O, da bu barədə Mehribana və oğlu Yaquba bildirmişdir. Çox söhbətdən sonra Mehriban və Yaqub kredit müqaviləsinin sadəcə olaraq onun adına olacağını, aylıq ödənişləri isə Qarabağ qazisi olan Cavabdeh2 ödəyəcəyini bildirmişlər. Hətta Mehriban əlavə olaraq bildirmişdir ki, Yaqub borcu ödəyə bilmədikdə lazım gələrsə özü də ödəyəcəkdir. O, hər hansı bir şərti qəbul etməmiş və onlar çıxıb getmişlər. X3 dəfələrlə onlara gəlib yalvardıqları üçün hesab etmişdir ki, qohumları olduqları üçün onu aldatmazlar. Xüsusən də Qazi olan Yaqub cibindən bank kartı çıxarıb ona göstərmiş, aylıq 800 manat aldığını demiş və heç narahat olmamasını bildirərək onu inandırmışlar. Beləliklə də o, razılıq vermiş, rayonda fəaliyyət göstərən Kapital Banka gedərək bir neçə sənədə imza etmiş və bankdan 4000 (dörd min) manat pul götürüb onlara vermişdir. Cavabdehlər altı ay ərzində banka hər ay 122 manat, cəmi 732 manat kredit ödəmişlər.Hazırda onların ona qalan borcu və bank borcuna görə 4000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2022ci ilin noyabr ayında Cavabdeh1 evinin təmiri məqsədi ilə ondan 4000 (dörd min) manat pul istədiyi üçün Kapital Bankdan 4000 manat kredit götürərək Mehribana vermişdir. Aralarında olan razılaşmaya əsasən banka olan kredit borcunu Cavabdeh1 və onun oğlu Cavabdeh2 ödəməli idi. İlk vaxtlar razılaşmaya əməl edərək kredit borcuna görə Cavabdeh2 beş ay, Cavabdeh1 isə bir ay olmaqla 122 manat banka ödənişlər etməklə cəmi 732 manat pul ödəmişlər. Ona görə də hazırda banka qalan borcunun və 4000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini qisnmən qəbul edərək bildirmişdir ki, o, 2022-ci ilin noyabr ayında İddiaçı ərini müalicı etdirmək məqsədi ilə 4000 manat borc pul almışdır.İddiaçı həmin pulu Kapital Bankdan götürərək ona vermişdir. Aralarlnda olan razılaşmaya əsasən həmin 4000 manat pulu Kapitalbanka o, ödəməli idi. O, altı ay hər ay 122 manat olmaqla borcundan ödəmişdir.Lakin sonradan maddi vəziyyəti çətin olduğuna görə banka olan borcunu ödəyə bilməmişdir. Ona görə də İddiaçı 01 noyabr 2024-cü il tarixdə borclu olması barədə qəbz yazaraq vermişdir.Lakin həmin qəbzdə qaynının deməsinə görə 3750 manat borcu olmasını qeyd etmişdir.Hazırda onun altı ay hər ay 122 manat ödənişləri nəzərə alınmaqla iddiaçıya 3268 manat borcu qalnışdır. Maddi vəziyyəti çətin olduğundan borcunu iddiaçıya ödəyə bilmir. Cavabdeh2 məhkəmə iclasında izahatında iddiaçıdan borc almadığını, ona görə də onunla iddiaçı arasında borcun ödənilməsi ilə bağlı hər hansı razılaşma olmadığını əsas gətirməklə iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyrək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 3750 manat borc olaraq pul aldığını və həmin pulu qaytaracağını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlərdən Cavabdeh1 2022-ci ilin noyabr ayında İddiaçı Kapital Bankdan 4000 manat kredit götürməklə ona borc olaraq verilməsini xahiş etmişdir. Aralarında olan razılaşmaya əsasən həmin kredit borcunun banka ödənilməsi Cavabdeh1 tərəfindən həyata keçirilməli olduğu halda, yalnız altı ay ərzində onun tərəfindən hər ay 122 manat hesabı ilə cəmi 732 manat banka ödəniş edilmişdir. İşin qeyd olunan hallarını tərəflər mübahisələndirmədiyindən işin mübahisəsiz halı olaraq müəyyən olunur. Məhkəmə işin qeyd olunan faktiki hallarına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tərəflər kredit borcunun cavabdeh tərəfindən ödəniləcəyi barədə razılaşma əldə etsələr də, kredit borcunun qatarılması Cavabdeh1 bank qarşısında deyil, İddiaçı qarşısında borcun qaytarılması öhdəliyini yaradır. Belə ki, Cavabdeh1 bankdan kredit götürməsi nə iş materialları, nə də tərəflərin izahatları ilə müəyyən olunmur. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları ilə müəyyən olunur ki, Cavabdeh1 tərəfindən banka altı ay ərzində hər ay 122 manat hesabı ilə cəmi 732 manat ödəniş edilmişdir. Ona görə də həmin ödənişlərin edilməsi iddiaçını həmin məbləğdə bank qarşısında kredit borcunun qaytarılması vəzifəsindən azad etdiyi üçün cavabdehin iddiaçıya olan cəmi borcu 3268 (üç min iki yüz altmış səkkiz) manat təşkil edir (4000-732=3268). İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh1 ilə yanaşı Cavabdeh2 4000 (dörd min) manat pulun qaytarılmasını tələb etsə də, iddiaçı istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 3268 (üç min iki yüz altmış səkkiz) manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X1 3268 (üç min iki yüz altmış səkkiz) manat pul və ödənilmiş dövlət rüsumuna görə 52 (əlli iki) manat 68 (altmış səkkiz) qəpik pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2(022)-381/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-381/2025
11.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver