Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-421/2023 15.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Мəhdud Мəsuliyyətli Ъəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Мəhdud Мəsuliyyətli Ъəmiyyəti Cavabdeh qarşı иддиа яризяси иля мящкямяйя мцраъият едяряк "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00329215 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 3416 (üç min dörd yüz on altı) manat, gecikdirilmiş hər günə görə hesablanmış 450 (dörd yüz əlli) manat faiz olmaqla, ümumilikdə 3866 (üç min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 (əlli doqquz) manat 06 (sıfır altı) qəpik məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə гятнамя гябул едилмясини хащиш етмишдир. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 00329215 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında alıcıya "xxxx" MMC tərəfindən müqavilədə qeyd olunan mal satılmışdır. Alıcı Cavabdeh isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödəniuşləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür.Lakin, cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozaraq, мцяййян едилмиш юдяниш тарихляриня уйьун гайдада юдяниш етмямиш, ödəniş etməkdən yayınmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişdir, Belə ki, satıcı ilə alıcı arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn ümumi 7625 manat məbləğdən bu günə qədər cavabdeh 4209 manat ödəniş etmiş və hal-hazırda 3416 manat məbləğdə borcu qalmışdır.Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış nisyə alqı-satqı мüqaviləsinin 6.2-ci bəndinə əsasən (alıcı ödəmələrin həyata keçirilməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1%-i məhsula əlavə qiymət hesablanır). Odur ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 00329215 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 3416 (üç min dörd yüz on altı) manat, gecikdirilmiş 450 (dörd yüz əlli) manat faiz olmaqla, ümumilikdə 3866 (üç min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 (əlli doqquz) manat 06 (sıfır altı) qəpik məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 13 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh məhkəmə bildirişlərinin göndərilmə tarixindən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti və Cavabdeh arasında bağlanmış 00329215 saylı xx.xx.2021-ci il tarixli нisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" məhdud məsuliyyətli cəmiyyəti 7625 manat məbləğdə malı cavabdehə nisyə satmış, sonuncu isə ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin alqı-satqı müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 00329215 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borc qismində 3416 (üç min dörd yüz on altı) manat, gecikdirilmiş hər günə görə hesablanmış 450 (dörd yüz əlli) manat faiz olmaqla, ümumilikdə 3866 (üç min səkkiz yüz altmış altı) manat məbləğ təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 00329215 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə 3866 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Щямин Мяъяллянин 600.1-ъи маддясиня ясасян аlğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Щямин Мяъяллянин 600.4-ъц маддясиня ясасян яşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 00329215 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ümumilikdə ödənilməmiş borc qismində 3866 manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 59 manat 06 qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə ümumilikdə borc qismində 3416 (üç min dörd yüz on altı) manat, hesablanmış 450 (dörd yüz əlli) manat faiz olmaqla, ümumilikdə 3866 (üç min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 (əlli doqquz) manat 06 (sıfır altı) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №2(022)-421/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-421/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver