Məhkəmə qərarları › İş №2(022)-408/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-408/2023

14.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-408/2023 14.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi və təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-606/2021 saylı qətnaməsinə əsasən 29 mart 2016-cı il tarixdə doğulmuş Uğur və 16 sentyabr 2016-cı il tarixdə doğulmuş Ofeliya adlı uşaqların saxlanılması üçün cavabdehdən uşağın hər biri üçün 90 manat məbləğində müəyyən olunmuş alimentin miqdarının hər ay hər uşağa 220 manat məbləğində müəyyən edilməklə dəyişdirilməsi, 09 dekabr 2022-ci il tarixdə doğulmuş Zəhra adlı uşağı üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-606/2021 saylı qətnaməsinə əsasən 29 mart 2016-cı il tarixdə doğulmuş Uğur və 16 sentyabr 2016-cı il tarixdə doğulmuş Ofeliya adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 90 manat Cavabdeh aliment tutularaq ona verilməsi qət edilmişdir. Sonradan cavabdehlə ailə münasibətləri bərpa olunduğundan 09 dekabr 2022-ci il tarixdə Zəhra adlı uşaqları da doğulmuşdur.Hazırda cavabdehlə münasibətləri pozulmuşdur. Özünün maddi vəziyyəti həddən artıq ağırdır.Hər ay cavabdeh tərəfindən verilən hər uşağa görə 90 manat pul vəsaiti uşaqların maddi tələbatını təmin etmir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Odur ki, Biləsuvar rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-606/2021 saylı qətnaməsinə əsasən 29 mart 2016-cı il tarixdə doğulmuş Uğur və 16 sentyabr 2016-cı il tarixdə doğulmuş Ofeliya adlı uşaqların saxlanılması üçün cavabdehdən uşağın hər biri üçün 90 manat məbləğində müəyyən olunmuş alimentin miqdarının hər ay hər uşağa 220 manat məbləğində müəyyən edilməklə dəyişdirilməsi, 09 dekabr 2022-ci il tarixdə doğulmuş Zəhra adlı uşağı üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(022)-606/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh oğundan İddiaçı xeyrinə 29 mart 2016-cı il tarixdə anadan olmuş X5 və 16 sentyabr 2017-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 90 manat, yəni minimum ayləq əmək haqqı məbləğinin 0,36 misli miqdarında, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı № 884368 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı ildə anadan olmuşdur. Həmin uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV seriyalı № 016707 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə anadan olmuşdur. Həmin uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV seriyalı № 805669 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə anadan olmuşdur. Həmin uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan X3 xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-00202 saylı arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının keçirilməsi ilə bağlı qabaqcadan poçt vasitəsilə xəbərdar edilmiş, lakin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı X3 keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində müdiasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 3 dekabr 2021-ci il tarixli 404-VİQ nömrəli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşaqların maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-606/2021 saylı qətnaməsinə əsasən Cavabdeh oğundan İddiaçı xeyrinə 29 mart 2016-cı il tarixdə anadan olmuş X5 və 16 sentyabr 2017-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 90 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,36 misli miqdarında, cəmi 180 manat tutulan alimentin həcmi artırılaraq 29 mart 2016-cı il tarixdə anadan olmuş X5 və 16 sentyabr 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 110 manat, cəmi ayda 220 manat miqdarında sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, həmçinin Cavabdeh oğundan 09 dekabr 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 110 manat aliment alınaraq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaysan Respublikası Qanunun 9.1-si maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən X3 keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində - 45 manat məbləğdə pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-606/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 29 mart 2016-cı il tarixdə anadan olmuş X5 və 16 sentyabr 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 110 (yüz on) manat, cəmi ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və 09 dekabr 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. 29 mart 2016-cı il tarixdə anadan olmuş X5 və 16 sentyabr 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 110 (yüz on) manat, cəmi ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan müəyyən edilsin. 09 dekabr 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması ərizə ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixdən müəyyən edilsin. Alimentin tutulması X7 aid hissədə dərhal icra edilsin. X3 keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar