Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-409/2025 24.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 034499 və 074012 nömrəli aktlara əsasən hesablanmış cərimələrin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun **********00436 saylı abonent koduna yazılmış 034499 nömrəli akta görə 496.57 AZN və 074012 nömrəli akta görə yazılmış 940.77 AZN olmaqla, ümumilikdə 1447.34 AZN cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar raayonunun Səmədabad kəndində yaşayır. Bu günlərdə ona məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçiləri onun barəsində 034499 və 074012 nömrəli aktlar yazaraq onu ümumilikdə 1447.34 AZN cərimə etmişlər. Həmin aktların yazılmasından xəbəri olmamış və onların nə səbəbə yazıldığı məlum deyildir. O, işıqdan həmişə sayğac vasitəsi ilə istifadə etmişdir. Heç bir kənar xəttdən istifadə etməmişdir. Həmin aktların nə səbəbə və hansı pozuntuya görə yazıldığı ona məlum deyildir. Aktlar yazılan zaman nə onun, nə də ailə üzvlərinin iştirakı təmin edilməməişdir. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 074012 nömrəli akta əsasən hesablanmış 496,57 manat və 034499 nömrəli akta əsasən hesablanmış 940,70 manat cərimənin onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məlumat vermədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 24 fevral 2018-ci il tarixli AKT R № 074012 saylı akta əsasən sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacı keçən yükü qeyd etmir və sayğacda yaranmış şübhəyə görə sayğacın labaratoriya şəraitində yoxlanılmasına zərurət yaranmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 13 mart 2018-ci il tarixli AKT 074012 saylı akta əsasən abonent kodu **********00436 olan iddiaçıya məxsus 3 fazalı sayğacın “B” və “C” fazalarının gərginlik vintləri açıq olduğundan sayğac həmin fazalardan keçən elektrik enerjisini qeyd etmir. Witr=1.496 kvt x 24 saat x (0.7) x 210 gün= 5277.89 kvt.s, Witr=2100 kvt.s x 0.07 = 147 m. Witr=3177.89 kvt.s x 0.11 = 349.57 m.cəmi 496.57 manat. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM AKT 034499 saylı akta əsasən abonent kodu **********00436 olan iddiaçıya məxsus elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, “B” fazasının gərginlik naqili kəsilmişdir.Bu səbəbdəın xəta faizləri az sərfiyyat hesablayır. Sayğac istismara yararsızdır. (1.8 kvt-0,2 kvt) x (0,7) x 24 saat x 300 gün = 8064 kvts tarif (0,08 man)- 1151 kvts x 0,08 = 92 man. Tarif (0,09 man) – 1000 kvts x 0,09 = 90 man. Tarif (0,13 man) – 5913 kvts x 0,13 = 768.70 man.cəmi:-940.70 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilmlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus elektrik sayğacının nasaz vəziyyətdə olması və qeyd olunan səbəbdən sayğacdan keçən elektrik enerjisini qeyd etməməsi halı müəyyən edilmişdir. Lakin iddiaçının hər hansı təqsirli hərəkəti səbəbindən elektrik sayğacında nasazlığın baş verməsi və həmin səbəbdən də "xxxx" Açıq Səhmdar Cəmiyyətinə zərər vurulması iş materialları ilə müəyyən edilmir. Məhkəmə işin qeyd olunan hallarını, habelə maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 034499 nömrəli akta görə 496.57 AZN və 074012 nömrəli akta görə yazılmış 940.77 AZN olmaqla, ümumilikdə 1447.34 AZN cərimə İddiaçı abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 034499 nömrəli akta əsasən hesablanmış 496.57 (dörd yüz doxsan altı AZN ) 57 (əlli yeddi) qəpik və 074012 nömrəli akta əsasən hesablanmış 940.77 (doqquz yüz qırx) AZN 70 (yetmiş) qəpik, ümumilikdə 1447.34 AZN cərimə İddiaçı abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(022)-409/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-409/2025
24.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver