Məhkəmə qərarları › İş №2(022)-431/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-431/2024

14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-431/2024 14.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil X2, Cavabdeh nümayəndəsi vəkil X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 4930 manat və dövlət rüsumuna görə ödədiyi 70 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu Günəşli kəndində yaşayır. Mülkiyyətində olan torpaq sahəsində pomidor məhsulu əkib, yetişdirib satmaqla məşğuldur. 2023-cü ildə yenə də torpaq sahəsində pomidor əkmişdir. Həmkəndlisi Cavabdeh 2023-cü ilin oktyabr ayında yanına gəlib sahəsinə baxaraq sahədəki pomidorları alacağını bildirmişdir. Pomidor məhsulu qutu ilə satıldığından hər pomidor qutusunun 30 manatdan alqı-satqısı barədə razılaşmışlar. 2023-cü ilin oktyabr ayının 9dan cavabdeh 3-4 gün ərzində onun sahəsindən 186 qutu pomidoru nisyə alaraq aparmışdır. Belə ki, 121 ədəd qutuda olan pomidoru hər bir qutusunun 30 manatdan pulunun ödənilməsi barədə razılaşmışlar. 65 qutu pomidoru isə hər qutusunu 20 manatdan razılaşmışlar. Belə ki, qiymət fərqi pomidorların ölçüsü ilə əlaqədar olmuşdur. Cavabdehə verdiyi pomidorların ümumi dəyəri 4930 manat təşkil edir. Dəfələrlə cavabdehdən nisyə verdiyi pomidorun pulunu tələb etsə də verməmişdir. Dəfələrlə cavabdehdən nisyə verdiyi pomidorun pulunu istəsə də cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Məcburiyyət qarşısında qalıb Biləsuvar RPŞ-nə müraciət etmişdir. Polis şöbəsində cavabdeh ondan 121 qutu pomidor, hər bir qutusu 30 manatdan olmaqla, 65 qutu isə hər bir qutusu 20 manatdan olmaqla cəmi 186 qutu pamidoru nisyə aldığını etiraf etmişdir. Lakin cavabdeh pomidoru başqa rayonlara aparıb satarkən pamidorun xarab olması səbəbindən ucuz satdığını və ziyana düşdüyünə görə pomidorun razılaşdıqları dəyərini verə bilmədiyini göstərmişdir. Sonda iddiaçı Cavabdeh 4930 manat və dövlət rüsumuna görə ödədiyi 70 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi vəkil X5 izahatlarında iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi vəkil X7 izahatında göstərmişdir ki, İddiaçı cavabdehə qarşı 4930 manat və dövlət rüsumuna görə 70 manat məbləğində pul tələbinə dair iddiasını qəbul etmir. Belə ki, cavabdeh neçə illərdir ki, Cavidlə pomidor alveri edir. Aralarında inam və etibar olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıdan 3120 manat dəyərində pomidor məhsulu almış və bu işlə həmişə məşğul olan şəxs kimi Kürdəmirdə yaşayan daimi müştərilərinə aparmışdır. Orada pomidoru qəbul edən vaxt qutulara baxılmış və boşaldılmışdır. Məlum olmuşdur ki, podidor qutularının üst hissəsinə saf pomidorlar, lakin alt hissəsinə isə soyuq vurmuş vəziyyətdə olan pomidorlar yığılmışdır. Yəni satışa yararlı deyildir. Bu səbəbdən müştəri həmin pomidorları almaqdan imtina etmişdir. O da həmin pomidorları geri Biləsuvar rayonuna gətirib Cavidə təhvil vermişdir. Cavid cavabdehə bununla bağlı bir söz deməmişdir. Həmin pomidorları orada olan fəhlələr X1 və Ramil adlı şəxslər qutulardan boşaltmışlar. Daha sonra həmin pomidorların saflarını fəhlələr 4 nəfər olmaqla seçmişlər. Həmin vaxt orada olan şəxslərdən Raqif, Süleyman, Allahyar, Rövşən bu pomidorlardan qismən yararlı olanlarını almışlar. Nəticədə pomidorların satışından 660 manat pul əldə olunmuşdur.Həmin puldan 285 manatını cavabdeh yol və fəhlə pulu kimi çıxmışdır. Həmin pomidorların böyük hissəsini isə tomat üçün Rövşən, Şaban, İsmayıl və orada olan fəhlələr götürmüşlər. Yerdə qalan isə şor kanalına tölkülmüşdür. Bütün bu işlər Cavidin yanında özünün iştirakı ilə olmuşdur. Odur ki, cavabdehin İddiaçı heç bir borcu yoxdur. Amma əksinə cavabdehin və Cavidin tanıdığı həmişə pomidor alan Masalı rayon sakini Azər və Orxan bu işdən bir gün qabaq Caviddən pomidor alarkən pullarından 1500 manat çatmamış, bu barədə Cavid ona zəng edərək demişdir. Cavabdeh də onların əvəzində Cavidə 1500 manat pul vermişdir.Bundan başqa, Canalı adlı Masallı rayon sakini eyni qaydada pomidor alarkən onun da çatmayan 900 manat pulunu cavabdeh Cavidə ödəmişdir.Onlar Caviddən aldıqları pomidorun xarab olmasını səhəri günü ona demişlər.Cavabdeh həmin vaxt Kürdəmir rayonundan artıq geri qayıtmışdır. Azər, Orxan, Canalı adlı şəxslər cavabdehin yanında almış olduqları pomidorları Cavidə qaytarmışlar. Belə olan halda geri qayıdan pomidorların pulunu qeyd etdiyi kimi cavabdeh ödəmişdir. Lakin Cavid malını geri alsa da cavabdehin ona həmin şəxslərin əvəzində verdiyi 1500 və 900 manat olmaqla cəmi 2400 manat pulu ona qaytarmamışdır. Bu səbəbdən aralarında münasibətlər pozulmuşdur.Hazırda Cavidin cavabdehə 2400 manat borcu vardır. Odur ki, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Cavabdeh yanında fəhlə işləyir. 2023-cü ilin oktyabr ayında Qadir ona demişdir ki, Cavidin pamidor sahəsinə gedib, orada pamidor yeşiklərini yoxlamaqla hazır vəziyyətə gətirsin. Ona görə də o, Cavidin pamidor sahəsinə gedib pamidor dolu yeşikləri maşına yükləmişdir. Bildiyinə görə pamidoru Qadir Kürdəmirə satmaq üçün aparırdı. Növbəti gün Qadir ona zəng vuraraq bildirmişdir ki, pamidor yeşikləri geri qaytarılıb, ona görə də həmin pomidorları gedib yenidən yeşiklərə doldurmaq üçün onu çağırmışdır. O da yolun qırağında olan tanımadığı uşaqlarla pomidorları gedib yenidən yeşiklərə doldurmuşdur. Həmin vaxt Cavid də orada olmuşdur. Daha sonra yeşiklərdə olan xarab pomidorların bir hissəsini yerə boşaldaraq Cavidin pomodor sahəsindən yığılmış saf pomidorları yeşiklərə doldurmuşlar. Belə ki, pomodor yığılmış yeşiklər yarımçıq olduğu, yəni dolmadığı üçün yenidən Cavidin sahəsinə gedib Cavidin sahəsindən pomidor yığıb yeşiklərə doldurmuşlar. Həmin pomidor yeşiklərini Qadir tanımadığı bir şəxsə satmışdır. Növbəti gün pomidoru alan həmin şəxs pomidor yeşiklərini geri qaytarmışdır. Qadir həmin pomidorları ayrı-ayrı adamlara yeşiklərdə satmışdır. İkinci dəfə pomidorlar qayıdarkən Cavid orada olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş Biləsuvar RPŞ-nin müstəntiqi, polis kapitanı X3 HK- 1/2318 saylı yoxlama materialı üzrə «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, o, özü əkin sahələrindən pomidor götürür və müxtəlif rayonlara satır, eyni zamanda özü də pomidor əkir. 09 oktyabr 2023-cü il tarixdə o, Biləsuvar rayon, Günəşli kənd sakini İddiaçı əkin sahəsindən bir ədədi 30 (otuz) manat pul müqabilində 121 ədəd qutu, səhəri günü isə bir ədədi 20 manat olmaqla 65 ədəd qutu pomidor almış və qazellə 121 qutunu Kürdəmir rayonuna aparmışdır. O, pomidorları götürən zaman İddiaçı pul verməmişdir. Həmin pomidorlara Kürdəmir rayonunda alan şəxslər baxan zaman müəyyən qutuların üst hissəsinə yaxşı pomidorları düzmələri, alt hisəssinə isə xarab pomidorları yığmaları müəyyən edilmişdir. O da həmin pomidorları Biləsuvar rayonuna qaytarmış və İddiaçı də məlumat vermiş və yanına çağırmışdır. O, İddiaçı pomidorları təqdim edərək xarab olmaları barədə məlumat vermişdir. Bundan sonra o, Biləsuvar rayonunda müxtəlif şəxslərə həmin məhsulu təqdim etmiş və satmaq istədiyini bildirmişdir. Həmin vaxt İddiaçı də onun yanında olmuşdur. O, 12 ədəd qutunu 100 manat müqabilində satmış, ümumilikdə 121 ədəd qutu pomidor məhsulunu 660 manat pula satmışdır. Həmin pulun 285 (iki yüz səksən beş) manat pulunu o, Kürdəmir rayonuna getmək üçün xərcləmiş, buna görə də o, həmin pulu özü götürmüşdür. O, Caviddən aldığı 65 ədəd qutunu baha qiymətə sata bilməmiş və bir ədədini aldığı qiymətə satmış və 1040 manat pul əldə olunmuşdur, 121 ədəd qutunun isə 3120 manat qiyməti təşkil etmiş, lakin o, sonuncu qutuları sataraq 660 manat pul çıxarmış, buna görə də o, Cavidin pulunu verə bilməmişdir. Bütün bu məsələlərə görə Cavidə 4260 (dörd min iki yüz altmış) manat pul verməli imiş, həmin pulun 900 manatını nağd şəkildə o, əkin sahəsində Cavidə vermiş, lakin 3360 (üç min üç yüz altmış) manat pulu verməmiş, buna səbəb həmin məhsulun xarab olması olmuşdur. O, Caviddən bir ədədi 30 manat olmaqla 104 qutu iri pomidor məhsulu, daha sonra isə bir ədədi 20 manat olmaqla 39 qutu iri pomidor və bir ədədi 10 manat olmaqla 26 qutu xırda pomidor məhsulu almış, lakin həmin məhsul ümumilikdə təxminən 2000 manata yaxın pul çıxarmış, buna görə də o, Cavidin pulunu verə bilməmiş, eyni zamanda əvvəlcədən Cavidə pomidora görə də ödədiyi bir dəfə 900_manat, bir dəfə də 700 manat pul verdiyi üçün həmin pulları əsas puldan çıxır, qalan hissəsini isə xarab məhsul olduğu üçün pulu verməmişdir. İşin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 2023-cü ilin oktyabr ayı 4260 manat dəyərində pomidor məhsulunu nisyə olaraq almışdır. Cavabdeh 4260 manat dəyərində pomidor məhsulunu cavabdehdən nisyə olaraq almasını göstərsə də, daha sonra həmin məhsun xarab məhsul olması səbəbindən sata bilmədiyini, ona görə də iddiaçıya nisyə aldığı pomidor məhsuluna görə ödənilməli olan pulu ödəyə bilmədiyini göstərmişdir. Lakin şahid ifadəsi və iş materiallı ilə müəyyən olunur ki, cavabdeh tərəfindən alınmış pomidor məhsulunun geri qaytarılması göstərilsə də, İddiaçı pomidor sahəsində qaytarılmış pomidor məhsulu yenidən toplanılaraq Cavabdeh təhvil verilmiş, lakin həmin məhsula görə onlar arasında hər hansı başqa razılaşma olmamışdır. Cavabdeh aldığı pomidor məhsuluna görə ilkin olaraq iddiaçıya 900 manat, daha sonra 700 manat ödəniş etdiyni göstrsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi cavabdeh iddiaçının pul tələbinə qarşı etirazını əsaslandıran məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini, şahidi dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavbadeh Cavabdeh 4260 (dörd min iki yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 4260 (dörd min iki yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 60 (altmış) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar