Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-433/2024 25.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürsonunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borclu olduğu 12.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borclu olduğu 12.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı hazırda xarici ölkədə - Almaniya Federativ Respublikasında yaşadığı üçün ona məhkəmədə təmsil edilməsi məqsədi ilə ona etibarnamə vermiş və onunla hüquqi yardımın göstərilməsi barədə müqavilə imzalamışdır. Belə ki, Cavabdeh 05 ay 2021-ci il tarixda iddiaçıdan 12.000 manat pul vəsaitini borc istəmişdir. İddiaçı həmin tarixdə Cavabdeh qısa müddət ərzində qaytarması şərti ilə 12.000 manat məbləğində pul vəsaitini borc vermişdir. İddiaçı həmin vaxt borcun etirafına dair qəbz yazaraq iddiaçıya təqdim etmişdir. Həmin qəbzə görə cavabdeh iddiaçıya olan borcunu hər ay 500 manat olmaqla, hissə-hissə qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh İddiaçı olan borcunu hazırki tarixədək müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair iddiaçının və sonuncunun ailə üzvlərinin tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Buna görə də İddiaçı cavabdehdən həmin pul vəsaitinin məcburi qaydada alınması məqəsdi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, 23 may 2023-cü il tarixdə iddiaçı eyni predmet barəsində Cavabdeh qarşı məhkəmədə iddia qaldırsa da, həmin iddia ərizəsi məhkəmənin 19 sentyabr 2023-cü il traixli qərardadı ilə baxılmamış saxlanmışdır. Buna görə də o, iddiaçının adından iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət etmişdir. Sonda, Nümayəndə iddianın təmin edilərək, ödənilməmiş borcun əvəzi qismində 12.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, o, Biləsuvar şəhəri,, S.Vurğun küçəsində yerləşən 123 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, ali təhsillidir və Biləsuvar şəhəri ərazisində özünəməxsus həyətində kosmetoloq kimi çalışır. O, İddiaçı ilə 10 ilə yaxındır ki, dostluq etmiş və onlar arasında münasbətləri mehriban olmuşdur. O, 2020-ci ilin dekabr ayında “Finca Azərbaycan” qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsindən kredit götürmüş və 2021-ci ilin yanvar və fevral aylarında aylıq cədvəl üzrə kredit ödənişlərini icra etmişdir, lakin “Covid 19” pandemiyası başladığına görə dövlət tərəfindən onun fəaliyyətinə müvafiq məhdudiyyətlər tətbiq edilmişdir, buna görə də o, 2021-ci ilin mart ayından sonra “Finca Azərbaycan” qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinə kredit borcundan heç bir ödəniş edə bilməmişdir. O, həmin vaxt Azərbaycan Respublikasının birinci vitse-prezidentinə kredit ödənişləri üzrə ona güzəşt edilməsi ilə bağlı müraciət etmiş, həmin müraciətinə cavab olaraq “Finca Azərbaycan” qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi ona bir neçə ay güzəşt tətbiq etmişdir. Həmin vaxta qədər onun kredit tarixçəsində heç bir gecikmə günləri olmamışdır. 2021-ci ilin əvvəllərində o, öz iş yerində olduğu vaxt İddiaçı onun yanına gəlmişdir. O, həmin vaxt bikef vəziyyətdə olduğu üçün həmin şəxs onun vəziyyəti ilə maraqlanmışdır. O, İddiaçı maddi cəhətdən sıxıntılı vəziyyətdə olduğunu bildirdikdən sonra iddiaçı ona kömək edə biləcəyini bidlirmişdir. Belə ki, İddiaçı Biləsuvar rayonu ərazisində imkanlı bir ailə olduğunu və qısa müddət ərzində qaytarmaq şərti ilə müxtəlif məbləğlərdə borclar verə bildiyini bildirmişdir. İddiaçı həmin ailənin yalnız onu tanıdığını bildirərək, öz adından borc pul götürüb, ona verməyi təklif etmişdir. O, iddiaçının təklifi ilə razılaşmışdır. Daha sonra İddiaçı ona hissə-hissə 300 və 400 manat, cəmi 700 manat məbləğində pul verərək, həmin vəsaiti Leyla adlı şəxsdən aylıq 150 manat faiz ödəmək şərti ilə borc aldığını ona söyləmişdir. Yəni o, borc aldığı hər 100 manata görə aylıq 15 manat məbləğində əlavə pul ödəməli idi. Həmin ərəfələrdə isə onun atası və anası ağır vəziyyətdə olmuşdur və o daha da çətin vəziyyətə düşmüşdür. Daha sonra isə İddiaçı onun yanına gələrək, borc pula aldığı Leyla adlı şəxsin onkoloji xəstə olduğu üçün öldüyünü, sonuncunun qardaşlarının isə pulu tələb etdiyini bildirmiş və ondan borcunu dərhal qaytarmasını tələb etmişdir. O, həmin vaxt pulu olmadığını cavabdehə bildirmişdir. Daha sonra İddiaçı 700 manat pulu başqasından borc alıb mərhummun qardaşlarına verdiyini və artıq günlük olaraq faizi üzərinə hesablandığını, yəni hər gün əlavə olaraq 70 manat hesablandığını ona bildirmişdir. O, İddiaçı dediklərini anlamamış və buna görə də həmin şəxslə görüşmək istəmişdir. Lakin pandemiya dövrü olduğuna görə İddiaçı onun yanına gəlməmişdir. İddiaçı sonradan ona bildirmişdir ki, artıq onun aldığı pul günlük 70 manat üzərinə gəlməklə hesablanır və ödənilməmiş borcu 2.100 manatadək yüksəlmişdir. Həmin vaxt İddiaçı ondan borcunu qaytarmasını tələb etsə də, o, hazırda o qədər pulu olmadığını həmin şəxsə bildirmişdir. Sonradan İddiaçı 2.000 manat pulu Validə adlı şəxsdən alıb, borcverənə verdiyini, buna görə də artıq günlük 200-300 manat əlavə faiz hesablandığı üçün onun borcunun üzərinə 1 ay ərzində 700 manat faiz gəldiyini, buna görə də ödənilməmiş borcunun artıq 8.000 manat məbləğinə çatdığını demişdir. O, iddiaçının anası Aidə xanımla və Peşə məktəbinin direktoru olan bacısı Nərminlə əlaqə saxlayıb, problemi bildirsə də, həmin şəxslər ona İddiaçı borc aldığı şəxslərin mafya olduqlarını bildirmiş və onlara olan borcunu qaytarmasını tələb etmişdir. Həmçinin həmin şəxslər ona cavabdehin borc aldığı şəxs barədə heç bir məlumat verməmişlər. Həmin dövrdə onun atası ölmüşdür. Həmin yas mərasimində cavabdeh və onun ailəsi ondan borcunu ödəməsini israrla tələb etmişlər. O, İddiaçı bacısına əvvəlcə 1.300 manat, 10 gün sonra isə təkrarən 1.300 manat pul vermişdir ki, iddiaçının borc aldığı şəxsə versn. O, atasının yas mərasimindən çıxdıqdan sona Validə adlı şəxslə İddiaçı üzləşdirməyə çalışsa da, sonuncu evdə olmamışdır. İddiaçı əvvəllər həmin pulu Leyla adlı şəxsdən aldığını desə də, sonradan Validə adlı qadından aldığını ona bildirmişdir. Ona verilmiş 700 manat məbləğində borc məbləğinə görə ümilikdə 7.000 manat ödəniş etsə də, həmin ödənişlər yalnız faiz borcuna sayılmış və ona hesablanmış borc məbləği hər gün artmışdır. O, “WhatsApp” mobil tətbiqi vasitəsi ilə İddiaçı və sonuncunun anası ilə mütəmadi əlaqə saxllamış və onu aldatdıqlarını bildirmişdir. Belə ki, o, bir çox şəxslərdən eşitmişdir ki, İddiaçı ailəsinin Biləsuvar şəhərində yaşayan və sələmçiliklə məşğul olan şəxslərə yüz minlərlə manat borcu var. Buna görə də o hesab edir ki, İddiaçı öz ailəsinin borcunu ona ödətdirmək niyyətindədir. O, iddiaçının məktəb direktor kimi çalışan bacısı Nərimə da aldadıldığı barədə bildirsə də, sonuncu ona Validə adlı şəxsin onların ailəsini tanıdığını və buna görə də onlara borc verdiyini, İddiaçı məhz Validə adlı şəxsdən aldığı pulu ona borc verdiyini söyləyərək, borcunu ya İddiaçı, ya da Validə adlı həmin qadına ödəməsini ondan tələb etmişdir. Dəfələrlə İddiaçı anası onu “WhatsApp” mobil tətbiqi vasitəsi ilə borcunu qaytarması barədə təhdid etmişdir. O, həmin şəxslərin hədə-qorxularının nəticəsində ayrıayrılıqda 2 dəfə 1.300 manat nağd qaydada Validə adlı şəxsə, 2 dəfə 600 manat olmaqla həmin şəxsin kart hesabına pul göndərmişdir. Həmçinin o, İddiaçı təhdidi ilə 700 manat məbləğində pul vəsaitini yağışlı hava şəraiti olmasına baxmayaraq, Validə adlı qadının evinə aparmışdır. O, həmin vaxt İddiaçı da orada olduğunu görmüş və sonuncuya artıq pul ödəməyəcəyini və onu aldatdıqlarını bildirmişdir. İddiaçı isə mətbəxdən dəhrəni götürüb, özünü öldürəcəyi, vena damaralarını kəsəcəyi ilə onu hədələyərək, qəbz yazmasını tələb etmişdir. Həmçinin orada Validə adlı şəxs ona günlük üzərinə fazi gəlməklə pul vermədiyini İddiaçı yanında ona bildirmişdir. O, həmin vaxt İddiaçı hərəkətlərindən qorxaraq, 12.000 manat borcu olduğuna dair qəbz yazaraq, imzalamış və iddiaçıya təqdim etmişdir. Həmin vaxt İddiaçı öz bacısı ilə telefonda danışmış, bacısı Nərmin isə iddiaçıya 12.000 yox, qəbzdə 15.000 manat qeyd etməsi barədə göstəriş vermişdir. Həmin ərəfələrdə İddiaçı nişanlı olmuş və ona bildirmişdir ki, əgər o, həmin qəbzi yazmasa, Validə adlı şəxs onun evlənməsinnə mane olacaq. O, qəbzi yazdığı vaxt İddiaçı əgər nə vaxtsa, iş məhkəməyə gedib-çıxsa, gəlib hər şeyi doğru danışmasıı barədə şərt qoymuşdur. Sonralar “WhatsApp” mobil tətbiqi vasitəsi ilə yazışmalarında İddiaçı həmin qəbzi cırıb tulladığını ona bildirmişdir. O da araxayınlaşmışdır. İddiaçı 2021-ci ilin oktyabr ayına kimi onunla görüşdükləri və ya onlar onlayn qaydada mesajlaşdıqları vaxt ona pul barədə heç bir söz deməmişdir. Lakin sonradan cavabdeh Fransaya getdikdən sonra, etibarnamə yazıb anası Aidə xanıma göndəmiş və ondan pul tləb etməyə başlamışdır. Həmin vaxt isə ona həmin şəxsin onu aldatdığı və hazırda məhz həmin qəbz vasitəsi ilə ondan daha 12.000 manat pul əldə etmək istədiyi ona məlum olmuşdur. Onun Validə adlı şəxslə yazışmaları nəticəsində əslində həmin şəxsin aylıq ödəmək şərtilə ona borc vermiş olduğu 700 manat olaraq da geri almaq istədiyi, lakin İddiaçı ona 700 manat borcun üzərinə günlük faiz hesablandığı, o cümlədən onun Validə adlı şəxsə verdiyi pul vəsaitlərini İddiaçı həmin şəxsdən aldığı ona məlum olmuşdur. Bundan sonra o, İddiaçı və sonuncunun ailəsinin hədə-qorxularına baxmayaraq, həmin şəxslərə daha pul verməmişdir. İddiaçı bir neçə il öncə - 2021-ci ilin oktyabr ayında Azərbaycan Respublikası ərazisini tərk etmiş və hazırda xaricdə yaşayır. O, İddiaçı indiyə qədər 7.000 manata yaxın məbləğdə pul ödəmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. O, nəinki iddia ərizəsində qeyd edildiyi kimi əsassız varlanma nəticəsində pul əldə etməmiş, əəksinə iddiaçıı vəə onun ailəsi ondanq aldıqları qanunsuz pullar hesabına əsasız şəkildə varlanmışlar. Hazırda o işsizdir və cavabdehin ailəsinin Biləsuvar rayon sakinləri arasında onuun nüfuzuna xələl gətirən məlumatlar yaydığına görə hər kkkəs oonuu mənfi şəxs kimi tanıyır. Sonda, Cavabdeh iddianın rədd edilməəsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin Cavabdeh məhkəməyə əərizə ilə müraciət edərək, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzin tərtib edildiyi vaxtdan artıq 3 il keçdiyini bildirdi və məhkəmədən iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh adından yazılmış qəbzdən görünür ki, Cavabdeh 05 may 2021-ci il tarixdə 12.000 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş və borcunu hər ay əsas borcundan 500 manat ödəmək şərti ilə, qaytarmağı öz öhdəsinə götürmüşdür. Hazırki mülki iş üzrə iddia tələbindən görünür ki, İddiaçı ödənilməmiş borcun əvəzi qismində Cavabdeh 12.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub, ona verilməsini xahiş etmiş, iddiasının faktiki əsası kimi isə həm borc müqaviləsinə, həm də əsassız varlanmaya, hüquqi əsası kimi isə mülki qanunvericiliyin borc münasibətlərini və əsassız varlanma nəticəsində yaranmış münasibətləri tənzimləyən normalarına istinad etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına görə isə müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadının 15 və 16-cı bəndlərinə əsasən hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə isə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına görə əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 20 avqust 2022-ci il tarixli Qərarına əsasən Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına görə arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.İbrahimovanın şikayəti üzrə” 12 aprel 2024-cü il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə görə hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Beləliklə, Azərbaycan Respublikası mülki qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi mülki hüquq münasibətləri qanunla müəyyən olunmuş konkret hallar istisna olmaqla, tərəflər arasında arasında bağlanmış müqavilə əsasında yaranır, dəyişir və ya xitam olunur. Belə müqavilə iki və ya daha çox şəxs arasında bağlanmalı, onun tərəfləri yetkinlik yaşına çatmış anlaqlı və yaxud fəaliyyətli qabiliyyətli şəxs olmalıdır. Bununla yanaşı, mülki hüquq münasibətinin iştirakçılarının müstəqil iradə ifadəsi yalnız qanunla müəyyən olunmuş formada bağlanmış müqavilələrdə öz təcəssümünü tapmalıdır. Borc müqaviləsinin qanunla yazılı və şifahi qaydada bağlanması nəzərdə tutulsa da, borc müqaviləsinin predmeti 3.000 manatdan çox olduğu halda isə belə müqavilənin yazılı qaydada bağlanması mülki qanuvericilikdə imperativ şərt kimi müəyyən olunmuşdur. Müqavilənin formasına dair qanunvericiliyin tələbinə əməl olunmaması özlüyündə müqavilənin etibarsızlığına və heç bir hüquqi nəticə yaratmamasına səbəb olur. Əks halda, yəni qanunla tələb olunan formaya əməl olunmadan bağlanmış müqavilənin hüquqi nəticələr yaratması hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnər. Hazırki iddia tələbindən isə görünür ki, İddiaçı ödənilməmiş borcun əvəzi qismində Cavabdeh 12.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub, ona verilməsini xahiş etmiş, iddiasının faktiki əsası kimi isə predmetini 12.000 manat məbləğində pul vəsaitinin təşkil etdiyi borc müqaviləsinə, hüquqi əsası kimi isə mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən normalarına istinad etsə də, məhkəməyə iddia tələbini dəstəkləyən sübut kimi yalnız cavabdeh tərəfindən 05 may 2021-ci il tarixdə tərtib edilmiş qəbzi təqdim etmiş, yəni tərəflər arasında bağlanmış yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası mülki qanunvericilinin tələbinə görə isə həmin qəbz müqavilə hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə görə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: tərəflər, onu şəxsən imzalamaqla; mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); elektron imzadan istifadə etməklə; şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi yazılı qəbz tərəflər arasında 12.000 manat pul vəsaitinə dair yazılı borc müqaviləsi qismində qəbul edilə bilməz və iddiaçının məhkəməyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2, 407.2 və 406.3-cü maddəsinə uyğun bağlanmış yazılı borc müqaviləsini təqdim etdiyi halda, həmin qəbzə müqavilə üzrə, müqavilənin predmeti olan borc pul vəsaitinin real olaraq borcluya təhvil verilməsini təsdiq edən sübut kimi həmin sənədə istinad etmək imkanı verərdi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarının 7-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadının 13-cü bəndinə görə məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçərəyə qarşı iş üzrə» 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Knvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Broniovski Polşaya qarşı iş üzrə» Qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinə riayət edilib-edilmədiyini qiymətləndirərkən Məhkəmə sözügedən müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi «praktiki və səmərəli» hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bu qiymət təkcə müvafiq kompensasiya şərtlərini deyil (əgər söhbət mülkiyyətin müsadirəsindən gedirsə), həm də tərəflərin davranışını, o cümlədən dövlətin tətbiq etdiyi vasitələri və onların necə tətbiq edilməsini özündə ehtiva edə bilər. Bu kontekstdə vurğulamaq lazımdır ki, qeyri-müəyyənlik (istər qanunverici, istərsə də inzibati və ya hakimiyyət orqanlarının praktiki fəaliyyətindəki qeyrimüəyyənlik) dövlətin davranışının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan amildir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından da göründüyü kimi, İddiaçı cavabdehdən borc müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində tələb etdiyi pul vəsaitinin məbləği 3.000 manatdan çox olmasına baxmayaraq, həmin şəxs məhkəməyə tərəflər arasında 12.000 manat məbləğində borcun verilməsinə dair yazılı bağlanmalı olan müqavilə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 89.1-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəfər arasında yazılı qaydada borc müqaviləsi olmadığı üçün İddiaçı iddia tələbində göstərdiyi 12.000 manat məbləğində pul vəsaitinin borc müqaviləsinin predmeti qismində cavabdehdən iddiaçının xeyrinə tutulmasına əsaslar yoxdur. Həmçinin iddiaçı iddia ərizəsində iddia tələbinin faktiki əsası kimi borc müqaviləsi ilə yanaşı, əsassız varlanmaya, hüquqi əsası kimi isə mülki qanunvericiliyin əsassız varlanma nəticəsində yaranmış münasibətləri tənzimləyən normalarına da istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsiinin tələbinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına görə əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Həmin Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi hüquqi mövqeyə görə əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İş materiallarına əlavə edilmiş 05 may 2021-ci il tarixli qəbzdən görünür ki, tərəflər alınmış 12.000 manat məbləğində borcun hər ay davamlı şəkildə 500 manat ödənilməklə qaytarılması barədə arzılığa gəlmişlər. Bu isə 05 may 2021-ci il tarixli qəbzin tərtib edildiyi tarixdən sonrakı aydan başlayaraq, tərəflər arasıda əqdin icrasına başlanılmalı olduğunu göstərir. Məhkəmə hesab edir ki, 05 may 2021-ci il tarixli əqdin icrasına başlanılmasından hazırki tarixədək 3 ildən çox müddət keçmişdir. Bundan başqa, cavabdeh 05 may 2021-ci il tarixli qəbz üzrə öhdəliklərini icra etmədiyi halda İddiaçı Cavabdeh qarşı həmin vaxtdan təxminən 2 il 9 ay sonra sonra məhkəmədə iddia qaldırmasına, bununla da iddia müddətini buraxmasına dair məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarları Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilibbilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı 23 avqust 2023-cü il tarixdə eyni predmet barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Biləsuvar rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(022)-759/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 12.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1.-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 9.7-ci bəndinə görə iddia ərizəsi baxılmamış saxlanıldığı halda, Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır. Bununla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında eyni predmet barəsində məhkəmənin 19 sentyabr 2023-cü il tarixli, 2(022)-759/2023 saylı iddianın baxılmamış saxlanması barədə qərardadı olsa də, həmin iddia üzrə əvvəlcədən başlanmış müddət axmaqda davam etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddianın təmin edilməsinə hər hansı faktiki və hüquqi əsas müəyyən edilmədiyinə, həmçinin əsassız varlanma obyektini qaytarmaq hüququ üzrə 2 illik, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddialar üzrə isə 1 illik iddia müddəti keçdiyinə, habelə iddiaçı və ya onun nümayəndəsi iddia müddətini üzrlü səbəblərdən ötürülməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməklə, İddiaçı iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı borclu olduğu 12.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-433/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-433/2024
25.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver