Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-424/2024 21.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh İsgəndəroviçin iştirakı ilə, İddiaçı Cavabdeh İsgəndəroviçə qarşı ödənilməmiş borcun əvəzi qismində 1.800 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əliyev X1 Elçin İsgəndəroviçə qarşı ödənilməmiş borcun əvəzi qismində 1.800 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh İsgəndəroviç oğlunu uzun müddətdir ki, tanıyır və həmin şəxslə onun münasibətləri həmişə yaxşı olmuşdur. Cavabdeh dəfələrlə onun Biləsuvar şəhərində yerləşən mağazasına gələrək, ondan həm nağd, həm də nisyə şəkildə mal almış, ondan müxtəlif vaxtlarda borc almış, lakin cavabdeh ona olan bütün borcunu tam vaxtında qaytarmışdır. Sonuncu dəfə Cavabdeh 24 iyun 2022-ci il tarixdə ona məxsus mağazaya gələrək, ondan ailəsində baş tutacaq xeyir işi ilə əlaqədar 3.000 manat məbləğində borc istəmişdir. O, Cavabdeh həmin məbləğdə pul vəsaitini qısa müddət ərzində qaytarmaq şərti ilə cavabdehə borc kimi vermiş və sonuncu da borcun etirafına dair qəbz yazaraq ona təqdim etmişdir. Həmin qəbzə görə cavabdeh ona olan borcunu işi həll olunduqdan sonra dərhal qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh ona olan borcundan cəmi 1.200 manat ödəniş etmiş, borcunun qalan hissəsini hazırki tarixədək müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Belə ki, cavabdeh işdən çıxdıqdan sonra o, həmin şəxsdən ona olan borcunu ödəməsini tələb etmiş və Cavabdeh ona borcundan hər ay hissə-hissə olmaqla, 100 manat ödənişlər edəcəyini vəd etsə də, sonuncu hazırki tarixədək ona olan 1800 manat məbləğində qalıq borcundan heç bir ödəniş etməmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün 38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş borc qismində 1.800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İsgəndəroviç oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, əvvəllər Biləsuvar rayonu, Muğankənd kəndində N saylı hərbi hissədə maddi texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləmiş vəə onun orta aylıq əmək haqqı təxminən 700 manat olmuşdur. O, İddiaçı uzun müddətdir ki, tanıyır və həmin şəxslə aralarında olan münasibətləri normal olmuşdur. O, iddiaçıdan dəfələrlə müxtəlif məbləğlərdə borc pul vəsaitləri almışdır. Belə ki, o, əvvəlcə İddiaçı 300 manat, daha sonra isə 600 manat pul borc almışdır. İddiaçı isə həmin pul vəsaitlərini ona faizlə - 300 manata görə 600 manat, 600 manata görə 1.200 manat borclu olması barədə qəbz yazıdırmaqla, borc vermişdir. O, cavabdehdən 600 manat məbləğində aldığı borcun faizlərini qaytarsa da, əsas borcunu İddiaçı qaytara bilməmişdir. Bundan sonra o, hələ Biləsuvar rayonu, Muğankənd kəndində N saylı hərbi hissədə maddi texniki təchizat şöbəsinin rəisi vəzifəsində işlədiyi vaxt iddiaçıdan təkrarən 300 manat borc almaq istəmiş, lakin İddiaçı ondan sonuncu aldığı 600 manat borcun əsas məbləğini ödəməyi ondan tələb etmişdir. Lakin sonradan İddiaçı ona borc kimi 300 manat pulu verəcəyini bildirmişdir. Həmin vaxt iddiaçı ondan yazılı qəbz tərtib edərək, orada ondan aldığı borc məbləği qismində 3.000 manat aldığını qeyd etməsini xahiş etmişdir. O isə ehtiyacı olduğuna görə iddiaçının təklifi ilə razılaşmış və 24 iyun 2022-ci il tarixdə özünün öz xətti ilə yazıb tərtib etdiyi yazılı qəbzdə iddiaçıdan aldığı borc məbləğini 3.000 manat kimi qeyd etmişdir. Bundan sonra o, hazırda rekvizitlərini xatırlamadığı əmək haqqı kartını İddiaçı təqdim etmişdir. İddiaçı həmin bank kartından hər ay onun maaşını məxaric etdikdən sonra, 75 manatını özünə götürmüş, qalan 625 manat pulu ona vermişdir. O, işdən çıxdıqdan sonra sonuncu haqqhesab kimi aldığı vəsaitdən İddiaçı daha 300 manat pul vermişdir. Sonradan isə o, işdən çıxdığı üçün iddiaçıya heç bir pul vəsaiti verməmişdir. İddiaçı ondan aldığı borcun faizini qaytarmağı tələb etdiyini görə o, İddiaçı borcun faizləri qismində hər ay hissə-hissə 100 manat olmaqla ödəyəcəyini vəd etsə də, sonradan həmin şəxsə heç bir ödəniş etməmişdir. O, Bakı şəhərində mağazada hazırda satıcı kimi çalışır və gəliri də o qədər də yüksək deyil. O, iddiaçıdan aldığı bütün borclarını həmin şəxsə tam geri qaytarmışdır və onun hazırda İddiaçı heç bir borcu yoxdur. Lakin onun iddiaçıdan 3.000 manat deyil, daha az məbləğdə pul vəsaiti aldığını və həmin borcunu tam qaytardağını təsdiq edəcək hər hansı şahidi və ya başqa sübutu yoxdur. Sonda, Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dnləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İsgəndəroviç adından tərtib edilmiş 24 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 24 iyun 2022-ci il tarixdə 3.000 manat işini həll etdikdən dərhal sonra qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Mülki işin məhkəmə baxışı zamanı verdiyi izahatında Cavabdeh iş materiallarında olan 24 iyun 2022-ci il tarixli yazılı qəbzin onun tərəfindən yazılıb imzalandığını etiraf etsə də, iddiaçıdan faktiki olaraq 3.000 manat deyil, daha az məbləğdə pul vəsaiti aldığını bildirməklə yanaşı iddiaçıdan 3.000 manatdan az məbləğdə pul vəsaiti aldığını təsdiq edəcək hər hansı şahidi və ya başqa sübutu olmadığını göstərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 24 iyun 2022-ci il tarixdə iddiaçıdan 3.000 manat məbləğində pul vəsaitini borc almış və həmin tarixdə iddiaçıya borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Lakin cavabdeh nəinki həmin borcu və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla belə İddiaçı cavabdehin ona olan borcunun 1.200 manat məbləğində hissəsini vicdanlı şəkildə etiraf edərək, həmin şəxsin hazırda ona cəmi 1.800 manat borclu qaldığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, ödənilməmiş borcun əvəzi qismində 1.800 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 38 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İsgəndəroviçdən ödənilməmiş borcun əvəzi qismində 1.800 (bir min səkkiz yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 38 (otuz səkkiz) manat, cəmi 1.838 (bir min səkkiz yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri İddiaçı
Məhkəmə qərarları › İş №2(022)-424/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-424/2024
21.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver